Yaponiya Qərbin bu planından imtina etdi
Sitat.info portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Yaponiya Avropa İttifaqı (Aİ) ölkələrinin təxminən 30 milyard dollar məbləğində dondurulmuş Rusiya aktivlərinin müsadirə olunması təklifindən imtina edib.
Sitat.info xəbər verir ki, bu barədə "Politico" nəşri Avropa Xarici Fəaliyyət Xidmətindəki mənbələrə istinadən məlumat yayıb.
Mənbələrin məlumatına görə, maliyyə naziri Satsuki Katayama Yaponiya tərəfinin hüquqi səbəblərdən Rusiya aktivləri üzərində sərəncam vermək səlahiyyətində olmadığını bildirib.
"Politico" daha əvvəl bildirmişdi ki, G7-dəki Aİ ölkələri Tokio və Vaşinqton tərəfindən dondurulmuş Rusiya aktivlərinin müsadirə edilməsi məqsədilə Yaponiya və ABŞ-yə təzyiq göstərir.
Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra Avropa İttifaqı, Kanada, ABŞ və Yaponiya Rusiyanın təxminən 300 milyard dollar məbləğində aktivlərini dondurub. Bunların təxminən 5-6 milyard dollarlıq hissəsi ABŞ-də, böyük hissəsi isə Avropada, o cümlədən 210 milyard dolların saxlandığı Belçikadakı "Euroclear" beynəlxalq platformasındadır.
Baxış sayı:39
Bu xəbər 09 Dekabr 2025 09:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















