Icma.az
close
up
RU
Yapon yaşam fəlsəfəsi: Omoyiaridən bizdə niyə olmasın?!

Yapon yaşam fəlsəfəsi: Omoyiaridən bizdə niyə olmasın?!

Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Yaponiyada işə tez gələnlər maşınlarını ofisdən uzaqda parklayırlar ki, gecikənlər daha yaxında saxlaya bilsinlər...

Bu yanaşma yaponların Omoiyari adlanan həyat prinsipindən irəli gəlir. Omoiyari yaponlara lap uşaqlıqdan öyrədilən sosial fəlsəfədir. Qısa məğzi başqalarını da düşünməkdən ibarətdir".

Bunu tanınmış jurnalist Vüsal Məmmədov öz feysbuk hesabında yazıb.

Mən ABŞ-da təsadüfən bir yaşlı yaponla tanış olmuşdum. Bu şəxs Yaponiyada böyük bir energetika şirkətindən pensiyaya çıxıb, Amerikaya - oğlunun yanına köçmüşdü. O, mənə maraqlı bir fakt demişdi: özü energetika mühəndisi olsa da, evdə elektrik xəttini avadanlığını təmir etmir. Çünki bununla məşğul olan şirkətlər, xidmətlər, işçilər var.

Onları çağırmaq lazım imiş. Yapon məntiqinə görə, sən evdə nəyisə təmir edə bilirsənsə, bunu özün etsən, bu işdən pul qazananlara zərər vermiş olarsan.

Vüsal Məmmədov yapon sosial fəlsəfəsini - davranış prinsiplərini Azərbaycan reallıqları ilə müqayisə edir və belə bir nəticəyə gəlir: "Başqalarını da düşünməyi öyrənməsək, normal cəmiyyət ola bilməyəcəyik".

Bəli, mən də o fikirdəyəm ki, yaponlar kimi, biz də uşaqlarımıza bu prinsipləri lap kiçik yaşlardan aşılamalıyıq. Empati qurmaq, paylaşmağı bacarmaq böyük ərdəmdir; yaponlar bunu tərbiyə modelinə və əxlaq prinsipinə çevirə biliblər. Buna görə də külün içindən dirçəlub, nümunəvi dövlətə, xoşbəxt cəmiyyətə çevriliblər.

Əgər sən metroda, yaxud taksidə və sair pul qabını itirsən, onu tapan mütləq sənə qaytaracaq. Bununla bağlı gecə-gündüz saat kimi işləyən xidmətlər var. Ən əsası isə bu, yapon sosial mədəniyyətindən gələn bir özəllikdir. Məşhur alman dəqiqliyi haqda çox oxumuşuq, çox eşitmişik. Özüm də bu ölkədə həmin dəqiqliyi əyani görmüşəm. Ancaq yaponlar dəqiqlikdə almanlardan geri qalmır.

Biz Yaponiyadan, Almaniyadan avtomobil alıb sürürük, müxtəlif mallar alırıq, istifadə edirik. O avtomobilləri gətirə bilsək də, nədənsə o keyfiyyəti gətirə bilmirik. İmkanı olanlarımız o ölkələrə həvəslə səyahət edirlər, hətta ölkədən qaçanlarımız da daha çox Almaniyaya sığınmağa çalışır. Gedib, Almaniyada, eləcə də, başqa Avropa ölkələrində yaşayırıq, ancaq qayıdıb gələndə heç də hamımız o cəmiyyətlərdəki müsbət dəyərləri, yüksək, müsbət həyat prinsiplərini ölkəmizə gətirmirik. Biz bir ətək pul xərcləyib, gedirik bu cür inkişaf etmiş ölkələrə gedirik, tanış-bilişin "ürəyini partlatmaq" məqsədilə orda-burda şəkil çəkib, şəkil çəkdirib, qayıdırıq. Ancaq yapon turist getdiyi ölkələrin adətləri ilə, qanunları ilə, həyat tərzləri ilə maraqlanır. Müsbət nəsə varsa, onun öz ölkəsində tətbiq olunmasına çalışır. Bu, almanlara və başqa gəlişmiş xalqlara da aiddir. Biz bunları öyrənməliyik, bu cür davranmağı öyrənməliyik. Yüksək vəzifəli, çox imkanlı adamlarımız Almaniyaya, İsrailə pasiyent kimi gedirlər, müayinə, müalicə, əməliyyat olunurlar, qayıdıb gəlirlər. Ancaq Almaniyanın, İsrailin səhiyyəsini Azərbaycana gətirməyi düşünmürlər. Özləri sağalır, xəstə milli səhiyyəni sağlamlaşdırmaq isə heç kimin "ağlına gəlmir". Ağla gəlsə də, uzaqbaşı bir klinika açıb, Almaniyadan, İsraildən avadanlıq gətirib, fantastik qiymətlərlə milləti soyacaqlar, o qədər.

Qısacası, bizim öyrənəcəyimiz çox şey var. Bilməmək eyib deyil, öyrənməmək eyibdir...

Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi, bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:114
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 26 Avqust 2025 17:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see199

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see185

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see161

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see158

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see148

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see135

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see126

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see125

Xamenei: Etirazlar Trampın maraqlarına xidmət edir

09 Yanvar 2026 21:12see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri