Icma.az
close
up
RU
Birlik və qürur tariximiz

Birlik və qürur tariximiz

Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməyib. Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir.

Bildiyimiz kimi, 2024-cü il sentyabrın 19-da Prezident İlham Əliyev Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında Sərəncam imzalayıb. Dövlət Suverenliyi Günü Azərbaycan tarixinin ən möhtəşəm səhifələrindən biridir.Belə bir günün təsis edilməsi gələcək nəsillər, dövlətçiliyimiz üçün əhəmiyyətlidir. Dövlət başçımız göstərdi ki, Azərbaycan dövləti müstəqil olsa da, suveren deyildi. Həmin suverenliyi Prezident İlham Əliyev qurdu. Millətimizin indiki və gələcək nəsillərinə necə yaşamağın düsturunu, formulunu Prezident İlham Əliyev göstərdi. Ona görə də Dövlət Suverenliyi Günü Azərbaycan tarixinin ən möhtəşəm səhifələrindən biridir.

Ermənistanın ölkəmizin ərazilərini işğal etməsi Azərbaycanın müəyyən ərazisi üzərində daxili suverenliyini, yəni ali hakimiyyətin tətbiqi sferasını məhdudlaşdırdı. Başqa cür desək, suveren ali hakimiyyətin dövlətin müəyyən ərazisi daxilində tətbiqinə maneə törətdi. Lakin bu işğal Azərbaycanın beynəlxalq hüquqi suverenliyinə heç bir təsir göstərmədi. Nəticə etibarilə Azərbaycanın işğal altında olan Qarabağ bölgəsi bütün işğal dövründə Azərbaycanın suveren ərazisi olaraq qaldı. Suveren dövlətin ərazisi daxilində mövcudluğuna və davamlılığına əsaslanan bu prinsip əslində suveren dövlətlər sisteminin mahiyyətindən doğur. Onun inkar edilməsi beynəlxalq hüquqi suverenliyə ciddi zərbə olardı.

Məlum olduğu kimi, Ermənistanın yeni işğalçılıq planlarına, növbəti hərbi təcavüz cəhdinə və ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi nəticəsində Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunu darmadağın etdi və tarixi Zəfər qazandı. 44 gün davam edən müharibə nəticəsində işğal altındakı ərazilərinin bir hissəsini azad edən Azərbaycan digər ərazilərindən - Kəlbəcər, Ağdam və Laçın rayonlarından erməni qoşunlarının çıxarılmasını təmin etdi. Bununla da öz torpaqlarını 30 illik işğaldan azad edən Azərbaycan ərazi bütövlüyünün bərpasına və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsinə nail oldu.

Bu gün Azərbaycan öz torpaqlarını tamamilə işğaldan azad edib. Artıq Azərbaycan torpaqlarının heç bir qarışında separatçılar mövcud deyil. Təbii ki, Azərbaycan işğaldan azad etdiyi torpaqlarda həyatı dirçəltməyə davam edir. Eyni zamanda 20 sentyabr artıq Dövlət Suverenliyi Günü kimi simvolik anlamda da kifayət qədər mühüm önəm daşıyır.Möhtərəm Prezidentimizin Sərəncamında da göstərilir ki, 44 günlük şanlı Zəfər müharibəsindən sonra Azərbaycan torpaqlarını işğaldan azad etdi, ərazi bütövlüyünü təmin etdi. Ondan sonrakı dövrdə isə Qarabağ iqtisadi rayonunda dalbadal baş verən və genişlənən erməni terrorunun aradan qaldırılması və ona son qoyulması məqsədilə 2023-cü ilin sentyabrın 19-da başlayan antiterror əməliyyatı 23 saat ərzində düşmən qüvvələrinin tam darmadağın edilməsi ilə nəticələndi və Azərbaycan ordusunun gücünü, qüdrətini, Azərbaycanın siyasi rəhbərinin, Azərbaycan xalqının iradəsini bir daha dünyaya sübut etmiş oldu.

Sentyabrın 20-nin Dövlət Suverenliyi Günü kimi təsis edilməsi təkcə Azərbaycan xalqının və Ordusunun tarixi xidmətlərinin etirafı deyil, həm də ölkənin müstəqil və suveren dövlət kimi gələcək inkişafının rəmzidir. Bu əlamətdar tarix həm də xalqımızın uğrunda mübarizə aparmağa və qurban verməyə hazır olduğunu göstərən ən yüksək dəyərdir. Eyni zamanda 20 sentyabr təkcə qələbələrin qürur günü deyil, həm də Azərbaycan xalqının birlik və əzmkarlığının simvolu olacaq.

2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi də bu prosesin davamıdır. Konstitusiya və suverenlik anlayışları Azərbaycanın hüquqi, siyasi və milli kimliyini bir daha təsdiqləyir, dövlətimizin beynəlxalq nüfuzunu möhkəmləndirir. Bu gün Azərbaycan xalqı artıq tam suveren dövlətin vətəndaşı olaraq yeni inkişaf mərhələsinə qədəm qoyub. Ərazi bütövlüyümüzün təmin olunması, sərhədlərimizin toxunulmazlığı ölkədə sabitlik və iqtisadi yüksəlişin əsas təminatıdır. Dövlət suverenliyinin qorunması və möhkəmləndirilməsi hər birimizin ali vəzifəsidir.

Rövlan Heydərov

YAP Naftalan şəhər təşkilatının sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 16 Sentyabr 2025 11:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyənin Rusiya Ukrayna danışıqlarında vasitəçilik etməsi mümkündürmü? AÇIQLAMA

07 İyul 2026 12:09see588

Bakıda məhbus həbsxanadan qaçdı Əməliyyat keçirilir

07 İyul 2026 16:59see362

Bankların yay kampaniyaları 2026

07 İyul 2026 11:12see361

Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir

07 İyul 2026 11:45see332

Ülfət çimərlik geyimində fotolarını paylaşdı

07 İyul 2026 02:03see296

Legioneri “Səbail”dən ayrıldı

07 İyul 2026 02:03see274

Bu məhsullarla bağlı sosial şəbəkələrdəki tövsiyələrə İNANMAYIN!

07 İyul 2026 02:40see246

Cozef Aun ABŞ ni İsrailin Livandan çıxmasını sürətləndirməyə çağırdı

07 İyul 2026 00:43see219

Müəllim də repetitor yanına hazırlığa gedir VİDEO

07 İyul 2026 09:15see207

Qalibaf: İrana hücum edənlər cəzalandırılacaq

07 İyul 2026 03:33see199

Rutte: NATO ölkələri Ankara sammitində on milyardlarla dollar dəyərində müqavilələr imzalayacaqlar

07 İyul 2026 06:09see197

Gecələr yata bilmirəm, nə etməliyəm?

06 İyul 2026 23:33see195

Ukraynanın məqsədi Rusiya ordusunun yanacaq təminatını çətinləsdirməkdir

07 İyul 2026 08:52see191

RF nin Ukraynadakı Azərbaycan mülkiyyətinə hücumları Moskva körpüləri yandırır

07 İyul 2026 18:16see186

“Bəzi sahələrdə diplom və sertifikata ehtiyac qalmayacaq” ​Ekspert

06 İyul 2026 22:05see185

Tut yeməyin faydaları

07 İyul 2026 04:21see180

Ərdoğan Miçotakisi elə bir marşla qarşıladı ki... Video

08 İyul 2026 00:28see177

Dünya liderlərini heyran qoyan süfrə: Beştəpənin rəsmi şam yeməyində nələr var idi?

07 İyul 2026 23:57see175

Gəncədə faciə: 23 yaşlı qız yaşadığı evdə ölü tapıldı

08 İyul 2026 02:23see166

“Mirzə Əsgərov bizim üçün əziz dost, dəyərli ziyalı və nümunəvi vətəndaş idi” VÜQAR RƏHİMZADƏ

07 İyul 2026 16:50see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri