Icma.az
close
up
RU
Yasamalda peyda olan bədheybət VİDEO

Yasamalda peyda olan bədheybət VİDEO

GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

 

Aqşin Evrən yazır…

Rus rejissor var – Andrey Zvyaqintsev. Onun filmi var – “Leviafan”.

2015-də baxmışam.

Əvvəlcə deyim ki, Leviafan Bibliyada adı keçən mifik bədheybət – od püskürən çoxbaşlı dəniz ilanıdır.

İnanmazdım: 10 il əvvəl filmdə tanış olduğum bu bədheybətlə yaz günlərinin birində, Bakı küçəsinin tinində rastlaşaram.

“Leviafan” filmi ilə bağlı təfərrüata varmıram – ilin-günü bu vaxtı kimsə spoyler yeməsin. Amma filmsevərlər gərək mütləq izləsin.

Filmdə Leviafan özünü müxtəlif simalarda göstərir. Bəzən məmur cildində, bəzən həyat yoldaşı, bəzən dövlət qurumu, bəzən dost və s.

Səhnələrin birində Leviafan qarşımıza ekskavator kimi çıxır. Ekskavatorun dağıdıcı başı anidən evə daxil olub hər şeyi alt-üst edir.

Eynilə ötən gün paytaxtın Yasamal rayonu, Birinci Alatava yaşayış massivində olduğu kimi. Tamamilə bənzər səhnələrdir.

Fərq budur ki, rusların Leviafanı daha insaflıdır – sakinlər getdikdən sonra evi dağıdır.

Alatavada peyda olan “yerli” Leviafan isə evdə qadınların, bəlkə də uşaqların olmasına məhəl qoymadı.

21 əsrin Bakısında sakinlərin olduğu bir evə belə amansız müdaxilə ilə 44 günlük müharibədə Gəncədə evlərin raketlə vurulması arasında ciddi fərq yoxdur. Mahiyyətcə bənzər aktlardır.

Söküntü işini “Melissa Group” TİKİNTİ şirkəti həyata keçirib. Şirkət bildirib ki, eskalator sürücüsü səhvən həmin evi dağıdıb. Demə, binadakı 55 evdən 54-ü razılaşıbmış, bircə bu dağıdılan ev razı deyilmiş.

Yəqin, eskalatorçu dağıdançı bəy 54 evi söküb, birini saxlayacaqdı. Şəxsən fizika elmi şokda! Nyuton saçını yolur. Eynşteyn dizini döyür. Nə bilim, ta o biri cazibəçilər, Allah bilir, nələr edir.

Hadisədə 3 tərəf var – zərərçəkən vətəndaş, şirkət və eskalatorçu. Hər halda hüquq-mühafizə orqanları məsələni araşdırır, saxlanılanlar var. İnanırıq ki, problem qanunauyğun formada həllini tapacaq.

Həllini tapmalı olan daha bir problemimiz var:

21-ci əsrin Bakısında pəncərəni açıq qoyanda evə göyərçin, qaranquş, kəpənək girərdi. İndi pəncərəni açıq qoyanda evə bədheybət dəniz canlısı Levifan girir – eskalator cildində, tikinti şirkəti ruhunda.

https://cdn.globalinfo.az/2025/03/WhatsApp-Video-2025-03-28-at-01.43.59-1.mp4

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 28 Mart 2025 08:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see968

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see434

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see336

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see255

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see242

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see240

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see232

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see222

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see211

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see207

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see203

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see196

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see194

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see191

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see189

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see188

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see184

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see182

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see179

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri