Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

Röya tanınmaz obrazda (Foto/Video)

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

Baş idarə rəisinə yeni rütbə verildi

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

Gizli toy və atılmış qız: Müslüm Maqomayevin həyatından az adamın bildiyi faktlar

Söz, kitab, müəlliflik... Şahanə Müşfiq yazır

Söz, kitab, müəlliflik... Şahanə Müşfiq yazır

525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Şahanə MÜŞFİQ

İnsanlığın ilk ixtirası, zamanın saxlancı, insan düşüncəsi və ruhunun daşıyıcısıdır Söz. Onu bəzən daşlara həkk etdik, bəzən papirusda qoruduq, bəzən də qəlbin dərinliklərindən süzülüb gələn fikirlərlə kağıza hopdurduq.

Bəşəriyyət tarixində elə günlər var ki, onlar sadəcə bir təqvim vərəqi deyil, həm də mədəniyyətin, ideyaların və yaradıcılığın rəmzinə çevrilmiş xüsusi tarixlərdir. 23 Aprel də məhz belə günlərdən biridir. Bu gün Dünya Kitab və Müəllif Hüquqları Günü kimi qeyd olunur. UNESCO-nun 1995-ci ildə bu tarixi elan etməsi heç də təsadüf deyildi. Həmin gün 1616-cı ildə dünya ədəbiyyatı üç nəhəngini - Servantesi, Şekspiri və İnka Qarsilaso de la Veqanı itirmişdi. Bu simvolik tarix mədəniyyət tarixində bir dövrə yekun vurub, yeni bir mərhələyə "mərhaba" dedi. Onların yaratdığı ədəbi irs təkcə dilləri və millətləri deyil, bütöv insanlığı formalaşdırdı. "Don Kixot"un içimizdəki idealları, "Hamlet"in əbədi sualları, Qarsilasonun poetik lirizmi bu gün də nəfəs alır. Dahi mütəfəkkirlərin sözlə qurduğu dünyalar bu günümüzə qədər yaşayıb, yaşadıb.

Kitab - sükut içində danışan, hər oxuyanda yeni cümlələr quran sirli varlıqdır. O, sadəcə oxunan deyil, yaşanan, hiss olunan, tərbiyə edən bir fenomendir. Bəzən bir cilddə gizlənmiş talelər, bir cümləyə hopan çağırışlar, bir sətirə sığan əsrlər olur. Bu gün dünyada kitab bayramı qeyd olunarkən, bizim üçün də yenidən və təkrarən düşünməyə tanış mövzumuz yaranır: bizim cəmiyyətin kitabla münasibəti, eləcə də kitaba münasibəti nə yerdədir?

Azərbaycanda kitab sevgisi dərin köklərə malik olsa da, müasir dövrün reallıqları ilə ayaqlaşmaq bəzən çətinləşir. Oxucu kütləsinin azalması, kitab dükanlarının gündən-günə "yoxa çıxması" və elektron mediaya yönəlmə, təəssüf ki, ənənəvi kitab sevgisinə təsir edir. Digər tərəfdən, müasir nəşriyyatların fədakar fəaliyyəti, gənc yazarların artan təşəbbüskarlığı və sosial şəbəkələrdə kitabsevərlərin yaratdığı icmalar bir ümid işığı da yandırmamış deyil.

Əgər "kitab oxuyan yoxdur" desək, ilk növbədə, elə bu yazıya, öz gördüyümüz işə haqsızlıq etmiş olarıq. Kitab oxunmursa, bəs niyə yazılır, niyə nəşriyyatlar cild-cild kitablar tərcümə edirlər? Nədir bu keçirilən kitab sərgilərinin məqsədi? Bəs oraya yığılan insan selini necə açıqlayaq? Əlbəttə, var kitab oxuyanlarımız. Hətta sevinclə deyə bilərik ki, son illərdə Azərbaycanda kitaba qayıdış müşahidə olunur. Gənclərin ədəbiyyata marağı artır, tez-tez kitab müzakirələri keçirilir, oxu klubları yaradılır, müasir müəlliflərə yönələn maraq diqqət çəkir.

Lakin problemlər də az deyil: kitabların qiymətinin baha olması, kitab mağazalarının azlığı, müəlliflərin nəşr xərclərini özünün qarşılaması, dövlət dəstəyinin məhdudluğu, tərcümə işində çox rastlanan səhlənkarlıq - bunlar oxucu ilə kitab arasında görünməyən divarlar yaradır.

Nəşriyyatların fəaliyyəti, zəif tərcümələr, tiraj problemləri, satış sistemindəki çətinliklər bu sahənin ciddi müzakirə tələb edən məsələləridir. Müəlliflərin öz əsərlərini nəşr etdirmək üçün maddi və mənəvi əziyyət çəkməsi, bir çox hallarda müəllif hüquqlarının qorunmaması, plagiat hallarının cəzasız qalması, nə yazıq ki, bu gün də aktualdır.

23 Aprel Dünya Kitab və Müəllif Hüquqları Günü Azərbaycanda 1997-ci ildən qeyd edilir. Ölkəmizdə müəllif hüquqları bütün mövcud imkanlarla qorunur. Amma hələ də bir çox müəllif öz kitablarının iznsiz yayımlandığını, yaradıcı ideyalarının başqa şəxslər tərəfindən mənimsənildiyini görür. İnternetdə PDF formatında yayılmış kitablar, müəllifin icazəsi olmadan paylaşılan mətnlər və ya tərcümələrin müəllif adı dəyişdirilərək təqdim olunması - bütün bunlar yaradıcının maddi və mənəvi hüquqlarının pozulmasıdır.

Müəllif hüququ - sadəcə hüquqi sənəd deyil, müəllifin əməyinə, ruhuna, intellektinə verilən dəyərdir. Bu hüquqlar qorunmadıqda, yazarın ruhu tükənir, yaradıcılıq enerjisi itir, nəticədə ədəbiyyat da susur. Əsəri oğurlanmış bir yazar, səsi oğurlanmış bir musiqiçi və ya fikri mənimsənmiş bir publisist - hamısı eyni travmanı yaşayır: görünməmək, dəyərsizləşmək. Bu səbəbdən, 23 Aprel həm də müəllifin adını və imzasını tanımaq, onu qorumaq günüdür.

Kitab oxumaq təkcə savad deyil, təfəkkür, dünyagörüşü, empatiya qazandırır. Cəmiyyətin gələcəyi oxuyan nəslin çiynində yüksəlir. Bu gün valideynlər, müəllimlər, cəmiyyətin sayılıb-seçilən ziyalıları bir suala cavab verməlidirlər: gənc nəslə kitabı necə sevdirə bilərik? Cavab sadədir - nümunə göstərərək. Oxuyan valideyn, oxuyan müəllim, oxuyan jurnalist, oxuyan məmur - bunlar təkcə obraz deyil, həm də təbliğatdır.

23 Aprel təkcə bayram deyil, mədəniyyətin güzgüsüdür. Hər kitab bir ömür, hər müəllif bir dünyadır. Bu gün bir kitab vərəqləmək, bir müəllifi yad etmək, bir yeni nəşri almaq - sadəcə jest deyil, həm də bir mədəniyyət və şüur nümayişidir. Gəlin sözə, kitaba və onun arxasındakı əməklərə sahib çıxaq. Çünki millətin yaddaşı kitab rəflərindədir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:275
embedMənbə:https://525.az
archiveBu xəbər 23 Aprel 2025 19:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see350

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see340

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see337

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see333

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see318

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see270

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see270

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see257

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see244

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see221

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see220

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see219

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see215

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see214

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see213

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:10see212

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see208

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see198

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see195

Gizli toy və atılmış qız: Müslüm Maqomayevin həyatından az adamın bildiyi faktlar

31 Oktyabr 2026 20:16see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri