Icma.az
close
up
RU
Yaponlar xarici turistləri xoşlamırlar? Bu səhvləri etməyin

Yaponlar xarici turistləri xoşlamırlar? Bu səhvləri etməyin

Sfera.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Yaponiya qədim ənənələri, dünya şöhrətli mətbəxi və yaşam tərzləri ilə turistlərin ən çox ziyarət etdiyi ölkələrdən biridir. 2024-cü ildə 36 milyondan çox xarici turist Yaponiyanı ziyarət edib. Lakin bu ölkəyə səfər etməyi planlaşdıranlar bəzi qaydaları bilməlidirlər.

Sfera.az xəbər verir ki, Yaponiyanı ziyarət edən turistlərin əksəriyyəti yerli mədəniyyətə hörmət etsə də, bəziləri bilmədən sosial normaları poza bilər.

Bu isə yaponlar arasında narahatlıq yaradır. Son illərdə turist axınının artması bəzi problemlərə səbəb olub. Məsələn, 2023-cü ildə bir Yapon mağazası xarici turistlərin ətraf mühiti çirkləndirdiyini və işçilərə kobud davrandığını bildirib. Ötən il isə Fudzi dağının mənzərəsini bağlayan 20 metr hündürlüyündə bir sədd tikilib.
Yaponlar ənənələrə, nizam-intizama və səliqəyə böyük önəm verirlər. Turistlərin bu ölkədə yol verməməli olduğu üç əsas səhv davranış bunlardır:

- Yolda yeyib-içmək;


Yaponiyada gəzərkən yemək yemək və ya içki içmək hörmətsizlik kimi qəbul edilir. Bu adət yapon mədəniyyətində “tabearuki” adlanır və yeməyə qarşı laqeyd münasibət kimi qiymətləndirilir.
Turistlərə qəlyanaltılarını park kimi sakit bir yerdə oturaraq yemələri tövsiyə olunur. Yemək festivalları və bazarlarda ayaq üstə yemək məqbul sayılsa da, başqalarına mane olmamaq üçün bir kənara çəkilmək nəzakətli davranış hesab edilir.


- Bəxşiş vermək;


Qərb ölkələrindən fərqli olaraq, Yaponiyada bəxşiş vermək adi hal deyil və hətta bəzi hallarda kobudluq kimi qəbul edilə bilər. Restoranlar, otellər və taksilərdə əlavə pul vermək ehtiyac duyulmayan bir davranış hesab olunur.


Bizim üçün bu nəzakət göstəricisi olsa da, yaponlar yaxşı xidmətin artıq ödənilən məbləğin içində olduğunu düşünürlər. Bununla belə, bəzi istisnalar var. Məsələn, xüsusi tur bələdçiləri, tərcüməçilər və ənənəvi Yapon qonaq evlərində (ryokan) işləyənlər bəxşiş qəbul edə bilərlər.


Yaponiyada bəxşiş vermək lazım gəldikdə, pulu birbaşa uzatmaq əvəzinə bir zərfə qoyaraq təqdim etmək daha hörmətli hesab edilir.


- İctimai nəqliyyatda səs-küy salmaq;


Yaponiyada qatar və avtobuslar sakitliyi və nizamlılığı ilə seçilir. İctimai nəqliyyatda yüksək səslə danışan və ya telefonda danışan turistlər, yerli sərnişinlər tərəfindən narazılıqla qarşılanır.


Yapon mədəniyyətində ictimai nəqliyyat şəxsi düşüncə və istirahət vaxtı kimi qəbul edilir. Buna görə də telefonda danışmaq və ya yüksək səslə musiqi dinləmək yaxşı qarşılanmır.


Yaponiyaya səyahət edərkən bu qaydalara əməl etməklə həm yerli əhalinin hörmətini qazana, həm də daha xoş bir təcrübə yaşaya bilərsiniz.


Bəsti Rəfizadə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://sfera.az
archiveBu xəbər 03 Aprel 2025 11:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see205

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see195

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see174

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see144

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see134

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see131

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see126

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri