Icma.az
close
up
RU
Menu

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

“Eyni tempdə davam edirik” Rui Jorje

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

İraola: “Belə bir şey baş verməməlidir”

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

Yaponiyada soydaşımızdan yeni kitab: “Azərbaycan adlı strategiya”

Yaponiyada soydaşımızdan yeni kitab: “Azərbaycan adlı strategiya”

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Pekin, 27 aprel, AZƏRTAC

Yaponiyada yaşayan soydaşımız Əlibəy Məmmədovun ölkəmiz haqqında yapon dilində növbəti kitabı “Azərbaycan adlı strategiya” çapdan çıxıb.

AZƏRTAC xəbər verir ki, kitab geopolitika, enerji təhlükəsizliyi, müharibələr, diplomatiya və dövlət idarəçiliyi kimi mövzuları əhatə edir. Nəşrdə Azərbaycanın qonşu və digər dövlətlərlə balanslaşdırılmış siyasət apararaq əldə etdiyi uğurlar qeyd olunur. Eyni zamanda ölkənin Qoşulmama Hərəkatı çərçivəsində fəaliyyəti və 2024-cü ildə Bakıda keçirilmiş COP29 kimi beynəlxalq tədbirlər də kitabda geniş yer alıb.

Kitabda Azərbaycanın müstəqilliyinin ilk illərində üzləşdiyi çətinliklərə toxunulur, xüsusilə 1-ci Qarabağ müharibəsi nəticəsində torpaqların işğalı, qaçqın böhranı və ağır iqtisadi vəziyyət təsvir edilir. Bununla yanaşı, “Əsrin müqaviləsi”nin imzalanması və enerji strategiyasının ölkənin inkişafında oynadığı rol ön plana çəkilir. Yaponiya şirkətlərinin Azərbaycana yatırdığı investisiyalar xüsusi qeyd olunur.

Müəllif Azərbaycanın enerji siyasəti nəticəsində iqtisadiyyatını gücləndirməsini, kənd təsərrüfatı, turizm və informasiya texnologiyaları sahələrində əldə olunan nailiyyətləri vurğulayır.

Kitabda, həmçinin 2-ci Qarabağ müharibəsində əldə olunan qələbə və Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi geniş şəkildə təhlil olunur.

Nəşrdə Qarabağ və Şərqi Zəngəzur bölgəsində aparılan bərpa-quruculuq işləri, o cümlədən Şuşa, Laçın, Ağdam və Füzuli şəhərlərində həyata keçirilən layihələr, beynəlxalq hava limanlarının tikintisi və xarici dövlət başçılarının bölgəyə səfərləri də ətraflı təsvir edilib. Azərbaycan Prezidenti İlham Əliyev ilə keçirilən görüşlər, regionda təşkil olunan siyasi və mədəni tədbirlər də kitabın əsas mövzularındandır.

Müəllif Azərbaycanın “yumşaq güc” siyasətinə də toxunur. Beynəlxalq idman yarışları, mədəni tədbirlər, o cümlədən Yaponiyada keçirilən təqdimatlar vasitəsilə ölkənin tanıdılması diqqətə çatdırılır. Kitabda, həmçinin Yaponiyanın Qarabağın bərpasında mümkün rolu da vurğulanır. Qeyd olunur ki, Yaponiya təbii fəlakətlərdən sonra şəhərlərin yenidən qurulması sahəsində böyük təcrübəyə malikdir və bu təcrübəni Azərbaycanla bölüşə bilər. Müəllifin fikrincə, “Azərbaycan adlı strategiya” Yaponiyada ölkəmizin daha yaxından tanıdılmasına və beynəlxalq imicinin güclənməsinə töhfə verəcək. Nəşr artıq Yaponiyada geniş maraq doğurub. Populyar “YouTube” kanallarında təqdimatları yayımlanan kitabın 2-ci tirajının çapına qərar verilib. Kitabın nüsxələri mərkəzi kitabxanalara, universitetlərə göndəriləcək.

Qeyd edək ki, Əlibəy Məmmədov 2012-ci ilədən Yaponiyada yaşayır. Hokkaydo Universitetində siyasi elmlər üzrə təhsil alıb.Onun 2018-ci ildə “Azərbaycanın indi maraqlı olmasının səbəbləri” adlı yapon dilində kitabı çap olunub.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Aprel 2026 14:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see346

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see318

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see278

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see268

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see266

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see257

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see254

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see251

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see247

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see243

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see238

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see236

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see231

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see227

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see226

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see222

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see221

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see214

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see213

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri