Icma.az
close
up
RU
Yaponlar kürdləri niyə incidirlər?

Yaponlar kürdləri niyə incidirlər?

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

Qan Turalı yazır...

İtalyan yazıçısı Umberto Eko deyirdi ki, biz faşizmi, irqçiliyi nasist mundirində gözləyirik, ancaq o bizim ətrafımızda adi paltarda gəzir. Doğrudan da, müasir dünyanı başa düşmək üçün bu cümlə çox böyük əhəmiyyət kəsb edir.

Çağdaş dünyada irqçilik trendi sürətlə yayılır. Ancaq çox təəssüf ki, bir çox hallarda insanlar irqçiliyin mahiyyətini düzgün başa düşmürlər. O cümlədən də niyə yaranmasını. Halbuki irqçiliyi görmək, onun təzahürlərini duymaq son dərəcə bəsit və asandır.

Yaponiyada kürdlərə qarşı olan ayrı-seçkilik bunun ən bariz təzahürüdür. Bildiyiniz kimi, Yaponiya dünyanın ən monoetnik ölkələrindən biridir, bu məsələdə ancaq Ermənistanla yarışa bilər. Ümumilikdə isə əsrlər boyunca öz coğrafi mövqeyinə görə Yaponiya Asiyadan və ümumiyyətlə dünyadan təcrid edilmiş şəraitdə yaşayıb. Onun dünyaya açılması ancaq XIX əsrin ikinci yarısında baş tutub. Hətta hazırda da Yaponiya əhalisinin 98 faizini yaponlar təşkil edirlər. Misal üçün Almaniyada bu rəqəm 80 faizdir.

Yaponiyada cəmi iki-üç min kürd yaşayır. Onlar, əsasən, 1990-cı illərdən burada məskunlaşmağa başlayıblar. Həmin dövrdə Yaponiya daha yumşaq viza siyasəti tətbiq edirdi. Ölkədə xeyli köhnə bina sökülür, yerində "göydələn"lər inşa edilirdi. Kürdlər də ağır fiziki əmək tələb edən söküntü işlərinə cəlb olunmuşdular.

2025-ci il yanvarın 1-nə olan məlumata görə, Yaponiyanın əhalisi 123 milyondan bir az artıqdır. Başqa cür desək, hər 100 min yapon vətəndaşından cəmi ikisi kürddür. Bu da dəryada bir damla, səhrada bir qum dənəsi deməkdir.

Yeri gəlmişkən, Yaponiyanın yaponlardan sonra ən böyük etnik qrupu çinlilər və koreyalılardır. Çinlilər 0.6, koreyalılar isə 0.4 faiz...

İfrat sağçı qruplar əvvəlki dövrlərdə çinli və koreyalılara qarşı çıxış edirdilər. İndi isə onların hədəfində kürdlər var. Belə ki, bu qrupların üzvləri kürdlərin sıx yaşadığı Kavaquçi, Varabi şəhərlərinə gedir, onları videoya çəkərək təhrik edirlər. Hər hansı bir kürd cinayət törətsə, dərhal onun hərəkəti bütün kürdlərin adına yazılır. Kürdlərin Türkiyə, İraq, Suriyadakı fəaliyyətinə görə radikal qruplar Yaponiyada yaşayan kürdləri ittiham edirlər. Ənənəvi media təmkinli davransa da, sosial mediada kürdlərlə bağlı çoxlu yalan, saxta xəbərlər paylaşılır. Bu iddialara inananlar da çox olur. Bunun nəticəsində vəziyyət getdikcə gərginləşir, bəzi yaponlar evlərini kürdlərə kirayə verməkdən, onlarla qonşu olmaqdan imtina edirlər. Kürd uşaqlar məktəbdə öz yoldaşları tərəfindən diskriminasiyaya məruz qalırlar. Kürdlər üçün Yaponiyada həyat getdikcə dözülməz hal almağa başlayır.

Avropada irqçiliyin, daha konkret desək, müasir antisemitizmin tarixi kökləri var: xristianlar yəhudiləri öz peyğəmbərləri olan İsa Məsihin qatili sayırlar. Söz yox ki, İsanın çarmıxa çəkilməsində 1895-ci ildə Varşavada doğulan bir yəhudi əczaçının heç bir günahı yoxdur. Ancaq söhbət tarixi perspektivdən gedir.

Yaponlarla kürdlər arasında isə heç bir tarixi konflikt yoxdur. Yaponların böyük hissəsi "kürd" sözünü ancaq son 30-40 ildə eşidib. Tarix boyunca onlar heç zaman rastlaşmayıblar. Ancaq bu, vəziyyəti dəyişmir, irqçilik toxumu Yaponiya torpaqlarında da cücərir.

Söz yox ki, bütün yaponların irqçi olduğunu, başqa millətlərə qarşı nifrət bəslədiyini iddia etmək gülünc və irqçilik olardı. Ancaq bir ovuc ifrat sağçı miqrantların həyatını cəhənnəmə çevirməyə kifayət edir.

Ekonun da qeyd etdiyi kimi, faşizm nasist mundiri geymiş silahlı zabitlərlə gəlmir. Bəzən irqçilik əlində telefon tutan bir bloqerin simasında, ya da yalan xəbər axınında təcəssüm olunur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:245
embedMənbə:https://oxu.az
archiveBu xəbər 06 Oktyabr 2025 15:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see358

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see338

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see338

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see335

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see290

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see280

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see268

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see266

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see260

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see259

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see242

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see224

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see220

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see214

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see213

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see201

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see198

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see196

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see195

Səhiyyə üçün 9 milyona yaxın vəsait ayrılır

30 Oktyabr 2026 17:31see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri