Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

Yaradıcı yanaşmayanda süni intellekt sadəcə səs küydür Sabir Abbaszadə

Yaradıcı yanaşmayanda süni intellekt sadəcə səs küydür Sabir Abbaszadə

Icma.az, 525.az portalına istinadən məlumat verir.

Süni intellekt artıq yalnız gələcəyin texnologiyası deyil, o, elə indidən həyatımızın bir parçasına çevrilib. Dünyada olduğu kimi, Azərbaycanda da bu sahəyə maraq sürətlə artır və gənc mütəxəssislər yeni ideyalar, innovativ yanaşmalarla diqqət çəkirlər.

Süni intellekt sahəsi üzrə gənc mütəxəssis kimi fəaliyyət göstərən Sabir Abbaszadə son zamanlar bu texnologiya vasitəsilə yaratdığı videolar, fotolar və müxtəlif layihələrlə diqqət çəkməyi bacarıb. Onun xüsusən öz yaradıcılığında süni intellektlə mədəniyyəti vəhdətdə təqdim etməsi, xalqımızın milli-mənəvi dəyərlərinə olan yüksək sevgisini və hörmətini gördüyü işlərdə də əks etdirməsi nəsildaşları arasında fərqlənməsinə səbəb olub.

S.Abbaszadə ilə müsahibəmizdə onun bu sahəyə gəliş yolunu, qarşılaşdığı çətinlikləri, əldə etdiyi təcrübəni və süni intellektin gələcəyi ilə bağlı fikirlərini öyrənməyə çalışdıq:

- Sabir bəy, bu sahəyə marağınız necə yarandı? Sizi daha çox həvəsləndirən nə oldu?

- Mən özümü heç vaxt bir peşə ilə məhdudlaşdırmamışam. Çünki bu dövrdə insan ya daim öyrənir, ya da yavaş-yavaş kənarda qalır. Mənim yolum texnologiya ilə yaradıcılığın kəsişdiyi yerdən keçir. Həmişə inanmışam ki, insan yalnız bildikləri ilə yox, öyrənməyə nə qədər açıq olması ilə dəyər qazanır.

Mənim üçün inkişaf diplomla bitmir, o, sual vermək, risk almaq, səhv etmək və yenidən ayağa qalxmaqdır. Süni intellektlə tanışlığım da məhz "bu alət mənim düşüncəmə nə qata bilər?" sualından doğdu.

Əslində, hər şey çox sadə bir müşahidə ilə başladı. Eyni işi görən insanlar arasında fərq yaradan cəhət istedad yox, yanaşma idi. Bəziləri saatlarla vaxt sərf edir, bəziləri isə eyni nəticəni daha sürətli, daha ağıllı şəkildə əldə edirdi. Həmişə ikinci qrupun içində olmaq istəmişəm. Bir çox insan texnologiyaya "işimizi əlimizdən alacaq" deyə baxır. Mən isə düşünürdüm ki, onu öz işimdə işlədə bilsəm, nə olar?

İlk mərhələdə bu sahə mənə bir alət kimi göründü. Amma dərinləşdikcə anladım ki, süni intellekt sadəcə proqram deyil, düşünmə modelidir. Düzgün sual verməyi bilmirsənsə, ən güclü sistem də sənə zəif nəticə verəcək.

- Bu sahədə biliklərinizi təkmilləşdirmək üçün hansı addımlar atırsınız?

- Özümü bu sahədə təsadüfi biliklərlə kifayətlənən biri kimi görmək istəmirəm. Ona görə də beynəlxalq səviyyədə qəbul edilən, praktiki və sistemli təlimlərə üstünlük verdim. İlk olaraq süni intellektlə işləməyin əsasını təşkil edən prompt düşüncəsi üzərində fokuslandım. Bu istiqamətdə dörd mərhələli beynəlxalq ixtisaslaşma proqramını uğurla tamamladım. Bu təlim mənə öyrətdi ki, süni intellektə "əmr vermək" yox, onunla düzgün dialoq qurmaq lazımdır.

Daha sonra generativ süni intellektin real dünyada necə işlədiyini anlamaq üçün növbəti beynəlxalq proqramda iştirak etdim. Google Cloud tərəfindən autorizə olunan və Coursera platforması üzərindən təqdim edilən "Gen AI: Beyond the Chatbot" adlı onlayn təlim artıq yalnız mətn və ya şəkil istehsalı ilə kifayətlənmirdi. Burada generativ modellərin biznesə, yaradıcılığa, təhsilə necə təsir etdiyini, onların necə qurulduğunu və necə tətbiq edildiyini öyrəndim. Bu sertifikatlar mənim üçün sadəcə sənəd deyil. Onlar mənim düşüncə tərzimin dəyişdiyinin rəsmi təsdiqidir.

- Təlimlərdən öyrəndiklərinizi bu gün yaradıcılığınızda necə tətbiq edirsiniz?

- Ən böyük fərq yanaşmadadır. Əvvəllər "ideya - icra - nəticə" xətti daha uzun idi. İndi isə ideya ilə nəticə arasındakı məsafə qısalıb, amma keyfiyyət azalmayıb, əksinə, artıb. Süni intellekt mənim üçün "hazır cavab verən" alət deyil. O, mənim düşüncə gücləndiricimdir. Məsələn, bir ideyanı on fərqli bucaqdan yoxlaya bilirəm, alternativ ssenariləri saniyələr içində görürəm, yaradıcı tıxanıqlıq zamanı beynim üçün güzgü rolunu oynayır.

Amma onu da deyim ki, süni intellekt yaradıcılığı əvəz etmir. Yaradıcılığı olan insanın əlində güclü silaha çevrilir. Yaradıcı yanaşma olmayanda isə süni intellekt sadəcə səs-küydür.

- Sizcə, süni intellektin sürətli inkişafı ilə necə ayaqlaşmaq mümkündür?

- Belə deyək, daim öyrənməyə hazır olmayan bu yarışda uduzacaq. Ayaqlaşmaq üçün gündə bir az da olsa oxumaq, yeni alətləri yoxlamaqdan qorxmamaq, "mən bilirəm" deməyi vaxtında dayandırmaq lazımdır. Texnologiya artıq bizdən icazə almır. O irəliləyir. Onun arxasında qaçmaq, ya da kənardan baxmaq artıq öz seçimimizdir.

- Süni intellekt bizdən nəyi alır, bizə nə qazandırır?

- Ən çox qazandırdığı vaxtdır. Ən riskli tərəfi isə düşüncədə tənbəllik aşılamasıdır. Əgər insan düşünməyi süni intellektə həvalə edirsə, itirir. Amma əgər düşünməni özündə saxlayıb, icranı sürətləndirirsə, qazanır. Süni intellekt bizdən yaradıcılığı almır. Əksinə, yaradıcılığı olmayanı üzə çıxarır.

- Hazırda karyeranızı qurmaq prosesində hansı çətinliklərlə daha çox qarşılaşırsınız və bu çətinlikləri aşmaq üçün nələr etməyə çalışırsınız?

- Qarşılaşdığım ən böyük çətinliklərdən biri mühitin dəyişməyə həmişə hazır olmamasıdır. Texnologiya çox sürətlə irəliləsə də, insanların düşüncə sürəti eyni templə dəyişmir. Yeni ideya təqdim edəndə bəzən ilk reaksiya maraq yox, ehtiyat olur. Bu isə insanı ya geri çəkilməyə, ya da daha güclü olmağa məcbur edir. Mən ikinci yolu seçmişəm.

Digər bir çətinlik isə daxili şübhədir. İnsan bəzən özündən soruşur: "Doğru yoldayam?", "Gecikmirəm ki?", "Daha yaxşı edə bilərəmmi?" Bu suallar zəiflik yox, inkişafın başlanğıcıdır. Çünki özündən razı qalan insan dayanır, soruşan insan isə böyüyür. Bu çətinlikləri aşmaq özüm üçün davamlı öyrənmək, səbirli olmaq, müqayidəsən uzaq durmaq riskdən qorxmamaq kimi prinsiplər müəyyənləşdirmişəm ki, onlara sadiq qalmağa çalışıram. Məncə, karyera qurmaq əslində iş tapmaq yox, özünü tapmaqdır. İnsan kim olduğunu anladıqca yolu da aydınlanır.

- Öyrənmə mərhələsində olan gənc kimi süni intellekt sahəsində sizi ən çox həyəcanlandıran və eyni zamanda narahat edən məqamlar hansılardır?

- Süni intellekt təkcə texnologiya deyil. Bu, insan düşüncəsinin yeni mərhələsidir. Ən çox həyəcanlandıran tərəfi məhz əvvəllər aylarla çəkən proseslərin indi saatlara, bəzən dəqiqələrə sığmasıdır. Bu, yaradıcı insan üçün inanılmaz imkan deməkdir. Bundan başqa həyəcanlandıran tərəflərindən biri yaradıcılığın sərhədlərinin genişlənməsidir. Yəni artıq ideya ilə nəticə arasındakı məsafə çox qısalıb. Həmçinin, əvvəllər böyük bir komandanın gördüyü işi indi tək bir insan görə bilir. Biliklər daha əlçatandır. Yəni harada yaşamağından asılı olmayaraq, öyrənə bilirsən. Bu gün mən Bakıda oturub dünyanın sayılıb-seçilən böyük bir təlimində, beynəlxalq kursunda aylarla iştirak edə bilirəmsə, deməli, indi elm dalınca Çinə getmək heç də adicə məsəl deyil.

Eyni zamanda bu aspektdə narahatlıq doğuran məqamlar da az deyil. Onlardan ən əsası asılılıq riskidir. Əgər insan düşünməyi dayandırıb hər şeyi süni intellektə həvalə edərsə, bu, inkişaf yox, geriləmə olar. Texnologiya bizi gücləndirməlidir, zəiflətməməlidir.

Digər narahatlıq isə etik məsuliyyətdir. Süni intellekt güclüdür, amma onu necə istifadə etməyimiz daha güclü nəticələr yaradır. Yanlış əllərdə böyük texnologiya böyük problemə çevrilə bilər.

- Gələcəkdə özünüzü süni intellektin hansı istiqamətində görmək istəyirsiniz və bu hədəfə çatmaq üçün hazırda hansı addımları atırsınız?

- Özümü yalnız texnologiyadan istifadə edən biri kimi görmürəm. İstəyirəm ki, texnologiya ilə dəyər yaradan insan olum. Gələcəkdə məqsədim süni intellekti yaradıcılıq, kommunikasiya və insan düşüncəsi ilə birləşdirən istiqamətdə inkişaf etməkdir.

Məni ən çox cəlb edən sahə generativ süni intellektin yaradıcı sənayelərlə kəsişməsidir. Çünki burada texnologiya təkcə hesablamır - o, təsəvvür edir, formalaşdırır, vizuallaşdırır. Bu isə yeni bir yaradıcılıq dili deməkdir. Bu hədəfə çatmaq üçün beynəlxalq təlimlərdə iştirak edirəm, yeni alətləri təcrübədən keçirirəm, qazandığım bilikləri tətbiq etməyə, düşüncəmi texnologiyanın sürətinə uyğun inkişaf etdirməyə çalışıram.

- Sizcə, süni intellekt yaxın illərdə cəmiyyətimizin hansı sahələrinə daha ciddi təsir göstərəcək və bu dəyişikliklərə nə dərəcədə hazırıq?

- Süni intellekt artıq gələcəyin mövzusu deyil, bugünün reallığıdır. Fikrimcə, yaxın illərdə təhsil, media və kommunikasiya, iş bazarı kimi sahələrdə, eləcə də gündəlik həyatımızda onun ciddi təsirlərini görəcəyik. Öyrənmə fərdiləşəcək. Hər kəs eyni templə yox, öz sürəti ilə inkişaf edəcək. Müəllimin rolu azalmaq yox, dəyişmək istiqamətində gedəcək. Kontent istehsalı sürətlənəcək. Bu xaosun içərisində keyfiyyətlə səs-küyü ayırmaq çətinləşə bilər. Amma yenə də düşünürəm ki, bu sahədə insan zövqü və düşüncəsi daha da dəyərli olacaq. Bəzi peşələr dəyişəcək, bəziləri yox olacaq, yeniləri yaranacaq. Bu, tarix boyu belə olub. Fərq ondadır ki, bu dəfə dəyişimin sürəti daha yüksəkdir. İnsan daha az fiziki, daha çox zehni iş görəcək.

O ki qaldı hazır olmağımıza, məncə, texnologiya baxımından bəli, sürətlə yaxınlaşırıq, amma düşüncə baxımından hələ də öyrənirik. Əsas məsələ proqramlar yox, zehniyyətin dəyişməsidir. Çünki gələcək texnologiyanın yox, ona uyğunlaşa bilən insanın tərəfində olacaq. İnanıram ki, gələcək texnologiyanı bilənlərin yox, texnologiya ilə düşünməyi bacaranların olacaq. Süni intellekt qorxulu deyil. Qorxulu olan dəyişməyə müqavimətdir.

Şahanə MÜŞFİQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:555
embedMənbə:https://525.az
archiveBu xəbər 06 Fevral 2026 18:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see661

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see346

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see336

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see320

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see309

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see307

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see287

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see278

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see276

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see260

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see256

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see236

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see224

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see224

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see224

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see217

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see213

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see209

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see203

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri