Icma.az
close
up
RU
Yardım davam edəcək

Yardım davam edəcək

Yeniazerbaycan saytına istinadən Icma.az xəbər verir.

Trampın əsas məqsədi atəşkəsə nail olmaqdır

ABŞ Ukraynaya silah-sursat tədarükünü və kəşfiyyat məlumatlarının mübadiləsini bərpa edir. Ukraynanın media orqanı - “UNİAN”ın məlumatına görə, bu, martın 10-da Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən ABŞ-Ukrayna danışıqlarının yekunlarına dair birgə bəyanatda qeyd olunub. “ABŞ kəşfiyyat məlumatlarının mübadiləsində fasiləni dərhal aradan qaldırır və Ukraynaya təhlükəsizlik yardımını bərpa edir”, - deyə bəyanatda bildirilib.

Mətndə, həmçinin vurğulanıb ki, Vaşinqton və Kiyev davamlı sülhün bərpası istiqamətində mühüm addımlar atıb. Bu kontekstdə hər iki ölkənin nümayəndələri dövlətini müdafiə edən Ukrayna xalqının cəsarətini yüksək qiymətləndiriblər və uzunmüddətli sülhün bərqərar olması prosesinə indi başlamağın vaxtı olduğu ilə razılaşıblar. Xatırladaq ki, hərbi yardım və kəşfiyyat məlumatlarının mübadiləsi fevralın 28-də Ağ Evdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə amerikalı həmkarı Donald Tramp arasında baş verən mübahisədən sonra qısa müddətə dayandırılmışdı.

Tramp Putini atəşkəsə vadar edir?

Maraqlısı budur ki, Trampın bu qərarı bir çoxları üçün təəccüblü görünür. Bir yandan münaqişə tərəfləri arasında atəşkəsə nail olmaq istəyir, digər tərəfdən isə Ukraynaya hərbi yardımı davam etdirir.  Ümumiyyətlə, Trampın bir-birinə zidd addımlar atması qeyri-müəyyənlik yaradıb. Bir çoxları üçün Trampın əsl niyyətinin nə olduğu qaranlıq qalır.  Ekspertlərin fikrincə, Vaşinqtonun Kiyevə hərbi yardımı bərpa etməsi bir neçə səbəblə bağlıdır. Onlar hesab edirlər ki, Putinin Vaşinqtonun təklifinə o qədər də müsbət yanaşmaması ABŞ-da ciddi narahatlıq yaradıb - onların iddialarına görə, Trampın bu qərarında əsas hədəfi Putini atəşkəsə razı salmaqdır. Artıq Trampın özü və onun komandasının üzvləri atəşkəslə bağlı Moskvaya ciddi xəbərdarlıq edib.

Tramp istəyinə nail olacaq

Məsələ ilə bağlı politoloq Əlimusa İbrahimov “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, Tramp Kiyevə şərtlərini qəbul etdirməyi bacardı.  “Trampın  martın 10-da Səudiyyə Ərəbistanının Ciddə şəhərində ABŞ-Ukrayna danışıqlarından sonra Ukraynaya hərbi yardımı bərpa etməsi barədə qərarı həm gözlənilən, həm də təəccüblü idi. Bildiyimiz kimi, Ukraynaya ABŞ-ın silah təchizatı Zelenski ilə olan görüşün gərgin və nəticəsiz keçdiyi üçün dayandırılmışdı. Lakin Ciddədə keçirilən görüşdə Ukrayna nümayəndə heyətinin ABŞ tərəfindən irəli sürülən bütün təkliflərə, hətta atəşkəs rejiminin tətbiq olunmasına razılıq verməsi vəziyyəti dəyişdi. Məhz bundan sonra ABŞ Kiyevə silah-sursat təchizatını bərpa etdi”, -deyən politoloqun sözlərinə görə, ABŞ Ukraynada atəşkəsin təmin olunmasına nail olacaq: “Rusiyanın danışıqlar və atəşkəs üçün irəli sürdüyü tələblərdən biri Ukraynanın Avropa İttifaqı ölkələri və ABŞ tərəfindən silahlandırılmasının dayandırılmasıdır. Rusiya israrla Ukraynaya hərbi yardımın kəsilməsini tələb edir. Amma bu tələb və şərtlər nə Aİ, nə də ABŞ tərəfindən qəbul olunub. Çünki onlar müharibənin davam etdiyi halda Ukraynanın təchizatının kəsilməsini Rusiyanın daha geniş əraziləri işğal etməsinə gətirib çıxaracağını düşünürlər. Trampın əsas məqsədi atəşkəsə nail olmaqdır. Hesab edirəm ki, Tramp Moskvanı da öz təklifini qəbul etdirməyi bacaracaq”.

Ə.İbrahimov əlavə edib ki, atəşkəs əldə edildikdən sonra həm Rusiyanın, həm də Ukraynanın irəli şərtləri danışıqlar masasına çıxarılacaq: “Məhz buna görə də atəşkəs elan olunana qədər Ukraynaya hərbi yardımın davam edəcəyi heç kimdə şübhə doğurmamalıdır”.

Yunis

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 20 Mart 2025 11:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see359

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see342

57 ticarət obyektində qanunsuz mallar AŞKARLANDI FOTOLENT

27 Avqust 2026 12:14see279

“Üfüq” karyera proqramı beynəlxalq mükafat alıb

27 Avqust 2026 11:43see263

Azərbaycan və Qazaxıstan Transxəzər Fiber Optik Kabel Xəttinin çəkilişini başa çatdırıb

27 Avqust 2026 20:56see261

Həddindən artıq idman oynaqlara zərər verə bilər

27 Avqust 2026 16:39see258

44 yaşlı Dima Bilan baba oldu

27 Avqust 2026 18:43see248

Əliaçıq olmaq təzyiqi normallaşdırır

27 Avqust 2026 22:01see241

Nazirlik Azər Aydəmirə daha 200 min manat ödəyəcək

27 Avqust 2026 15:58see237

Azərbaycan pambıq parça istehsalını 5 % dən çox artırıb

27 Avqust 2026 21:13see228

Amazon yaxın bir neçə ildə Nvidia dan iki milyon daha süni intellekt çipi alacaq

27 Avqust 2026 14:57see217

“Tokayev Moskvanı benzin məsələsində aldatdı?”

27 Avqust 2026 18:55see213

Bəs dənizin ortasında yosun varsa? 

27 Avqust 2026 15:57see206

III “Ulduz Cup” başa çatdı

27 Avqust 2026 18:06see206

Ürək əməliyyatı keçirdi, xərçəngdən sağaldı Möcüzə

27 Avqust 2026 20:32see205

Türk aktrisa Nihal Yalçının son halı təəccübləndirdi (Foto)

27 Avqust 2026 21:38see197

Acı qəhvə içmək qida borusu xərçəngi yaradır?

27 Avqust 2026 18:50see196

Azərbaycan və Türkiyənin Avstriyadakı səfirləri görüşdü

27 Avqust 2026 20:13see193

Nepalda güclü daşqın: 389 ölü, 1400 itkin

27 Avqust 2026 22:12see190

“Tvente”nin futbolçusu: “Sabah meydanda əsl güc balansının necə olduğunu görəcəyik”

27 Avqust 2026 19:10see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri