Icma.az
close
up
RU
Menu

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

SOCAR maaşları 20% artırdı

KİV: Ukrayna yanvarda maliyyə böhranı ilə üzləşə bilər

SOCAR da işləyənlərə ŞAD XƏBƏR: Maaşlar bu qədər artdı

Hələ də inana bilmirəm

DÇ 2026 nın seçmə mərhələsinin IX turunda növbəti oyunlar keçirilib NƏTİCƏLƏR

Kombinin daha sürətli və çox isidilməsi üçün 3 sadə metod

Azərbaycanın Milli Qəhrəmanı: Zəfər Günündə keçirilən parad Vətən keşikçilərinin layiqli xidməti davam etdirdiyini göstərir ŞƏRH

Avropa İttifaqının 2026 cı il üçün büdcəsi barədə razılıq əldə olunub

Bu gün noyabrın 17 si Azərbaycanda Milli Dirçəliş Günüdür.

VFS Global şirkəti fərdi məlumatların qanunsuz istifadəsi ilə gündəmə gəldi

Deputatlar Milli Qəhrəmanın evinə getdilər FOTOLAR

İşdə oturub işdən çıxmaq: İşçiləri “candərdi” işləməyə nə vadar edir?

Özbəkistan mətbuatı Prezident İlham Əliyevin səfərini geniş formada işıqlandırıb

Rəqqasə Fatimənin qızının toyundan görüntülər VİDEO

İrşaddan alınan kameranın qaytarılması müştərini bezdirib

Yaşar Nurinin qızı dünyasını dəyişib

İlham Əliyevin sosial şəbəkə hesablarında Özbəkistana səfərindən görüntülər paylaşılıb VİDEO

“Süni intellekt “insan kimi görməyi” öyrənib: mənanı anlamağa başlayır“ Elmi tədqiqat

Sürücülük vəsiqəsi almaq üçün yezda imtahanı nda yenilik Bundan sonra...

Yaralarımızın məlhəmi Söz Şahanə Müşfiq yazır

Yaralarımızın məlhəmi Söz Şahanə Müşfiq yazır

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Şahanə MÜŞFİQ

İnsan yaranandan bu yana həyatın qaranlıq sükutunda iki şey daim var olub: ağrı və söz. Birincisi insanı üzüb zəiflədən, ikincisi isə insanı daim ayaqda saxlayan gücdür. Zaman dəyişdikcə acının forması dəyişib, döyüşlər, itkilər, ayrılıqlar, xəyanətlər, sarsıntılar müxtəlif şəkillərə düşüb, amma sözün təsəlli verən, sağaldan, yol göstərən qüvvəsi heç vaxt itməyib, itmir. İnsan ömrü qaça bilmədiyimiz, qoruna bilmədiyimiz yaralanmalardan ibarətdir və bəşər öz yaralarını nəsillər boyu iki yolla sağaldıb: dua və ədəbiyyat.

Bu gün müasir dünyanın qarışıq ritmində, sosial şəbəkələrin gurultusunda, insan psixologiyasının həssas nöqtələrində ədəbiyyat yenidən öz ilkin missiyasına - müalicə etmək, yüngülləşdirmək, insanın içindəki qaranlığı işığa çevirmək funksiyasına qayıdır. Bu, təkcə oxumaq ehtiyacı deyil, içimizdəki ifadə olunmamış duyğunun sözə ehtiyacı, danışa bilmədiklərimizi başqasının yazısında tapmaq arzusudur.

Bütün məsuliyyəti ilə deyə bilərik ki, ədəbiyyat insanı dərindən dinləyən yeganə sahədir. O, sükutda danışır, yorğunluqda güldürür, hər şeydən vaz keçmək istəyəndə bizi yenidən həyata bağlayır. Zaman keçdikcə daha çox anlayırıq ki, insanı sağaldan, onun daxili boşluğunu dolduran ən böyük qüvvə başqasının yaşadıqlarında özünü görməkdir. Bu isə yalnız ədəbiyyatın gücü ilə mümkündür.

Ədəbiyyat yalnız estetik zövq yaratmağı hədəfləmir. O, psixoloji prosesdir: insanın daxili çətinliklərini anlamasına kömək edir. Ədəbiyyat bir növ güzgüdür, insan öz yaralarını o güzgüdə görməsə, onları sağalda bilməz.

Bir insan öz ağrısını sözə çevirəndə yalnız özü üçün yox, onu oxuyan hər kəs üçün şəfa qapısı açır. Ona görə də hər bir böyük yazıçı istər-istəməz bir terapevt, psixoloq funksiyasını yerinə yetirir. Oxucu onun yazdıqlarında öz yarasının səbəbini, bəzən də çıxış yolunu tapır.

Bu, təsadüfi deyil. Çünki insan təbiəti emosional olaraq mürəkkəbdir. Dərd danışılmadıqca ürəkdə böyüyür, insanı sıxır, nəfəs almağı belə çətinləşdirir. Ədəbiyyat, xüsusilə roman, esse, poeziya isə bu danışa bilmədiklərimizi bizim əvəzimizə dilə gətirir. İçimizdə yığılıb-qalmış kiri, pası, ruhumuzu sarsıdan ağrıları üzə çıxarmağa, onlardan qurtulmağa kömək edir.

Bizə elə gəlir ki, oxuduğumuz qəhrəman bizdən fərqlidir. Amma bir az dərinə gedəndə anlayırıq ki, o, bizim içimizdə gizlənən, adını belə çəkməyə cəsarət etmədiyimiz bir parçadır, hansısa hissin adıdır. Buna görədir ki, böyük sənət əsərləri insanı həm həyəcanlandırır, həm sakitləşdirir. Bu hissin özü sağalmanın başlanğıcıdır.

Son onillər boyunca dünya ard-arda sarsıntılar yaşayır: savaşlar, müharibələr, miqrasiya, təbiət fəlakətləri, pandemiyalar... Cəmiyyətlərin psixologiyası zəifləyir, insanlar emosional yorğunluğa düçar olur. Belə dövrlərdə ən çox zərər görən isə ruhumuzdur. Bəs ruh nə ilə sağalır, nə ilə özünə qayıdır? Əlbəttə ki, sözlə.

Müharibə görmüş, müharibədən çıxmış cəmiyyətlərin ədəbiyyatı iki qat ağır olur: yazıçı həm öz ağrılarını, həm də millətin dərdini daşıyır. Amma eyni zamanda onun boynuna düşən missiya da ikiqat böyüyür - yaddaşı qorumaq və sağaltmaq.

Azərbaycan cəmiyyəti də uzun illərdir savaş və itkilər görüb, məhrumiyyətlərə düçar olub. Bunun yaratdığı kollektiv travma ədəbiyyata, poeziyaya təsirsiz ötüşməyib. Çoxları üçün yazmaq sağ qalmaq deməkdir. Çoxları üçün isə oxumaq nəfəs almaq, düşüncənin düyünlərini açmaqdır.

Ədəbiyyat deyir: "Sən tək deyilsən. Bu ağrını yaşayan təkcə sən deyilsən". İnsan üçün ən böyük təsəlli də elə budur - tək olmadığını hiss etmək.

Vətən müharibəsi dövründə yazılan gündəliklər, məktublar, xatirələr, şeirlər təkcə ədəbiyyat nümunəsi deyil, bir xalqın öz yarasını anlama üsuludur. Biz itkilərimizi tarix kitabları ilə yanaşı, şairlərin sətirlərində, yazıçıların yaratdıqları talelərdə yaşadırıq. Çünki ədəbiyyat ölümü davam edən həyata çevirir. Sözün ən böyük möcüzəsi də məhz budur.

Elmi araşdırmalar təsdiqləyir ki, insan oxuyanda beynin emosional mərkəzləri aktivləşir, stress azalır, düşüncə aydınlaşır, empatiya güclənir. Ədəbiyyat insan beynində sanki yenidən quruculuq prosesi aparır. Bir müddət oxuyan insan daha sakit, daha anlayışlı, daha dözümlü olur. Çünki söz düşüncəni yüngülləşdirir, ağrını yumşaldır.

Oxu prosesində başqasının taleyi ilə tanış olan insan bir anlıq həmin taleyə daxil olur. Bu, emosional təmizlənmə deməkdir. Ona görə bəzən bir romanı oxuyub bitirdikdən sonra sanki özümüzü daha rahat hiss edirik. Elə bil içimizdəki gərginlik azalıb.

Ədəbiyyat informasiyanı yox, duyğunu paylaşır. Duyğuların paylaşılması isə insan psixologiyasını ən effektiv şəkildə sağaldan vasitədir.

Ağrının ən incə dillə ifadəsi isə şübhəsiz ki, poeziyadır. Poeziya hər zaman insanın iç səsinin forması olub. Şairlər bəzən cümlələrin bitmədiyi yerdə danışmağa başlayırlar. Onların yazdıqları insan ağrısının ən saf, ən təmiz halını ifadə edir. Bəzən bir şeir bir kitabın danışa bilmədiyini, ya da bir insanın illərlə susduqlarını deyə bilir. Çünki şeir birbaşa ruhla danışır.

Hər bir insan həyatında ən azı bir dəfə çox ağır bir dövr keçirib və həmin dövrdə təsadüfən oxuduğu bir misra onu dəyişib. Elə bir misra ki, sanki onun içindən çıxıb, amma başqası yazıb. Poeziyanın sağaldıcı gücü də elə bundadır - insanın özünü başqasının misrasında tapması.

Məsələn, Füzulinin eşq fəlsəfəsi, Məhəmməd Hadinin nisgili, B.Vahabzadənin ağrılı çağırışları, Məmməd Arazın vətən kədəri yalnız söz deyə təqdim oluna bilməz. Onlar insanın iç dünyasını silkələyən, ona yenidən güc verən bir mahiyyət daşıyır.

Necə olur ki, söz sağaldır? Bu sual sadə görünür, amma cavabı çoxqatlıdır:

1. İnsan başqasının yaşadıqlarında özünü görür. Bu, insana tək olmadığını hiss etdirir.

2. Söz adlandıra bilmədiklərimizi bizim əvəzimizə adlandırır. Bəzən içimizdəki hissin adını bilmərik, amma bir cümlə, bir şeir misrası onu bizə izah edər.

3. Oxu beynin stress mexanizmini sakitləşdirir. Bu, elmi olaraq sübut olunmuş psixoloji bir prosesdir.

4. Ədəbiyyat ahəng və ritmlə insan nəfəsini nizamlayır. Xüsusilə poeziya insan nəfəsinə təsir edir.

5. Ədəbiyyat insanı düşünməyə məcbur edir. Düşünmək isə sağalmanın əsas mərhələsidir.

Ən əsası isə ədəbiyyat insana öz hekayəsini yenidən yazmaq imkanı verir. Oxucu bir romanın sonunda sanki özü də dəyişir, böyüyür, artıq əvvəlki insan olmur.

lll

Təkcə oxumaq deyil, yazmaq da şəfa prosesidir. İnsan yazı masası arxasında bəzən öz iç dünyasını ilk dəfə tanıyır. Kağızla tək qalanda insan sanki öz ruhu ilə söhbət edir. Buna görə dünyada terapiyanın bir forması da emosional yazı terapiyasıdır.

İnsan içində yığılıb qalmış duyğunu yazanda ona sahib çıxır və ondan azad olur. Bu proses təkcə cildi-cild romanlara, ya da bədii ədəbiyyata aid deyil, hətta sadə gündəlik yazmaqla belə baş verə bilər.

Yazmaq ağrını kağıza köçürməkdir. Kağıza tökdüyümüz ağrı ürəyimizi rahat buraxır, bizim üçün ruhumuzu sıxan dərddən daha çox, gözümüzün önündə "işləyəcəyimiz bir obyektə" çevrilir və biz onu daha rahat dərk edirik.

Tarix boyunca böyük yazıçıların çoxu məhz öz ağrılarını yazaraq sağaldıblar: Dostoyevski, Heminquey, Vircinia Vulf, Kafka, Cavid, Cəlil Məmmədquluzadə, Anar, Elçin... Hər birinin yazısında bir kədər kölgəsi var, amma məhz o kədər onların sənətinə dərinlik, əsərlərinə unudulmazlıq verib.

Məncə, dünyanın ən böyük problemi heç də iqtisadi və siyasi deyil. Ən böyük problemimiz empatiya çatışmazlığıdır. İnsan bəzən başqasını anlamır, onun yaşadıqlarını hiss etmir, onun dərdinə uzaqdan baxmaqla kifayətlənir. Məhz bu uzaqlıq, hiss edə bilməmək cəmiyyətləri, ailələri, insan münasibətlərini dağıdır. Mütaliə isə empatiyanı gücləndirir. Oxuyan insan başqasının ağrısını hiss edir, başqasının sevincinə şərik olur, onun taleyini anlamağa çalışır. Bunun özü insanın xarakterinə birbaşa təsir göstərir və onu daha anlayışlı, empatiya duyğusu inkişaf etmiş bir insana çevirir.

Empatiyası güclü olan cəmiyyət daha sağlamdır. Empatiyası güclü olan insan daha xoşbəxtdir.

Ədəbiyyat yalnız şəxsi yaraları sağaltmır, o, cəmiyyətin mənəvi yüksəlişinin əsas şərtidir. Mədəniyyətin başlıca dayağı söz və düşüncədir. Söz zəifləyəndə cəmiyyət zəifləyir, insan kobudlaşır, münasibətlər sərtləşir. Düşüncə korşalanda insan həyatın mənasını itirir.

Amma ədəbiyyat sözün gücü ilə insanı yenidən öz köklərinə qaytarır, dəyərləri xatırladır, həyatın mənasının daha dərinlərdə olduğunu göstərir. Buna görə inkişaf etmiş bütün cəmiyyətlərin mərkəzində mütləq güclü ədəbiyyat durur.

Oxuyan cəmiyyət soruşur, düşünür, müqayisə edir, susmur, özünü yeniləyir. Axı susmaq ən böyük yara, ən sağalmaz xəstəlikdir. Ona görə sözün olduğu yerdə həyat var.

Son illər dünyada "biblioterapiya" deyilən kitabla müalicə üsulu güclənməkdədir. İnsanlar həyatın xaosundan çıxmaq üçün yenidən kitab mağazalarına üz tutur. Bu geridönüşdə poeziya kitabları ən çox satılan janrlardan birinə çevrilir. Hər yerdə yazı kursları, poeziya festivalları keçirilir, ədəbi görüşlərə maraq artır. Çünki insanlar içlərini sağaltmağa yol axtarırlar və ən təmiz yolun məhz söz olduğunu anlamağa başlayıblar.

Biz də, bir xalq kimi, savaşdan, itkilərdən, ayrılıqlardan, böhranlardan keçdikcə daha çox sözə sarıldıq. Poeziyadakı vətən ağrısı, hekayələrdəki taleyin acı döngələri, esselərdəki insanın daxili mübarizəsi özümüzə qayıtmaq ehtiyacının nəticəsidir. Anlamalıyıq ki, insan ən çox özündən uzaq düşəndə yorulur. Ədəbiyyat bizi özümüzə qaytaran körpüdür.

Bu yerdə bir sual doğur: niyə söz hələ də bu qədər güclüdür? Cavab isə yenə də çox sadədir: çünki insan dəyişmir. Texnologiya dəyişir, dövr dəyişir, həyat tempi dəyişir, amma insan ruhunun eşidilmək, başa düşülmək, sakitləşmək, güclənmək, sağalmaq kimi ehtiyacları dəyişmir. Ədəbiyyat bütün bunları özü içində daşıyan yeganə qüvvədir.

Söz bəzən həkim kimi yaralarımıza məlhəm, sarğı qoyur. Bəzən psixoloq kimi bizi dinləyir. Bəzən dost kimi qucaqlayır. Bəzən ana kimi təsəlli verir.

Biz həyat boyu davam edən yaralanmalarımızı elə sözlərlə sağaldırıq. Bu da ən böyük həqiqətdir ki, nə qədər sərt zamanlardan keçsək də, insan övladı sözə sığınmaqdan vaz keçmir. Çünki ən böyük həqiqət budur: İnsanı insan edən elə sözdür. İnsanı sağaldan da yenə o sözün özüdür.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:63
embedMənbə:https://525.az
archiveBu xəbər 17 Noyabr 2025 19:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

16 Noyabr 2025 13:53see16174

SOCAR maaşları 20% artırdı

16 Noyabr 2025 17:28see946

KİV: Ukrayna yanvarda maliyyə böhranı ilə üzləşə bilər

16 Noyabr 2025 02:43see247

SOCAR da işləyənlərə ŞAD XƏBƏR: Maaşlar bu qədər artdı

16 Noyabr 2025 17:20see210

Hələ də inana bilmirəm

15 Noyabr 2025 23:29see163

DÇ 2026 nın seçmə mərhələsinin IX turunda növbəti oyunlar keçirilib NƏTİCƏLƏR

16 Noyabr 2025 02:12see142

Kombinin daha sürətli və çox isidilməsi üçün 3 sadə metod

16 Noyabr 2025 00:50see139

Azərbaycanın Milli Qəhrəmanı: Zəfər Günündə keçirilən parad Vətən keşikçilərinin layiqli xidməti davam etdirdiyini göstərir ŞƏRH

16 Noyabr 2025 08:15see135

Avropa İttifaqının 2026 cı il üçün büdcəsi barədə razılıq əldə olunub

16 Noyabr 2025 17:59see134

Bu gün noyabrın 17 si Azərbaycanda Milli Dirçəliş Günüdür.

17 Noyabr 2025 00:00see134

VFS Global şirkəti fərdi məlumatların qanunsuz istifadəsi ilə gündəmə gəldi

17 Noyabr 2025 02:48see133

Deputatlar Milli Qəhrəmanın evinə getdilər FOTOLAR

15 Noyabr 2025 23:51see132

İşdə oturub işdən çıxmaq: İşçiləri “candərdi” işləməyə nə vadar edir?

16 Noyabr 2025 16:02see130

Özbəkistan mətbuatı Prezident İlham Əliyevin səfərini geniş formada işıqlandırıb

16 Noyabr 2025 19:40see127

Rəqqasə Fatimənin qızının toyundan görüntülər VİDEO

17 Noyabr 2025 04:13see124

İrşaddan alınan kameranın qaytarılması müştərini bezdirib

17 Noyabr 2025 01:45see124

Yaşar Nurinin qızı dünyasını dəyişib

16 Noyabr 2025 19:48see124

İlham Əliyevin sosial şəbəkə hesablarında Özbəkistana səfərindən görüntülər paylaşılıb VİDEO

16 Noyabr 2025 20:54see123

“Süni intellekt “insan kimi görməyi” öyrənib: mənanı anlamağa başlayır“ Elmi tədqiqat

16 Noyabr 2025 10:50see122

Sürücülük vəsiqəsi almaq üçün yezda imtahanı nda yenilik Bundan sonra...

16 Noyabr 2025 15:57see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri