Icma.az
close
up
RU
YAŞANAN VƏ YAŞADAN TARİXİMİZ... Anım və qürur günü

YAŞANAN VƏ YAŞADAN TARİXİMİZ... Anım və qürur günü

Icma.az, Azpolitika.az saytına istinadən bildirir.

2020-ci il iyulun 12-də Ermənistan ordusu Tovuzda məlum hərbi təxribat törədəndə, nəticədə general Polad Həşimovla birgə xeyli sayda hərbçilərimiz şəhid olanda və daha sonra uzun illərin cəzasızlığından başı gicəllənən erməni tərəfi Azərbaycana qarşı 7 qəbuledilməz şərt irəli sürəndə, artıq böyük müharibənin qaçılmaz olduğu aydın hiss olunurdu. Bunu indi özündən “sülh göyərçini” düzəldən Nikol Paşinyan və başının dəstəsi də hiss etməyə bilməzdilər. Lakin özlərindən və havadarlarından o qədər arxayın idilər ki, özlərini savaşa və qələbəyə hazır hesab edirdilər…

Paşinyanın həmin vaxt ölkəmizə qarşı açıq meydan oxuyan şərtlərinin sonuncusunda - 7-cisində deyilirdi ki, “Danışıqlar yalnız Ermənistanın maraqlarına uyğun şərtlər daxilində davam etdirilə bilər”. Ümumiyyətlə, Paşinyan 2018-ci ildə hakimiyyətə gələndən sonra həmin vaxta qədərki danışıqları sıfırlamağa və Qarabağdakı qondarma qurumun təmsilçilərini də prosesə qatmaqla danışıqlar formatını dəyişməyə çalışdı. Bununla da faktiki olaraq, sülh və danışıqalr prosesi dağıdılmağa başladı.

Baxmayaraq ki, Azərbaycan yenə də münaqişənin sülh yolu ilə həllinə sadiq idi və son ana qədər belə davam etdi. Lakin Ermənistan işğala əsaslanan status-kvonun saxlamq üçün danışıqlardan sadəcə vaxt qazanmaq vasitəsi kimi istifadə edirdi və Paşinyan “yeni yanaşması” ilə bu prosesi daha da uzatmaq və dalana dirəmək yolunu tutdu.

Ardınca, 2019-cu ilin avqustunda işğal olunmuş Xankəndinə qanunsuz səfər edərək, kef məclisi quran, “məşhur” “Qarabağ Ermənistandır – nöqtə” fikrini səsləndirən Paşinyan artıq açıq şəkildə bütün qırmızı cizgiləri keçməyə başladı. Onun müdafiə naziri isə hətta yeni müharibənin yeni Azərbaycan torpaqlarının işğalı demək olduğunu bəyan etdi. Beləliklə də keçən hər ay, hər gün, hər saat işğala son qoymağın hərbi yoldan – müharibədən başqa yolunun olmadığını göstərirdi və bu an getdikcə yaxınlaşırdı. 

Avropadakı sahiblərinin, xaricdəki erməni lobbisinin və Ermənistanın digər himayədarlarının sifarişini yetirən Paşinyan hökuməti və onun havadarlarının özləri belə bunları anlasa da, erməni yekəxanalığı, özündənrazılığı gözlərini kor etmişdi. Azərbaycan dövlətinin, xalqının öz torpaqlarını azad etmək əzmini, iradəsini görə bilmirdilər. Görə bilmirdilər ki, istənilən anda bir qığılcım elə bir alov törədə bilər ki, onun atəşi erməni ordusunu da, məmləkətini də onların başına yıxa bilər. Yıxdı da...

Paşinyanın həmin dövrdəki siyasəti faktiki olaraq işğal edilmiş ərazilərimizin ilhaqı cəhdi və sülh prosesinin sonu demək idi.


Əvvəlcə Azərbaycan tərəfi rəsmi bəyanatla Paşinyanın sərsəm iddialarına Prezident İlham Əliyevin dililə “Qarabağ Azərbaycandır – nida işarəsi” cavabını verdi. Ardınca bu nida işarəsi əməli cavaba çevrildi və hər şey 2020-ci il sentyabrın 27-də başladı. Ermənilərin növbəti təxribatı Azərbaycan ordusunu hərəkətə keçirdi. Ermənilər və onların havadarları olan böyük güclər qarşılarında başqa bir Azərbaycan, başqa bir Azərbaycan Ordusu gördü! 


Bu, nəinki 1990-cı illərin, heç 2016-cı ilin də Azərbaycanı deyildi. Bu, bütün olub keçənlərdən lazımi dərs çıxarmış, səbrlə lazım olan anı gözləmiş, gücləndikcə güclənmiş və dünyanın ən müasir ordularından birinə çevrilmiş, hətta gələcək hərb tarixinə adını yazdıracaq bir Azərbaycan ordusu idi! Qəhrəman əsgərlərimiz, zabitlərimiz, sərkərdələrimiz sentyabrın 27-də ölüm-dirim savaşına girdilər və heç kimin gözləmədiyi halda, cəmi 44 günə Xankəndinin qapısına qədər gedib çıxdılar. Ordumuz 44 günlük tarixi zəfəri ilə Ermənistanda və işğal olunmuş ərazilərimizdə Paşinyan başda olmaqla “ağzından od yağanlara” öz layiqli yerini göstərdi. Ermənistan 44 gündən sonra faktiki olaraq kapitulyasiya aktını imzaladı. Rusiya ordu birləşmələri sülhməramlı qüvvələr missiyası ilə əraziyə yeridildi...

Lakin hər şey normal sülh prosesinin bərpası və Qarabağdakı separatizmin dinc yolla təmizlənməsi, hətta birgəyaşayış perspektivi vəd edərkən, nə Ermənistan cəmiyyəti və dövləti, nə Paşinyan özü, nə də Qarabağdakı separatizm və terror tör-töküntüləri 44 günlük müharibədən tam olaraq lazımi dərs çıxmadı. 8 noyabrda əldə etdiyimiz zəfərdən sonra erməni tərəfinin təxribatçı hərəkətləri, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanımaqdan imtina etmək kursu davam etdirildi.

Paşinyan hakimiyyəti 44 günlük savaşdan sonra imzalanmış “üçtərəfli bəyanat”ın(kapitulyasiyanın) müddəalarını pozdu, Qarabağda qalan silahlı qüvvələrini Azərbaycan ərazilərindən çıxarmadı. Üstəlik, Ermənistandan, eləcə də məlum qonşu ölkədən Qarabağdakı separatçılara Laçın dəhlizi vasitəsilə hər cür dəstək göstərildi, canlı qüvvə, yanacaq və silah-sursat, xüsusilə də minalar daşındı. 2022-ci il “Sarıbaba əməliyyatı” zamanı ərazilərimizdə 2021-ci il Ermənistan istehsalı minaların tapılması bir daha göstərdi ki, qarşı tərəf “ağıllanmaq” fikrində deyil.

Üstəlik, həmin bəyanatın müddəalarına məhəl qoymayan Ermənistan Zəngəzur dəhlizinin açılmasını və Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında maneəsiz hərəkəti təmin etməkdən boyun qaçırdı. Həmçinin, Azərbaycanın suverenliyinə qarşı çıxaraq Qarabağ ətrafında hərbsizləşdirilmiş zona yaradılmasına çağırışlar etdi. Eyni zamanda da başı əzilmiş erməni qüvvələrinin qalıqları Azərbaycan ordusuna qarşı təxribatlardan əl çəkmirdilər, qondarma rejimin başındakılar isə öz himayədarlarına arxalanaraq, yenə rəsmi Bakıya meydan oxumağa qoşulmuşdular. Bunun sonunun nə ilə bitdiyini hamı gördü. İndi həmin adamlar çoxdan layiq olduqları Bakı həbsxanasındadırlar.

Onların həmin vaxtdakı siyasi “yekəbaşlığı” və himayədarlarına arxayınlığı Azərbaycanı “Fərrux” və “Qisas” kimi əməliyyatlar keçirməyə məcbur etdi. Buna baxmayaraq, Paşinyan yenə əvvəlki xətti davam etdirdi və 2022-ci il Praqa razılaşmasından sonra Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelə qondarma separatçı qurumun məktublarını təqdim etdi, ardınca Paris meri Valeri Pekresin və digər təxribatçı siyasətçilərin Ermənistan ərazisindən keçərək Qarabağa səfər etməsinə şərait yaratdı. Bu yolla məsələni beynəlxalq gündəmdə saxlamağa və Azərbaycana təzyiq göstərməyə çalışan Paşinyan, nəhayət, 2023-cü il sentyabrın 2-də qondarma separatçı rejimin “müstəqillik bəyannaməsinin qəbulu günü” ilə bağlı təbrik müraciəti yayımladı. Bundan az sonra qondarma rejimin rəhbərliyinə “seçki” keçirildi. Bu, Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü yenidən sual altına almaq və Praqada əldə olunmuş razılıqların tamamilə pozulması idi...

Nəhayət, növbəti erməni təxribatlarından sonra 2023-cü il sentyabrın 19-da başlayan və 23 saat davam edən hərbi əməliyyat sentyabrın 20-də qarşı tərəfin tam darmadağın edilməsilə nəticələndi və saat 13:00-da əldə olunan razılığa əsasən dayandırıldı. Bu əməliyyatda 192 şəhid verdik, 511 hərbi qulluqçumuz yaralandı...

Bununla da Qarabağda erməni separatizminin kökü birdəfəlik kəsildi!

Bütün bunları bu gün – sentyabrın 27-də xatırlamağımız təsadüfi deyil. Bu gün həm Anım günümüz, həm də Azərbaycan ordusunun şanlı səlnaməsinin olduqca vacib və tarixi səhifəsinin – 44 günlük Vətən savaşının başlanğıc günüdür. Allah bu savaşda, eləcə də bütün tariximiz boyu Vətən üçün Şəhid olan igidlərimizə Rəhmət Eləsin!

Bir də unutmayaq ki, biz nə qədər sülhpərvər olsaq da, həmin 27 sentyabr ərəfəsində nə Ermənistan, nə Paşinyan özü qətiyyən “sülh göyərçini” deyildi. Onlar məhz Azərbaycan dövləti, ordusu və Prezidentinin iradəsi, qətiyyəti ilə sülhə məcbur edildilər. Bu, həm də o deməkdir ki, bundan sonra da “çomağı” mütləq yanımızda saxlamalı və güclü olmalıyıq...

C.Məmmədli

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 27 Sentyabr 2026 09:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see398

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see394

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see363

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see350

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see320

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see292

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see275

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see268

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see252

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see247

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see240

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see233

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see222

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see220

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see213

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see211

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see202

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see199

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see198

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri