Icma.az
close
up
RU
Yasamalda yanğın faciəsi nəyi göstərdi? Kritik boşluqlar

Yasamalda yanğın faciəsi nəyi göstərdi? Kritik boşluqlar

Icma.az bildirir, Tribuna portalına istinadən.

Yasamal rayonunda çoxmənzilli yaşayış binasında baş verən faciəvi yanğın insanların ölümü ilə nəticələnib və ictimaiyyət arasında ciddi narahatlıq yaradıb. Hadisə yerindən yayılan görüntülər binanın ikinci çıxışında restoran və müxtəlif kommersiya obyektlərinin fəaliyyət göstərdiyini, keçidlərin isə daraldığını göstərir. Bu vəziyyət bir daha yaşayış binalarında təhlükəsizlik normalarına əməl edilməsinin vacibliyini gündəmə gətirir. Yanğının yayılma sürəti, təxliyə yollarının bağlı və ya məhdud olması, eləcə də obyektlərin icazə və texniki təhlükəsizlik qaydalarına uyğunluğu ilə bağlı çoxsaylı suallar yaranıb. Hətta sakinlər dəfələrlə binada pozulan təhlükəsizlik qaydalarından şikayət etsələr də heç bir faydası olmayıb.

Mövzunu daha dərindən anlamaq və bu kimi halların qarşısının alınması üçün mümkün həll yollarını müzakirə etmək məqsədilə tanınmış təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyevlə söhbətləşdik.

Elman Nurəliyev Tribunainfo.az-ın suallarını cavabladı:

— İctimaiyyətin narahat olduğu əsas məqam binanın digər çıxışının obyektlər tərəfindən tutulmasıdır. Yaşayış binalarında təxliyə yollarının restoran, kafe və digər kommersiya obyektləri tərəfindən tutulması qanunvericilikdə necə qiymətləndirilir?

— Təhlükəsizlik qaydalarına əməl olunmayan bir binada yaşayan sakinlər ilk olaraq nələrə diqqət etməlidir ki, hadisə zamanı xəsarətsiz ötüşə bilsin?

—Belə obyektlərin binanın birinci mərtəbəsində fəaliyyət göstərməsi üçün hansı təhlükəsizlik standartları mütləq şəkildə təmin olunmalıdır?

—Bu standartlara kim nəzarət etməlidir və real vəziyyətdə bu nəzarət praktik olaraq necə həyata keçirilir?

—Sakinlər özləri hansı sadə addımlarla binalarının təhlükəsizliyini yoxlaya və təmin edə bilərlər?

—Azərbaycanda çoxmərtəbəli binalarda yanğın təhlükəsizliyinin ümumi vəziyyətini necə qiymətləndirirsiniz?

—Beynəlxalq praktikada binaların yanğın təhlükəsizliyi ilə bağlı hansı modellər uğurlu hesab olunur və bizə uyğun ola bilər?
“Ümumiyyətlə bütün təyinatlı obyektlər özfəaliyyətlərini qanuna müvafiq həyata keçirməlidir. Təbii ki, burada bütün təyinatlı obyektlərdən, çoxmənzilli yaşayış binaları və digər obyektlər aiddir.

Təxliyə yollarına gəldikdə, fövqəladə hadisələr zamanı insanların rahat, sağlam, təhlükəsiz keçidi üçün nəzərdə tutulmuş yollardır ki, bu da daim heç bir maneə olmadan və normativ standartlara uyğun olmalıdır.

Təhlükəsizlik qaydalarını hər bir vətəndaş, iş yerində işçi ümumi qaydalardan məlumatlı olmalıdır. Hadisə vaxtı istər yanğın, istərsə də digər hadisələr zamanı doğru davranış sərgiləyərək, vəziyyəti qiymətləndirə bilsin. Və daha az zərərlə həmin yerdən təxliyə olunsun.

Əgər yanğın vaxtı hansısa bir obyektdə və yaxud çoxmənzilli yaşayış binasında düzgün davranış sərgilənərsə, bu hardasa, minimal zərərlə oradan qurtulmağa səbəb ola bilər. Şərait və imkan varsa, həmin yerdən təhlükəsiz xaric olub toplanış yerinə keçmək lazımdır. Təbii ki, bu vəziyyətə görə tüstüdən zəhərlənməmək üçün nəfəs yollarına yaş dəsmal tutmaq lazımdır. Vəziyyət yerə və şəraitə, baş verən yanğının miqyasına görə dəyişə bilər. Belə hallarda çoxmərtəbəli binalarda liftdən istifadə etmək olmaz. Pəncərədən tullanmağa cəhd etmək olmaz. Pəncərənin önündə əmin olsun ki, xilasetmə xidməti onu xilas edəcək.

Çoxmərtəbəli binaların birinci mərtəbəsində fəaliyyət göstərən obyektlər də fəaliyyətlərini qanuna müvafiq şəkildə həyata keçirməlidir. Yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməsindən tutmuş, obyektin yanğın təhlükəsizliyi normativ standartlarına uyğun olaraq layihələndirilməsi və ilkin odsöndürmə, siqnalizasiya vasitələri, elektrik vasitələrinin saz vəziyyətdə olmasına qədər düzgün şəkildə olmalıdır.

Yanğınların müxtəlif növləri var. Amma elektrik təsərrüfatında baş verən yanğınlar daha çox üstünlük təşkil edir. Ona görə də sadaladıqlarım normadan artıq yüklənməməlidir. Hər hansı bir təmir, nasazlığın aradan qaldırılmasında ixtisaslaşdırılmış müəssisə tərəfindən həyata keçirilməsini təmin etmək lazımdır.

Burada, sakinlərin özlərinin addımlarına gəldikdə, hər bir vətəndaşın fərdi məsuliyyət anlayışı olmalıdır. Bəzən eyvanda açıq oddan istifadə edilərək, yemək bişirmə, yaxud da manqalda közdən istifadə etmə də yanğına gətirib çıxara bilər. Fərdi məsuliyyət deyəndə, bunların hər biri nəzərdə tutulur. Hətta siqaretin kötüyünü söndümədən yuxarı mərtəbədən aşağı atmaq da yanğınlara gətirib çıxaran amillərdəndir”.

Dəniz Pənahova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 25 Noyabr 2025 14:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see403

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see314

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see294

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see285

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see276

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see272

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see266

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see264

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see242

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see227

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see221

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see219

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see218

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see217

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see217

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see215

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see211

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see206

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri