Yaponiyalı tanınmış cüdo mütəxəssisi Bakıda ustad dərsləri keçir
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı, 30 sentyabr, AZƏRTAC
Azərbaycan Cüdo Federasiyası (ACF) və İdman Akademiyasının (ASA) birgə təşkilatçılığı ilə ali məktəbin cüdo məşqçiliyi ixtisası üzrə təhsil alan tələbələr üçün praktiki ustad dərsləri təşkil olunub.
ACF-dən AZƏRTAC-a bildirilib ki, Milli komandaların Təlim-Məşq Bazasında keçirilən məşğələlər Yaponiyanın tanınmış cüdo mütəxəssislərindən biri, Tokai Universitetində məşq sisteminin formalaşmasında iştirak etmiş VIII dan Kenji Mitsumoto tərəfindən aparılır.
Praktiki dərslər zamanı tələbələrə cüdo texnikalarının tədrisi, məşq prosesinin təşkili və müasir məşq metodlarının tətbiqi ilə bağlı biliklər təqdim olunur. Məşğələlərdə ayrı-ayrı texniki elementlər əyani şəkildə nümayiş etdirilir, onların icra prinsipləri və tədris metodikası izah olunur.
Ustad dərslərinin keçirilməsində məqsəd gələcək məşqçilərin nəzəri biliklərinin praktiki hazırlıqla tamamlanmasına və beynəlxalq təcrübə ilə yaxından tanış olmalarına şərait yaratmaqdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 30 Sentyabr 2026 16:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















