Yasamalda külək binanın dam örtüyünü qoparıb VİDEO
Icma.az, Apa.az portalına istinadən məlumat verir.
Yasamal rayonunda güclü külək fəsada səbəb olub.
Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “112” qaynar telefon xəttinə güclü külək səbəbindən rayonun Süleyman Tağızadə küçəsində yerləşən üçmərtəbəli binanın dam örtüyündə dəmir parçasının qoparaq asılı vəziyyətdə qalması və ətrafdakı insanlar üçün təhlükəli vəziyyətin yaranması barədə məlumat daxil olub.
Məlumatla əlqədar dərhal əraziyə cəlb edilən FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən xüsusi vasitələrin köməyi ilə dəmir parçası götürülərək yaranmış təhlükə aradan qaldırılıb.

Qaxda güclü külək evin dam örtüyünü qoparıb FOTO
11 May 2025 23:12
Zaqatalada güclü külək binanın dam örtüyünü uçurdu
05 Noyabr 2024 18:56
Qazaxda güclü külək binanın dam örtüyünü uçurub
07 İyun 2025 12:38
Külək Mingəçevirdə yaşayış binasının dam örtüyünü dağıdıb Video
14 Dekabr 2024 12:18
Yaşayış binasının dam örtüyünü külək uçurdu
14 Dekabr 2024 10:37

