Icma.az
close
up
RU
Menu

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

"28 Mall"un qarşısında ölüm

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

Çin üçtəkərli avtomobil buraxdı

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

Xorvatiyada “Turan”a məğlubiyyəti şərh etdilər: “Evdə daha yaxşı oynayacağıq”

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

Əsl Azərbaycan gəncliyi Yaponiyada göründü

Əsl Azərbaycan gəncliyi Yaponiyada göründü

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

Son dövrlər sosial şəbəkələrdə və cəmiyyət içində gənclərin böyük bir hissəsinin qeyri-etik davranışı, savadsızlığı, deqradasiyaya uğraması, bir hissəsinin qanunsuz əməllər törədərək hüquq-mühafizə orqanları tərəfindən saxlanılması bizi böyük məyusluğa məruz qoyurdu. Hər dəfə bu qəbildən olan gəncləri görəndə düşünürdüm ki, deyəsən sonumuz gəlib çatıb. Çünki bu "gəncliklə" nəinki gələcək qurmaq, heç əldə olanı belə saxlamaq mümkün deyil.

Sən demə, 12 000 km məsafə qət edib Yaponiyaya getmək lazım imiş ki, əsl və həqiqi Azərbaycan gənclərinin əxlaqını, tərbiyəsini, bacarığını, istedadını, vətəninə və dövlətinə nə qədər sədaqətli və vətənpərvər olduğunu görə biləsən.

Həqiqətən də, bəzən tabloya uzaqdan baxmaq tələb olunur ki, əsl həqiqəti görəsən.

Yaxşı, bəs bizim gənclər niyə Yaponiyaya yola düşdülər?

Əvvəla ondan başlayaq ki, bu il Yaponiya hökuməti "World Expo 2025" dünya sərgisini Osaka şəhərində keçirmək hüququnu əldə edib.

Bu sərgi Osaka körfəzində süni şəkildə yaradılan və 150 hektar əraziyə malik olan Yumeşima adasında keçirilir. Sərgi aprel ayından başlayıb və oktyabr ayına qədər davam edəcək.

"Expo 2025" ərazisinə daxil olan kimi ucsuz-bucaqsız insan axını içində gözüm öz pavilyonumuzu axtarmağa başladı. İsti və bürkü olmasına baxmayaraq önündə Azərbaycan bayrağının dalğalandığı şəbəkəli işləmələrlə bəzənmiş, əlahiddə gözəlliyə malik pavilyonumuzu görəndə, nə yalan deyim, qərib ölkədə kövrəldim. Elə bil yad ölkədə Vətənin bir parçasının yanında olub, onun qoxusunu aldım. Pavilyona daxil olan kimi Azərbaycan musiqisinin inciləri altında məni "Yeddi gözəl" qarşıladı. Daha sonra hər zalda Azərbaycanın tarixini, mədəniyyətini, əldə etdiyi uğurları təsvir edən eksponat və məlumatlarla rastlaşdım.

Bunu mütləq qeyd etməliyəm ki, dünya sərgisində Azərbaycan pavilyonu yüksək səviyyədə iştirak edir. Azərbaycan A kateqoriyalı pavilyonla çıxış edir və hər gün saat 09:00-dan 21:00-dək fasiləsiz olaraq ziyarətçiləri əsl Azərbaycan qonaqpərvərliyi ilə qarşılayır. Hər bir qonağına xüsusi hörmət və ehtiramla yanaşaraq, Azərbaycanın mədəni və tarixi irsini təqdim edir. Pavilyonda çalışan heyətin hər bir üzvü ingilis və yapon dillərində ziyarətçilərlə ünsiyyət qurur, onları maraqlandıran suallara yorulmadan cavab verirdilər. Bütün bunları izləyərkən həm Azərbaycan pavilyonunda çalışan, həm də Gənclər və İdman Nazirliyinin nümayəndə heyətində olan gənclərlə fəxr etdim. Bu gənclərin hər biri Azərbaycanın Yaponiyada balaca səfirinə çevrilmişdi.

Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə yaradılan bizim pavilyon bu günə kimi bir milyon ziyarətçi qarşılayıb. Gündəlik isə 10 000-dən çox qonaq qəbul edir.

Elə Gənclər və İdman Nazirliyinin keçirdiyi tədbirlər də Azərbaycan pavilyonunda ziyarətçilər tərəfindən böyük maraqla qarşılandı.

Yaponlar böyük səbirlə, saatlarla növbələrdə dayanaraq Azərbaycan pavilyonuna daxil olur, nazirliyin keçirtdiyi tədbirləri izləyirdilər.

Gənclər və İdman Nazirliyinin nümayəndə heyəti "İrsi qoruyanlar" layihəsi çərçivəsində iki tədbir keçirtdi.

Birinci tədbirdə tanınmış yapon rəssamı Scara Abe və azərbaycanlı rəssam Vüsalə Ağarazıyeva birlikdə rəsm çəkdilər. Hər iki rəssam öz hissəsini özünəməxsus texnika və naxışlarla işlədi. Nəticədə həm bizim, həm də ziyarətçilərin böyük marağına səbəb olan əsər meydana gəldi.

İkinci tədbirdə isə hər iki xalqın ortaq mədəniyyətini ifadə edən çay mərasimi baş tutdu. Bizim tərəf milli, qara çayımızı dəmləyib qonaqlara təqdim etdi.

Yaponiya tərəfindən isə peşəkar sado sensey Shota Yamada ənənəvi matça hazırladı. Matça bizə xüsusi ehtiram və nəzakətlə təqdim olundu. Matçanın vətənində bu içkini ən peşəkar ustanın əlindən dadmaq böyük şərəf olsa da, qara, kəklikotulu çayımızı qürbətdə dadmaq adama böyük xoşbəxtlik bəxş edir.

Bakını tərk etməmişdən əvvəl Gənclər və İdman Nazirliyi Yaponiyada davranışımız haqqında bizə ətraflı təlimat verdi.

Çünki bizim adi hesab etdiyimiz davranışlar Yaponiyada həddindən artıq kobud və bəzi hallarda ədəbsizlik kimi qəbul edilə bilərdi. Yaponiyada heç kəsin icazəsiz şəklini və videosunu çəkmək olmaz, hətta insanlar arxa planda olsalar belə. Uşaqların foto və videosunu çəkmək isə ümumiyyətlə qadağandır.

İctimai nəqliyyatda bir-birilə yüksək səslə, telefonla danışmaq, yolda hərəkət edərkən yemək-içmək, əl-qol hərəkətləri də ədəbsizlik kimi qəbul olunur. Metroda elə bir sükut hökm sürürdü ki, iynə düşsə, səsi eşidilirdi. Siqaret çəkmək üçün xüsusi yerlər ayrılıb. Harada gəldi siqaret çəkmək olmaz.

Restoran və kafelərdə hesabdan əlavə bəxşiş qoymaq hörmətsizlik kimi qarşılanır. Əllə görüşmək, qucaqlaşmaq da həmçinin. Ehtiram və hörmətinizi yalnız baş əyməklə göstərə bilərsiniz.

Bizə Bakıdan özümüzlə zibil atmaq üçün xüsusi torba aparmağı məsləhət gördülər. Gülməyin, amma Yaponiyada zibil yeşikləri yoxdur. Buna baxmayaraq yerdə bir çöp belə tapa bilməzsiniz. Biz də bütün səfər boyu zibilləri özümüzlə torbada gəzdirib, axşam qaldığımız hoteldə zibil qabına atırdıq.

Bütün bu sərt qaydalar ilk baxışdan bizi qorxutsa da, yaponların bizə kömək etmək arzusu və həvəsi həddindən artıq çox idi. Yolu soruşanda, metroda hansı dayanacaqda düşəcəyimizi soruşanda yerli əhalidən hər zaman dəstək alırdıq. Ümumiyyətlə yaponlarda səbir gördüm. Okean boyda səbirləri var, emosional deyillər.

Yeri gəlmişkən, yaponlar ingilis dilini bilmirlər. Belə də ki, nəyinə lazım 126 milyonluq xalqdır. Əgər kimsə Yaponiyada yaşamaq, təhsil almaq, işləmək istəyirsə, mütləq yapon dilini öyrənməlidir.

Yaponlar üçün cəmiyyət, mədəniyyət və insanlar bir-birinə sıx bağlıdır. Hər bir yapon özünü ölkəsi və cəmiyyət üçün çalışdığını qəbul edir və bu fəlsəfə ilə yaşayır. Hər gün səhər saat 5-də işə gedəndə də, övladına tərbiyə verəndə də, yalnız Yaponiya üçün çalışdığını düşünür. Yaponların kollektiv düşüncəsi budur.

Düşünürəm ki, bu düşüncəni yaponlardan öyrənib tətbiq edə bilərik.

Gənclər və İdman Nazirliyinin "Birkimibirlikdə" şüarı da məhz bunu deyir. Etiraf etməliyəm ki, Azərbaycanın gənclərdən ibarət nümayəndə heyəti Osakada günəş kimi parıldadı. Nə xoş ki, bu gün bizim gənclər dünyanın harasında olur olsun, öz dövlətinin gücünü və nüfuzunu hiss edir. Azərbaycan tanınır, ölkəmizə maraq hər gün artır.

Arzu edirəm ki, Azərbaycanda yaşayan gənclər də anlasın ki, dünya "20 Yanvar" dairəsindən daha genişdir. Bu dünyaya çatmaq üçün əlində olan telefon və internet kifayətdir. İnsanlar artıq əcnəbi dilləri internetdə dərc olunan dərslər vasitəsilə öyrənə bilirlər, ən müxtəlif beynəlxalq layihələrə qatılırlar.

Və sonunda qeyd etmək istəyirəm ki, Sovet dövründən insanların beynində oturuşmuş "dayday" və ya "tapşırıq" dövrü çoxdan bitib.

Nə qədər ki, gəncsən çalış, zaman çox tez keçir.

Kubra Məhərrəmova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://oxu.az
archiveBu xəbər 09 Sentyabr 2025 16:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see371

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see369

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see330

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see320

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see319

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see303

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see302

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see296

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see263

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see245

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see238

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see234

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see225

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see198

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see197

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see196

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see182

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see181

Xorvatiyada “Turan”a məğlubiyyəti şərh etdilər: “Evdə daha yaxşı oynayacağıq”

21 Oktyabr 2026 21:19see178

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri