Icma.az
close
up
RU
Yararlılıq müddəti keçməyib, amma qida kiflənib Səbəb bu imiş

Yararlılıq müddəti keçməyib, amma qida kiflənib Səbəb bu imiş

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Xarab olmuş məhsullar satışdan çıxarılmır - marketlərdə ciddi problem var

Həmkarımız Ceyhun Musaoğlu "Melissa store" marketdə satışda kiflənmiş kolbasa olduğu barədə xəbər paylaşıb. Paketlənmiş kolbasanın kiflənmiş olduğunu əks etdirən fotonu da məlumata əlavə edib. Market Həsən bəy Zərdabi prospektindəki “Melissa Park”da yerləşir. 

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov satışda istifadə müddəti bitmiş, xarab, zərərli məhsulların olması barədə Sherg.az-a danışarkən bildirdi ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Əsasnaməsində göstərildiyi kimi, istənilən qida fermadan və ya tarladan istehlakçının süfrəsinə qədər soyuq zəncir üzrə hərəkət etməlidir. Heç bir yerdə temperatur fərqliliyinə, çirklənməyə məruz qalmamalıdır: 

- Qida təhlükəsizliyi bu cür təmin olunmalıdır. Əgər zəncirin hər hansı bir halqasında pozuntu olarsa, qida sağlamlıq ümün təhlükəyə çevrilir. Yararlılıq müddəti keçməmiş qidaların kiflənmiş olması, kif göbələklərinin əmələ gəlməsi ilə bağlı AİB-yə çox şikayətlər daxil olur. Müxtəlif ərzaq və qida məhsulları ilə bağlı. Məhsulun kiflənməsinə bir neçə amil təsir göstərə bilər. İstehsal prosesində baktereoloji çirklənmə ola bilər, bu halda hətta məhsul soyuq rejimdə saxlansa da, tərkibində göbələk əmələ gələcək. Anbarda da baş verə bilir belə hallar. Satış şəbəkələri elektrik enerjisinə qənaət etmək üçün soyuducuları yuxarı rejimdə qoyurlar. Nəticədə qida təhlükəyə məruz qalır, tərkibində zərərli dəyişiklik prosesi gedir. Bu cür qidaların satışı qəti qadağandır. Deməli, market rəhbərliyi, rəflərə nəzarət etməli olan əməkdaşlar işlərinin öhdəsindən lazımınca gəlmir, məhsulların hansı vəziyyətdə olmasına nəzarət etmir, xarab olmuş məhsulu satışdan çıxarmırlar. Təəəsüf olsun ki, AQTA sosial şəbəkələrdə paylaşılan bu cür məlumatları təqib etmir. Mən AQTA-da İctimai Şura üzvü olmuşam, həmişə də demişəm ki biz mediadakı informasiyaları ciddi təqib etməliyik və araşdırma aparılmalıdır. Bununla ictimai nəzarəti gücləndirə bilərik. Nə qədər ki media mənsublarının, vətəndaşların sosial şəbəkədə paylaşımları təqib edilmir, media nümayəndələrinin əməyinə ciddi yanaşılmır, informasiyalar yoxlanıb, yerində qərar verilmir, belə hallar çox olacaq. 

E.Hüseynov bildirdi ki istehlakçılar məhsulun yararlılıq müddətinin keçməmisənə fikir verməklə bərabər, saxlanma şəraitinə də diqqət etməlidi, alacaqları məhsulu diqqətlə gözdən keçirməlidirlər. Və hər br istehlakçının aldığı məhsulu 15 gün müddətində geri qaytarmaq hüququ var. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://sherg.az
archiveBu xəbər 28 Sentyabr 2026 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see346

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see311

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see305

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see298

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see296

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see288

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see286

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see282

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see277

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see270

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see251

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see248

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see240

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see234

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see233

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see233

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see230

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see218

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see218

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see217
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri