Icma.az
close
up
RU
Yaponiyada Azərbaycan təqdimatı

Yaponiyada Azərbaycan təqdimatı

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanın Yaponiyadakı səfirliyinin və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Tokioda 28 May Müstəqillik Günü və “Osaka Ekspo 2025” çərçivəsində tədbir keçirilib.

Tədbirdə Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, ölkəmizin Yaponiyadakı səfiri Gürsel İsmayılzadə, Yaponiya hökumətinin rəsmiləri, parlamentin deputatları, diplomatik korpusun təmsilçiləri və bu ölkədə yaşayan həmvətənlərimiz iştirak ediblər.

Əvvəlcə Azərbaycanın və Yaponiyanın Dövlət himnləri yaponiyalı müğənni Kyoko Yamamoto tərəfindən canlı ifa edilib.

Səfir Gürsel İsmayılzadə 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycanın ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə firavan ölkəyə çevrildiyini, sosial-iqtisadi sahədə böyük inkişafa nail olmaqla əhalinin rifahının yüksəldiyini bildirib. 2025-ci ilin Azərbaycanda “Konstitusiya və Suverenlik İli” elan olunduğunu vurğulayan diplomat bu il müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbulunun 30-cu, habelə ərazilərimizin işğaldan azad edilməsi ilə nəticələnən Vətən müharibəsində qələbənin 5-ci ildönümü olduğunu diqqətə çatdırıb. Gürsel İsmayılzadə ölkəmizin Osaka şəhərində “Ekspo 2025”də fəal iştirakına toxunaraq, Azərbaycan milli pavilyonunun “A” kateqoriyalı pavilyonlar sırasında olduğunu diqqətə çatdırıb.

Yaponiya xarici işlər nazirinin parlament müavini, Yaponiya parlamentinin ilk türkəsilli deputatı, xanım Eri Arfiya Azərbaycan dilində çıxış edərək, Yaponiya hökuməti adından xalqımıza təbriklərini çatdırıb. İki ölkə arasında 1992-ci ildə diplomatik münasibətlər qurulandan bəri yaxşı siyasi əlaqələrə, sıx iqtisadi əməkdaşlığa əsaslanan dostluğun təmin olunduğunu vurğulayan Eri Arfiya bu əlaqələrin inkişafına parlamentlərin də böyük töhfələr verdiyini deyib. O, Azərbaycanın Osakada keçirilən “Ekspo 2025”də fəal iştirakına toxunaraq, milli pavilyonun Azərbaycanın zəngin mədəni irsini, əsrarəngiz təbiətini təqdim etdiyini deyib.

Ötən il COP29 tədbiri zamanı Azərbaycanda səfərdə olduğunu bildirən Yaponiyanın ətraf mühit naziri Asao Keyiçiro ölkəmizin beynəlxalq konfransa uğurla ev sahibliyi etdiyini deyib, tədbir çərçivəsində qazanılan nailiyyətlərin iqlim dəyişmələri ilə mübarizəyə önəmli töhfələr verəcəyinə ümidvar olduğunu ifadə edib. Yaponiya parlamentində Azərbaycan üzrə dostluq qrupunun fəxri sədri Akira Amari və qrupun sədri Tanaka Kazunori Müstəqillik Günü münasibətilə Azərbaycan xalqını təbrik ediblər.

Sonra keçirilən konsert proqramında klassik əsərlərdən parçalar, xalq və bəstəkar mahnıları, milli rəqslərimiz təqdim olunub.

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:197
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 İyun 2025 13:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see357

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see294

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see282

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see281

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see243

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see243

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see235

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see226

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see225

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see221

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see220

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see213

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see211

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see209

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see202

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see200

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see196

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see189

Müəllim və həkimlərin maaşları nə qədər artacaq?

30 Oktyabr 2026 21:20see187

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri