Icma.az
close
up
RU
Yasamalda yanan binadakı zərərçəkmişlər: “Vüqar Abbasov məsuliyyətə cəlb olunmalıdır“

Yasamalda yanan binadakı zərərçəkmişlər: “Vüqar Abbasov məsuliyyətə cəlb olunmalıdır“

Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.

Bakının Yasamal rayonunda, Mirəli Seyidov küçəsində yerləşən "Loft Dent" stomatoloji klinikasında baş vermiş və insan ölümü ilə nəticələnmiş yanğın hadisəsi ilə bağlı zərərçəkmişlər obyektin sahibi Vüqar Abbasovun məsuliyyətə cəlb olunmasını tələb edirlər.

Bu barədə Oxu.az-a açıqlamasında hadisə nəticəsində 7 yaşlı övladı həlak olan Əli Qəmbərov deyib. O bildirib ki, iş üzrə təqsirləndirilən şəxs Bəhruz Paşayevi tanımırlar:

"Mən hadisə nəticəsində həyatını itirən Arzu Qəmbərlinin atasıyam. Hadisəyə görə əsas məsuliyyət daşıyan şəxslərdən biri "Loft Dent" obyektinin sahibi Vüqar Yusif oğlu Abbasovdur. Lakin həmin şəxs məsuliyyətə cəlb edilməyib. Vüqar Abbasov yanğın təhlükəsizliyi qaydalarının təmin edilməməsində təqsirlidir. O da cinayət məsuliyyətinə cəlb olunmalıdır və barəsində qanunamüvafiq tədbirlər görülməlidir. Amma bu gün təqsirləndirilən şəxs kimi müttəhim kürsüsünə Bəhruz Paşayev çıxarılır. Hansı ki, Bəhruz Paşayevin həmin binada yanğın təhlükəsizliyi görmək səlahiyyəti olmayıb. Həmin məsələyə birbaşa obyekt sahibi cavabdeh olub və təhlükəsizlik tədbirlərini də o görməli idi. Amma Vüqar Abbasov məsuliyyətdən kənarda qalıb".

Ə.Qəmbərov bildirib ki, iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə zərərçəkmişlər Vüqar Abbasovun məsuliyyətə cəlb edilməsini istəyiblər.

Qeyd edək ki, 2025-ci il noyabrın 21-də paytaxtın Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğınla əlaqədar Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində cinayət işi başlanıb və ibtidai istintaq aparılıb.

İstintaq zamanı aidiyyəti dövlət qurumlarının, o cümlədən Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının və müvafiq ekspertlərin iştirakı ilə hadisə yerinə baxış keçirilib, maddi sübutlar götürülüb və çox sayda istintaq hərəkəti icra edilib.

İstintaqla müəyyən edilib ki, binanın zirzəmisində baş vermiş yanğın nəticəsində üç sakin - Arzu Qəmbərli, Samir Məhəmmədov və Könül Hümbətova həlak olublar, 25 nəfər tüstüdən zəhərlənib. Həmçinin müxtəlif şəxslərə məxsus əmlaka ziyan dəyib.

Bundan başqa, istintaq zamanı hadisənin baş verdiyi binanın zirzəmi qatında və birinci mərtəbəsində yerləşən qeyri-yaşayış obyektini icarəyə götürmüş "TAXES GROUP" MMC-nin ("Loft Klinika) qanuni təmsilçisi və direktoru Bəhruz Paşayevin üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs kimi həmin qaydaları pozduğu müəyyən edilib. Onun ehtiyatsızlıqdan üç nəfərin ölümünə və digər ağır nəticələrə səbəb olmasına əsaslı şübhələr var.

Noyabrın 23-də Bəhruz Paşayev şübhəli şəxs qismində tutulub, noyabrın 24-də isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.

İstintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Binəqədi Rayon Məhkəməsinin qərarı ilə Bəhruz Paşayev barəsində həbs qətimkan tədbiri seçilib.

Onu da qeyd edək ki, hadisə zamanı həyatını itirən Arzu Qəmbərli Vəkillər Kollegiyasının üzvü Əli Qəmbərovun övladı olub. Digər həlak olan Könül Hümbətova isə Bakı Milli Geyim Evinin rəhbəri olub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://moderator.az
archiveBu xəbər 05 Noyabr 2026 15:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see464

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see392

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see351

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see304

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see301

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see293

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see270

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see263

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see256

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see250

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see246

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see238

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see229

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see222

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see217

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see209

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see205

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see205

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see198

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri