Yaponiyada uşaq intiharları 2025 ci ildə rekord səviyyəyə çatıb
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 29 yanvar, AZƏRTAC
Yaponiyada uşaqlar arasında intihar halları 2025-ci ildə rekord həddə yüksəlib.
AZƏRTAC Yaponiyanın Kyodo informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə ölkənin Səhiyyə, Əmək və Rifah Nazirliyi məlumat yayıb. Bildirilib ki, uşaq intiharlarının sayı ardıcıl ikinci ildir ki, artaraq 532-yə çatıb.
Nazirliyin hesabatında 2025-ci ildə intihar edənlər arasında 352 nəfərin yuxarı sinif şagirdi, 170 nəfərin orta məktəb şagirdi və 10 nəfərin isə ibtidai sinif şagirdi olduğu qeyd edilib.
Araşdırmalara əsasən, 19 yaş və daha kiçik yaş qrupunda intiharların əsas səbəbi məktəblə bağlı problemlərdir. Digərləri isə sağlamlıq və ailə problemləri ilə əlaqədar olub.
Qeyd edək ki, Yaponiyada uşaqlar arasında intihar halları 2022-ci ildən bəri hər il 500-dən yuxarı səviyyədə qalır. Bu vəziyyət ölkədə uşaqların psixoloji sağlamlığı və təhsil mühiti ilə bağlı narahatlıqları daha da artırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 29 Yanvar 2026 11:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















