Yaponiya XİN başçısı: 2027 ci ildə hərbi xərcləri artıracağıq
Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.
“Yaponiya ilə ABŞ arasındakı geniş iqtisadi və hərbi əlaqələrə baxmayaraq, hərbi sahəyə xərcləri əhəmiyyətli dərəcədə artıracağıq. 2027-ci ildə bu göstəricinin ümumi daxili məhsulun (ÜDM) 2 faizini təşkil edəcəyi planlaşdırılır”.
APA-nın “Reuters”ə istinadən xəbərinə görə, bunu Yaponiyanın xarici işlər naziri Takeşi İvaya deyib.
O həmçinin ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın andiçmə mərasimində iştirakı zamanı onunla görüş ehtimalının olduğunu və bu zaman ölkələr arasında iqtisadi və hərbi sahədə əməkdaşlığın genişləndirilməsini müzakirə edəcəyini açıqlayıb.
Bu səfər reallaşsa, T. İvaya yeni prezidentlə məhz andiçmədən sonra görüşəcək ilk Yaponiya rəsmisi olacaq.
T. İvayanın həmçinin D. Tramp tərəfindən namizədliyi dövlət katibi postuna irəli sürülən Mark Rubio ilə də müzakirə aparacağı planlaşdırılır.
Baxış sayı:62
Bu xəbər 17 Yanvar 2025 10:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















