Icma.az
close
up
RU
Yaponlar qış boyu belə isinir: Təbii qaz deyil, Kotatsu

Yaponlar qış boyu belə isinir: Təbii qaz deyil, Kotatsu

Icma.az bildirir, Milli.az portalına istinadən.

Yaponiyada evlərin çoxunda mərkəzi isitmə sisteminin olmaması insanları əsrlərdir fərqli və qənaətcil üsullara sövq edib. Bu üsulların ən məşhuru isə "Kotatsu" adlanan xüsusi isidici masalardır.

Milli.Az xəbər verir ki, kotatsu əslində çox sadə, lakin dahi bir mühəndislik həllidir. O, dörd hissədən ibarətdir:

Masa çərçivəsi: Alçaq, taxtadan hazırlanmış masa.

İsidici: Masanın tam altında, mərkəzə bərkidilmiş elektrikli (keçmişdə kömürlə işləyən) isidici element.

Yorğan (Futon): Masanın üzərinə sərlimiş qalın və ağır yorğan.

Üst qapaq: Yorğanın üzərinə qoyulan və masanı düzləşdirən taxta lövhə.

Yaponiyada mənzillər adətən nazik divarlı olur və bütün evi qızdırmaq həm çətin, həm də çox baha başa gəlir. Kotatsu isə bütün evi deyil, yalnız içində oturan insanları qızdırmağa fokuslanır:

Elektrikli qızdırıcılarla müqayisədə qat-qat az enerji sərf edir, çünki istilik yorğanın altında haps olunur və çölə sızmır.

Qışda yapon ailələri vaxtlarının çoxunu bu masanın ətrafında keçirirlər; burada yemək yeyir, çay içir, kitab oxuyur və ya televizora baxırlar.

Ayaqların və bədənin aşağı hissəsinin isti qalması bütün bədəndə istilik və rahatlıq hissi yaradır.

Müasir dövrdə bu masalar dizayn baxımından təkmilləşib. İndi təkcə yerdə oturanlar üçün deyil, normal hündürlükdə olan "masa tipli" Kotatsular da mövcuddur. Hətta bəzi Kotatsuların yorğanları çıxarıla bilir ki, yayda adi masa kimi istifadə edilsin.
Lalə Qüdrətova
Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:99
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 20 Yanvar 2026 22:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see739

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see582

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see570

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see320

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see313

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see282

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see280

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see274

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see270

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see267

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see266

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see266

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see265

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see263

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see241

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see229

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see222

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see217

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see210

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri