Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI
Milli.az saytına istinadən Icma.az xəbər verir.
Yaponiyanın dünyada ən uzunömürlü xalqlardan biri olması uzun illərdir müzakirə mövzusudur.
Milli.Az xəbər verir ki, mütəxəssislərin fikrincə, bunun əsas səbəbi düzgün qidalanma vərdişləri və sağlam həyat tərzidir.
Araşdırmalar göstərir ki, yaponlar gündəlik qida rasionunda ağır və yağlı yeməklərdən uzaq durur, mədəni yormayan, asan həzm olunan məhsullara üstünlük verirlər. Onların menyusunda balıq, tərəvəz, düyü, yosunlar, fermentləşdirilmiş qidalar və az miqdarda porsiyalar əsas yer tutur. Bu da mədə-bağırsaq problemlərinin, xüsusilə panos, reflüks və qastritin azalmasına səbəb olur.
Mütəxəssislər qeyd edir ki, yaponlar acqarına çox yemir, axşam saatlarında ağır qidalardan çəkinir və yeməkdən sonra dərhal uzanmırlar. Bu vərdişlər mədə turşusunun artmasının qarşısını alır və həzm sistemini qoruyur.
Digər mühüm amil isə stressin azaldılması, gündəlik hərəkətlilik və intizamlı həyat tərzidir. Yaponlar az-az, lakin tez-tez qidalanır, həddindən artıq yeməkdən uzaq dururlar. "Hara haçi bu" prinsipi - yəni tam doymadan süfrədən qalxmaq - onların sağlamlığının əsas sirlərindən biri sayılır.
Mütəxəssislər bildirir ki, bu vərdişlər yalnız mədə sağlamlığını deyil, həm də ürək-damar xəstəlikləri, şəkərli diabet və artıq çəki riskini azaldır. Məhz buna görə Yaponiyada 100 yaşdan yuxarı insanların sayı digər ölkələrlə müqayisədə xeyli çoxdur.
Qeyd olunur ki, düzgün qidalanma və mədəyə diqqət uzun və sağlam ömrün əsas açarlarından biridir.
Hüseyn
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 24 Dekabr 2025 01:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















