Yaponların uzunömürlü olmasının əsl səbəbi Bu məlumatlar sizi dəyişdirə bilər
Tribuna saytından alınan məlumata görə, Icma.az bildirir.
Tribunainfo.az xəbər verir ki, rusiyalı səyyah və travel-bloger Zarina Dzagoyeva Yaponiyaya səfəri zamanı yerli əhalinin uzunömürlülük sirlərini müşahidə edib və təəssüratlarını “Like Travel Səyahətlər” bloqunda “Dzen” platformasında bölüşüb.
Tokio, Kyoto və Osaka şəhərlərində olan bloger qeyd edir ki, Yaponiyada demək olar, artıq çəkili insanlara rast gəlinmir. “Əgər artıq çəkili birini görsəniz, çox güman ki, o, yapon deyil, çinli və ya koreyalıdır. Çünki yaponlar bədən formalarına ciddi nəzarət edir və dövlət artıq çəkisi normanı keçənləri qeydiyyata alır”, – deyə o yazır.
Yaponların sağlam həyat tərzinin digər bir sirri isə qidalanmada ölçülülük prinsipidir – onlar yeməyi tam doymamış buraxırlar. “Bir başqa maraqlı məqam isə budur ki, yaponlar istənilən yaşda aktiv həyat tərzi sürürlər. Onlar çox gəzir, parklarda dincəlir, işə və marketə velosipedlə gedirlər”, – deyə Zarina vurğulayır.
Qeyd edək ki, bloger daha öncə yaponların ruslara qəribə görünən gözəllik standartlarını da bölüşmüşdü.
İmran Kərimli
Baxış sayı:108
Bu xəbər 07 İyul 2025 20:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















