Icma.az
close
up
RU
Yasamal rayonunda əmək yarmarkası keçirilib FOTOLAR

Yasamal rayonunda əmək yarmarkası keçirilib FOTOLAR

Unikal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu gün Yasamal rayonunda əmək yarmarkası öz işinə başlayıb.

"Unikal" xəbər verir ki, Yasamal Rayon İcra Hakimiyyətinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin birgə təşkilatçılığı ilə baş tutan əmək yarmarkasına işaxtaran vətəndaşlar və iş təklif edən şirkətlər qatıldı.

Tədbirdə çıxış edən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü sosial siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır və vətəndaşın sosial durumu, rifahı və məşğulluğu dövlət rəhbərliyi üçün prioritetdir. Cənab Prezidentin bu istiqamətdə verdiyi tapşırıq və tövsiyyələri ardıcıl şəkildə icra olunur və əmək yarmarkası bu sahədə həyata keçirilən silsilə tədbirlərdən biridir. İcra başçısı rayon sakinlərinin aktiv məşğulluq proqramları ilə əhatə olunmasından məmnun olduqlarını qeyd etdi və Dövlət Məşğulluq Agentliyinə dəstəyə görə minnətdarlığını ifadə etdi. Yasamal Rayon İcra Hakimiyyətinin başçısı  əmək yarmarkasının insanlar üçün faydalı olacağına və Yasamal rayonunda məşğulluğa öz müsbət təsirini göstərəcəyinə inandığını vurğuladı.

Daha sona çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev qeyd etdi ki, yarmarkada dövlət və özəl sektordan olan və paytaxtımızda fəaliyyət göstərən 60 yaxın müəssisə və şirkət iştirak edir. Yarmarkada müxtəlif istiqamətlər üzrə 800-ə yaxın vakansiya təqdim edilib. Müvafiq müəssisə və şirkətlər əsasən xidmət, istehsal, aqrobiznes və digər sahələri təmsil edir. Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri son zamanlar qurumun bu istiqamətdə həyata keçirdiyi yeniliklər və layihələr barədə məlumat verdi.

Daha sonra rəsmilər əmək yarmarkasının gedişatı ilə bilavasitə tanış oldular, şirkət və vətəndaşlarla söhbət etdilər.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://unikal.az
archiveBu xəbər 08 Mart 2025 11:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri