Icma.az
close
up
RU
Yaponiyada heyrətamiz hadisə: Sahiblərinin tərk etdiyi it məbəd rahibini ölümdən xilas etdi

Yaponiyada heyrətamiz hadisə: Sahiblərinin tərk etdiyi it məbəd rahibini ölümdən xilas etdi

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Yaponiyanın Niiqata prefekturasında heyrətamiz hadisə baş verib. Bu hadisə bir daha sübut edib ki, itlər təkcə ev heyvanları deyil, həm də sahiblərinin sadiq qoruyucularıdır.

Oxu.Az bildirir ki, bu barədə "Sora News 24" nəşri məlumat yayıb.

Məlumata görə, "Çiko" adlı biql cinsindən olan 1 yaşlı it inanılmaz cəsarət göstərərək buddist rahibini vəhşi ayının hücumundan xilas edib.

Yokoku məbədinin rahibi Toqen Tsihara öz ev heyvanı ilə dağ cığırında həmişəki kimi gəzintiyə çıxıb, lakin bu zaman qəfildən onlara bir metr yarımlıq ayı hücum edib. Yırtıcı 59 yaşlı rahibi yerə yıxaraq ona ciddi xəsarətlər yetirib, kişinin çiyni yerindən çıxıb və qol bağları zədələnib.

Kritik anda balaca "Çiko" özünü itirməyib və sahibini qorumağa atılıb. Ucadan hürən və özündən bir neçə dəfə böyük olan ayıya hücum edən biql yırtıcını qorxutmağa və meşəyə çəkilməsinə müvəffəq olub. Bununla kifayətlənməyən cəsur it meşə kolluğunda gizlənərək ayını təqib etməyə davam edib.

Hücumdan sonra özünə gələn rahib aldığı xəsarətlərə baxmayaraq, ilk növbədə dördayaqlı xilaskarının taleyindən narahat olub. Ağrıya qalib gələrək özünü maşına çatdırıb və "Çiko"nu axtarmağa gedib. Lakin təxminən yarım saat sonra rahibə arvadı zəng vurub və şad xəbəri verib - "Çiko" özbaşına evə "çox qürurlu bir görünüşlə" qayıdıb, sanki etdiyi hərəkətin əhəmiyyətini dərk edib.

"Çiko"nun hekayəsi çətin keçmişini nəzərə alaraq xüsusilə təsirlidir. Biql rahibin evinə təsadüfən düşüb - bu ov cinsinə xas səciyyəvi əlamət olan çox yüksəkdən hürməsi səbəbindən əvvəlki sahibləri ondan imtina ediblər. Taleyin qəribə bir ironiyasıdır ki, itin tərk edilməsinə səbəb olan məhz bu xüsusiyyət buddist rahibinin həyatını xilas edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:146
embedMənbə:https://oxu.az
archiveBu xəbər 06 İyun 2025 06:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see262

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see229

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see217

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see205

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see192

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see192

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see175

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see163

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see160

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see160

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see154

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see152

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see152

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see148

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see147

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see145

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see145

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see144

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see142

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri