Icma.az
close
up
RU
Yarım milyardlıq kibercinayətkarlıq: Dubaydan pulları o gətirib

Yarım milyardlıq kibercinayətkarlıq: Dubaydan pulları o gətirib

GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Külli miqdarda vəsaitin leqallaşdırılması, vergidən yayınma və kibercinayətkarlıqda ittiham olunan Bahadır Qasımov, İkram Qasımov, Fərhad Qasımov, Cavid Əzizov, Vəli Əliyev və Anar Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Globalinfo.az “Report”a istinadən bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Anar Sadıqovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə veriblər.

Şahid Mayıl Bağırov deyib ki, İkram Qasımov onun dostu olub və təqsirləndirilən şəxsin işlərini görüb:

“İkram Qasımov ticarətlə məşğul idi. Onun konkret nə işlə məşğul olduğunu bilmirdim. Maaş da verirdi. O mənə maşın sürməyə etibarnamə vermişdi. Onların ofisi aviakassa kimi fəaliyyət göstərirdi. Orada pul köçürmələrinin olub-olmadığını bilmirəm. Bahadır Qasımov isə Moskvada yaşayırdı. Bayramlarda bura gəlib-gedirdi. Bir neçə dəfə İkram Qasımovun Dubaydan böyük məbləğdə pullarını gətirmişdim. Həmin pullar bəyannamə əsasında gətirilirdi. Həmin pulları gətirdikdən sonra İkram Qasımova vermişəm”.

Daha sonra şahidin ifadələri arasında ziddiyyətlər olduğu üçün ibtidai istintaqa verdiyi ifadəsi elan olunub. O həmin ifadəsində deyib ki, İkram Qasımovla 2019-cu ildən etibarən işləyib.

“Onların ofisi iki hissəli idi. Bir tərəfində turizm, digər tərəfində pul köçürmələri həyata keçirilirdi. Ofisdə ümumi rəhbər İkram Qasımov idi. Orada ölkə xaricinə və ölkə daxilinə pullar köçürülürdü. Bu köçürmələrin qanunsuz olduğunu bilirdim. İkram Qasımov avtomobillərin mənim adıma keçirilməsini təklif etmişdi, etiraz etməmişdim. Onları hər hansı bir dövlət orqanında təmsil etməyim üçün mənə etibarnamə verilməmişdi”, – şahidin ibtidai istintaqa verdiyi ifadəsində bildirilib.

Məhkəmənin növbəti iclası dekabrın 6-na təyin olunub.

Qeyd edək ki, ötən il Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi Yasamal rayonu ərazisində yerləşən ofisdə qanunsuz pul köçürmələri həyata keçirilməsinə qarşı əməliyyat keçirib.

Əməliyyatla mütəşəkkil cinayətkarlıqla məşğul olmaqda şübhəli bilinən 6 nəfər – Qasımov Bahadır Ağaqulu oğlu, onun qardaşı Qasımov İkram Ağaqulu oğlu, onların əmisi oğlu Qasımov Fərhad Etibar oğlu, Əzizov Cavid Hacı oğlu, Əliyev Vəli Ağamalı oğlu və Əhmədov Anar Şamil oğlu həbs edilib.

İttihama görə, onlar xarici ölkədən Azərbaycana, Azərbaycandan xarici ölkəyə qanunsuz pul vəsaitləri köçürüblər. Həmçinin qanunsuz olaraq bank fəaliyyəti həyata keçirməklə külli miqdarda vergi ödəməkdən yayınıblar. Dəstə üzvləri bu işlərlə bağlı öz aralarında vəzifə bölgüsü də aparıblar.

Pulların leqallaşdırılması Bakının Yasamal rayonunda, İstanbul və Dubaydakı ofislərdə həyata keçirilib.

Şirkət vasitəsilə xarici ölkələrə ümumilikdə 254 milyon 409 min 947 manat qanunsuz pul köçürülüb. Həmin vəsaitin 1 faizi – 2 milyon 500 min manatı xidmət haqqı kimi onların özünə qalıb.

Ofisdə və İ. Qasımovun yaşadığı evdə axtarış zamanı 1 milyon 500 min dollar, 1 milyon 400 min manat, ABŞ istehsalı olan odlu silahlar, ümumi dəyəri 1 milyon manata yaxın qiymətləndirilən 100-ə yaxın qızıl-brilyant əşyalar tapılıb. Qızıl-zinət əşyalarının ölkəyə qaçaqmalçılıq yolu ilə gətirildiyi bildirilir.

Həbs edilmiş şəxslərin özlərinin və ailə üzvlərinin çoxsaylı əmlakı, eləcə də 100-ə yaxın bahalı avtomobilin, digər minik vasitələrinin üzərinə həbs qoyulub.

Hesablamalarla bütün əmlakların ümumi dəyərinin yarım milyard manata yaxın olduğu müəyyən olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:223
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 29 Noyabr 2024 12:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Elm və din üz üzə qoyulmamalıdır” TURAL İRFAN

08 Sentyabr 2026 14:20see610

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

09 Sentyabr 2026 15:51see462

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

09 Sentyabr 2026 12:17see360

“Ədibin Evi”ndə xarici diplomatlar üçün Azərbaycan mədəniyyət kursları açılıb

08 Sentyabr 2026 18:47see246

Nağı Şeyxzamanlının həyatına işıq salan yeni monoqrafiya

08 Sentyabr 2026 17:45see242

Şəkidə məşhur əyləncə mərkəzində FACİƏ: İki nəfər öldü VİDEO

08 Sentyabr 2026 18:15see242

Rus alimlər Naftalan yağına alternativ neft yağı kəşf etdilər

08 Sentyabr 2026 16:03see240

Üz iflicində inteqrativ müalicə: Biotənzimləyici preparatlar vasitəsilə daha sürətli sağalma

08 Sentyabr 2026 15:59see234

Şəkidə iki nəfərin faciəvi ölməsi ilə bağlı TƏBİB dən AÇIQLAMA

08 Sentyabr 2026 18:51see223

Xərçəng xəstələrinin sayı 67% artacaq

09 Sentyabr 2026 01:01see217

Tramp pop mədəniyyət həvəskarlarının hədəfində Səbəb

08 Sentyabr 2026 15:18see215

Saqqızı udsanız bədəninizə nə baş verir?

08 Sentyabr 2026 21:51see213

Filippotun iddiaları əsassızdır Politoloq

08 Sentyabr 2026 10:34see208

Ukrayna şirkəti Azərbaycandan gedir

08 Sentyabr 2026 15:45see203

YAP xalqa layiqli xidmət nümunəsi yaradıb

08 Sentyabr 2026 22:50see197

Cənubi Qafqaz indi başqalarının diktəsi ilə yaşamır

08 Sentyabr 2026 23:23see185

“Mançester Siti” səfərdə “Portu”ya şans vermədi Çempionlar Liqası

09 Sentyabr 2026 01:34see178

Fernandes: “Holand vəhşi heyvandır, əsl vəhşi heyvan”

09 Sentyabr 2026 02:30see175

Süni intellekt bizim ömrümüz ərzində xərçəngin müalicəsini tapacaq Arm rəhbəri

08 Sentyabr 2026 23:41see173

İspan jurnalist: “Pedri və Rafinya Avropa üçün mövcud deyil”

09 Sentyabr 2026 03:43see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri