Icma.az
close
up
RU
Evimdə tapılan qızılları Dubaydan ailəmə hədiyyə gətirmişdim Yarım milyardlıq kibercinayətkarlıqda ittiham olunan dəstənin məhkəməsi

Evimdə tapılan qızılları Dubaydan ailəmə hədiyyə gətirmişdim Yarım milyardlıq kibercinayətkarlıqda ittiham olunan dəstənin məhkəməsi

Icma.az, Apa.az portalına istinadən məlumat yayır.

Külli miqdarda vəsaitin leqallaşdırılması, vergidən yayınmaqla bağlı mütəşəkkil kibercinayətkarlıqda ittiham olunan dəstə üzvləri - Qasımov Bahadır Ağaqulu oğlu, onun qardaşı Qasımov İkram, onların əmisi oğlu Qasımov Fərhad Etibar oğlu, Əzizov Cavid Hacı oğlu, Əliyev Vəli Ağamalı oğlu və Əhmədov Anar Şamil oğlunun növbəti məhkəmə prosesi keçirilib.

APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Anar Sadıqovun sədrliyi ilə keçirilən prosesdə müdafiə vəkillərinin hakimə verdiyi etirazla bağlı vəsatətə baxılıb.

Vəkil Vüqar Əliyev bildirib ki, etiraza səbəb verilən vəsatətlərə baxılmaması olub: "Dəfələrlə vəsatət verərək müəyyən şəxslərin çağırılmasını, müvafiq ekspertizaların aparılması və sübutların təqdim olunmasını istəsəkdə, vəsatətlərimiz qəbul olunmadı.

Bizim artıq gələcəkdə veriləcək vəsatətlərin təmin olunacağına inamımız qalmayıb. Buna görə xahiş edirik ki, cinayət işi yuxarı instansiya - Bakı Apellyasiya Məhkəməsinə göndərilsin".

Məhkəmə etirazı baxılmamış saxlayıb.

Daha sonra məhkəmədə Bahadır Qasımovun və İkram Qasımovun səhhətləri ilə bağlı ekspertiza rəyi elan olunub. Hər iki şəxsin müalicəsinin İstintaq Təcridxanasında aparılmasının mümkün olduğu bildirilib.

Vəkillər vəsasət verərək xahiş edib ki, Bahadır Qasımov və İkram Qasımovun səhhətindəki digər problemlərlə əlaqədar onlar müalicə müəssisəsinə köçürülsün.

Məhkəmə vəsatəti təmin edib.

Prosesdə təqsirləndirilən Bahadır Qasımov ifadə verib. O, bildirib ki, Azərbaycanda heç bir fəaliyyəti olmayıb: "1998-ci ildə Rusiyaya getmişəm. 2000-ci ildə ailə qurub Rusiya vətəndaşlığı almışam və bizneslə məşğul olmuşam. Bir müddət müxtəlif ölkələrdə şirkətlər açıb investisiya yatırmışam. Son 15 ildə isə xəstəliyimlə əlaqədar biznes işlərindən uzaq olub, pensiya alıb, yaşamışam. Prezidentin ölkəyə investisiya yatırımı ilə bağlı biznesmenlərə çağırışından sonra gəlib ölkəyə yatırım qoymuşam. Azərbaycanda bundan başqa heç bir fəaliyyətim olmayıb. Buradakı investisiyalarımın da vergisini ödəmişəm. Bir həftəlik Azərbaycana gəldim ki, Avropaya gedim. Çünki Rusiyadan birbaşa Avropaya çıxış yoxdur. Lənkəranda müalicədə olarkən qardaşım zəng etdi ki, evdə axtarış aparıblar. Mən ora gedəndə məni tutdular. Mənə elan olunmuş ittihamda özümü təqsirli bilmirəm.

İttiham olunan digər şəxsləri tanıyıram, lakin onların fəaliyyətlərindən xəbərim olmayıb. Mənim qanunsuz fəaliyyətlə məşğul olmağa heç vaxt ehtiyacım olmayıb".

Daha sonra ifadə verən İkram Qasımov bildirib ki, onun əsas ticarəti Dubayda olub: "Mən əsasən, Dubayda ticarətlə məşğul olmuşam. Bakıda heç bir fəaliyyətim olmayıb. Ümumiyyətlə, heç bir qaçaqmalçılıq fəaliyyətim olmayıb. Evimə aldığım hədiyyələri qaçaqmalçılıqla gətirdiyimi deyiblər, amma bu doğru deyil. Elan olunmuş ittihamda özümü təqsirli bilmirəm. Evimdə axtarış zamanı tapılan silahların isə hamısı mənə aiddir və qanunidir. Hamısının sənədi var. Lakin ofisdən tapılan silahlar mənə aid deyil. Evimdə tapılan qızıllara gəldikdə, onlar ailəmə aldığım hədiyyələrdir. Bizim ailə əsrlərdir Bakıda yaşayır. İki-üç ev, 5-6 maşın niyə ala bilməyim ki?".

Digər təqsirləndirilən Vəli Əliyev ifadəsində bildirib ki, o, sadəcə, pasportu olduğu üçün ona verilmiş əmanətləri (qızılları) Dubaya aparıb və ya oradan gətirib: "Mən özümü elan olunmuş ittihamda təqsirli bilmirəm. Mənə gömrük nəzarətindən öncə əmanətləri və onların peçatlanmış sənədlərini verdilər ki, ölkəyə gətirim. Sadəcə xahiş ediblər mən də eləmişəm. Daha Sonra onları Bakıya gətirib Müşviq adlı şəxsə vermişəm. Mən mənə verilən qaçaqmalçılıq və digər ittihamıları qəbul etmirəm".

Növbəti proses aprelin 25-nə təyin edilib.

Qeyd edək ki, 2023-cü ildə Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi Yasamal rayonu ərazisində yerləşən ofisdə qanunsuz pul köçürmələri həyata keçirilməsinə qarşı əməliyyat keçirib.

Əməliyyatla mütəşəkkil cinayətkarlıqla məşğul olmaqda şübhəli bilinən 6 nəfər - Qasımov Bahadır Ağaqulu oğlu, onun qardaşı Qasımov İkram Ağaqulu oğlu, onların əmisi oğlu Qasımov Fərhad Etibar oğlu, Əzizov Cavid Hacı oğlu, Əliyev Vəli Ağamalı oğlu və Əhmədov Anar Şamil oğlu həbs edilib.

İttihama görə, onlar xarici ölkədən Azərbaycana, Azərbaycandan xarici ölkəyə qanunsuz pul vəsaitləri köçürüblər. Onlar qanunsuz olaraq bank fəaliyyəti həyata keçirməklə külli miqdarda vergi ödəməkdən yayınıblar. Dəstə üzvləri bu işlərlə bağlı öz aralarında vəzifə bölgüsü də aparıblar.

Pulların leqallaşdırılması Bakının Yasamal rayonunda, İstanbul və Dubaydakı ofislərdə həyata keçirilib.

Şirkət vasitəsilə xarici ölkələrə ümumilikdə 254 milyon 409 min 947 manat qanunsuz pul köçürülüb. Həmin vəsaitin 1 faizi - 2 milyon 500 min manatı xidmət haqqı kimi onların özünə qalıb.

Ofisdə və İ. Qasımovun yaşadığı evdə axtarış zamanı 1 milyon 500 min dollar, 1 milyon 400 min manat, ABŞ istehsalı olan odlu silahlar, ümumi dəyəri 1 milyon manata yaxın qiymətləndirilən 100-ə yaxın qızıl-brilyant əşyalar tapılıb. Qızıl-zinət əşyalarının ölkəyə qaçaqmalçılıq yolu ilə gətirildiyi bildirilir.

Həbs edilmiş şəxslərin özlərinin və ailə üzvlərinin çoxsaylı əmlakı, eləcə də 100-ə yaxın bahalı avtomobilin, digər minik vasitələrinin üzərinə həbs qoyulub. Hesablamalara əsasən, bütün əmlakların ümumi dəyəri yarım milyard manata yaxındır.

Onlara Cinayət Məcəlləsinin 192.3.2-ci, 193-1.3.1-ci, 193-1.3.2-ci və 206-1.3-ci maddələri ilə ittiham irəli sürülüb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://apa.az
archiveBu xəbər 18 Aprel 2025 12:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see404

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see199

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see151

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see141

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see137

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see135

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see133

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see130

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see129

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see129

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see129

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see128

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see128

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see128

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see124

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri