Icma.az
close
up
RU
Yaponlar niyə çox yaşayır?

Yaponlar niyə çox yaşayır?

Azpost saytından verilən məlumata görə, Icma.az xəbər verir.

50.000 yapon bu il 100 yaş sərhəddini keçdi.

15 il sonra isə Yaponiyada 100 yaşını keçmiş bir milyondan çox insan yaşayacaq.

Bu, indiyə qədər dünyanın heç bir ölkəsində görünməmiş bir göstəricidir.

Kimsə deyəcək ki, yaponların uzun yaşamalarının sirri qidalanma vərdişlərində – məsələn, çiy balıq və dəniz yosunu yemələrindədir.

Ancaq bu yanaşma doğru deyil.

Dünyada çox ölkə var ki, əhalisi ancaq dəniz məhsulları və meyvə-tərəvəz yeyir, ancaq yenə də yaponlardan iki dəfə az yaşayır. Bunlar əsasən isti okeanların sahillərində yerləşən ölkələrin insanlarıdır.

Bəs bu unikal uzunömürlülüyün arxasında nə dayanır?

Sadəcə qidalanmadırmı?

Yoxsa daha dərin bir səbəb var?

Yaponlar yer üzündə bəlkə də yeganə xalqdır ki, gündəlik ünsiyyətdə həmsöhbətinin əhvalını pozmur, əhvalını korlamamağa çalışır, qanını qaraltmırlar. Onlar düşüncələrinə nəzarət edir, neqativ hissləri qarşısındakı insana keçməsin deyə səy göstərirlər. Yapon cəmiyyətində pozitiv olmaq təkcə mədəni bir norma deyil, həm də uzunömürlülüyün və rifahın təməl daşıdır. Ünsiyyət mədəniyyəti uşaqlıqdan başlayaraq məktəbdə, ailədə, iş yerində insanlara aşılanır.

Bu müsbət düşüncə tərzi onların iqtisadi göstəricilərə də təsir edir. Baxmayaraq ki, Yaponiyanın torpaq ehtiyatları azdır, təbii sərvətləri isə demək olar ki, yoxdur. Buna baxmayaraq, Yaponiya dünyanın ən inkişaf etmiş və zəngin ölkələrindən biridir. Hazırda ölkədə orta aylıq əməkhaqqı təxminən 3.500 ABŞ dolları civarındadır.

Yaponların uğurlarının və uzunömürlülüyünün başlıca səbəbi onların daxili intizamı, emosional zəkası və mənfi enerjiyə qarşı kollektiv immunitetidir. Onlar yaxşı anlayırlar ki, mənfi fikirlər təkcə ətrafdakıların ovqatını pozmur, həm də insanın öz sağlamlığına da zərbə vurur.

Yaponlar artıq əsrlərdir ki, “yox” sözünü leksikonlarından çıxarıb atıblar. Bu, sadəcə ədəbi dil məsələsi deyil, daxili mədəniyyətin, düşüncəyə nəzarətin nəticəsidir. Uşaqlar məktəbdən başlayaraq öyrənirlər ki, mənfi düşüncələr cəmiyyətin ümumi rifahına zərər gətirir. Onlar şüurlu şəkildə öz düşüncələrini və emosiyalarını idarə etməyi öyrənirlər.

Təəssüf ki, bir çox cəmiyyətlərdə insanlar hələ də anlamırlar ki, düşüncələr gələcəyin toxumlarıdır — həm fərdi, həm də kollektiv səviyyədə. Biz hər birimiz öz daxili dünyamıza nəzarət etməyi öyrənməliyik. Çünki bu, nəinki bizim həyat keyfiyyətimizi artırar, həm də ailəmizin, övladlarımızın və bütövlükdə cəmiyyətin sağlam gələcəyinə zəmin yaradar.

Yaponlar uzun yaşamanın sirrini dəniz məhsullarında, texnologiyada və ya zənginlikdə deyil, pozitiv düşüncədə, emosional balansda, şüurlu ünsiyyətdə olduğunu bilirlər.

Beləliklə, düşüncələrimiz həyatımızın memarlarıdır. Pozitivlik isə uzun yaşamağın ən doğru və ən təsirli dərmanıdır.

İbrahim NƏBİOĞLU 

AzPost.az

Paylaş

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:343
embedMənbə:https://azpost.info
archiveBu xəbər 15 Sentyabr 2025 12:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see737

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see670

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see251

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see247

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see244

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see224

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see218

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see216

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see211

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see200

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see192

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see192

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see187

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see184

"Milan"ın xal itkisi Video

12 Oktyabr 2026 05:18see176

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see175

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see174

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see169

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see169

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri