Icma.az
close
up
RU
Alüminium folqanın yararlılıq müddəti varmı?

Alüminium folqanın yararlılıq müddəti varmı?

Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Mətbəxin ən praktik köməkçilərindən biri olan alüminium folqanın qidalar kimi konkret bir son istifadə tarixinin olub-olmaması hər zaman maraq doğurur. Şkaflarda aylarla, hətta illərlə qalan bu rulonların keyfiyyətini qorumaq əslində düşündüyünüzdən daha çox diqqət tələb edir. Düzgün şəraitdə saxlanılmayan folqalar zamanla struktur dəyişikliyinə uğrayaraq funksionallığını itirə bilər.

Milli.Az alüminium folqanın ömrünü müəyyən edən amillər və diqqət yetirilməli məqamları təqdim edir:

Alüminium folqanın keyfiyyətini qoruyan ən mühüm amil onu rütubətdən uzaq tutmaqdır. Nəmli mühitdə qalan folqanın səthində su ilə təmas nəticəsində sürətli korroziya baş verir ki, bu da materialın strukturunu tamamilə pozur.

Folqanı yuyucu çanağın (moykanın) altındakı dolablar kimi su sızması riski olan yerlərdə saxlamayın. Onu öz orijinal karton qutusunda, quru və nemsiz siyirtmələrdə saxlamaq ən effektiv üsuldur.

Yüksək temperatur metalın səthində oksigenlə reaksiyanı sürətləndirərək materialın keyfiyyətini aşağı salır.

Sobanın yanı və ya ocağın arxası kimi birbaşa istilik alan yerlər əvəzinə sərin, qaranlıq dolab içlərinə üstünlük verilməlidir. İstilik artımından qorunan folqa daha uzun müddət öz işləkliyini saxlayır.

Xarab olma əlamətləri: Rəng dəyişməsinə diqqət
Folqanın hələ də istifadəyə yararlı olub-olmadığını anlamaq üçün onun səthinə baxmaq kifayətdir:

Səthdə yaranan tünd ləkələr və ya ağ tozvari təbəqə korroziyanın göstəricisidir.

Rulonu açarkən folqanın tez cırılması, üzərində kiçik deşiklərin yaranması və ya materialın həddindən artıq kövrək olması onun yararlılıq müddətinin bitdiyini sübut edir. Bu halda yeni rulondan istifadə etmək daha təhlükəsizdir.

Kimyəvi aşınmalar: Hansı qidalarla olmaz?
Alüminium folqa davamlı görünsə də, bəzi maddələrlə reaksiya nəticəsində deşilməyə meyillidir:

Turşulu qidalar: Pomidor, sitrus meyvələri (limon, portağal) və ya sirkəli qidalar kimi yüksək asidli məhsulları folqaya birbaşa bükmək kimyəvi aşınmanı tətikləyir. Bu cür qidalarla təmasda olan folqa qısa müddətdə əriyə və ya koroziyaya uğraya bilər. Bu tip qidaların saxlanması üçün digər alternativlərə (məsələn, şüşə qablar) üstünlük vermək daha doğrudur.

Alüminium folqanın qutusu üzərində son istifadə tarixi yazılmasa da, onun "ömrü" sizin saxlama şəraitinizdən asılıdır. Quru, sərin və qaranlıq mühitdə o, illərlə keyfiyyətini itirmədən qala bilər.
Lalə Qüdrətova
Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 17 May 2026 23:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see700

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see435

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see261

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see231

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see224

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see209

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see209

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see207

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see206

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see197

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see194

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see194

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see192

Divanü Lüğat it Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık Göldə yaşadılacaq

02 Oktyabr 2026 12:31see187

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see187

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see184

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see181

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see180

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see179

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri