Icma.az
close
up
RU
Yaşar Bünyad: Xəstəliyə görə yaza bilmirəm... Müsahibə

Yaşar Bünyad: Xəstəliyə görə yaza bilmirəm... Müsahibə

Icma.az, Kulis.az saytına istinadən bildirir.

Kulis.az yazıçı Yaşar Bünyadla müsahibəni təqdim edir.

Təxminən 2012-13-cü illərdə bir şeir yazmışdım. “Rusiyada yaşayan yaxın qohumuma elektron məktub”. O vaxtlar Oxu zalına göndərdim, çap olundu. Üstündən dörd-beş gün keçmiş Yaşar Bünyad o şeirə cavab yazdı. Mən də ona cavab yazmaq istədim, amma sonra nə oldusa, yazmadım. Yaşar Bünyadla qiyabi tanışlığımız belə başladı. Hardasa bir ildən sonra “Yazı” jurnalında Yaşar Bünyadın “İblis busəsi” çap olundu. Roman Rusiyada yaşayan azərbaycanlılardan bəhs edirdi. Romanı oxuyandan sonra Yaşar müəllimin özünə yazdım, virtual tanışlığımızın əsası qoyuldu. Elə müəllif özü də Rusiyada yaşayırdı o vaxtlar. Yaşar müəllim Bakıya qayıdandan sonra isə əyani tanışlığımız baş tutdu. Elə oldu ki, onun əksər hekayələrinin və növbəti romanlarının ilk oxucusu oldum. “Miqrant” hekayələr kitabının, “Azan gəmilər limanı” romanının çapında da bilavasitə iştirak etdim.
İki il qabaq Yaşar müəllim insult keçirdib. O vaxtdan imkan tapıb görüşə bilməmişik. Amma ara-sıra zəngləşirik, söhbətləşirik. Xəstəlikdən sonra Şamaxıda yaşayır. Bir neçə aydı hər dəfə danışanda deyirdim ki, Bakıya gəlsəniz, görüşək, müsahibə edək. Vəziyyət belədir ki, Yaşar müəllim ancaq həkimə getmək üçün Bakıya gəlir. Onu yormamaq üçün elə telefonda yüngülvari söhbətləşmək qərarına gəldim.

- Yaşar müəllim, necəsiniz?
- Şükür allaha.

- Özünüz haqqınızda oxuculara daha geniş məlumat verərdiniz, zəhmət olmasa.
- 1956-cı ildə Şamaxının Əngəxaran kəndində anadan olmuşam. Şamaxı şəhərindəki Cəmo Cəbrayılbəyli adına 5 nömrəli məktəbdə oxumuşam. Əsgəri xidmətdən sonra Kənd Təsərrüfatı İnstitutuna daxil olmuşam, iqtisadiyyat fakültəsini bitirmişəm. Əvvəl Şamaxıda bəzi müəssisələrində işləmişəm. Vəziyyət gərginləşəndən sonra Saratova getmişəm. 15 ildən çox orda yaşamışam. Hazırda təqaüddəyəm. İnsult keçirəndən sonra işləyə bilmədim, təqaüdə çıxdım.

- Saratova neçənci ildə getmişdiniz?
- 1996-cı ildə. Gördüm burda dolanışıq çətindi, ailəmlə bir yerdə köçdüm ora. Uşaqlarım orda oxudu, ali təhsil aldı. Orda işə düzəldilər. Mən 2015-ci ildə qayıtdım.

- Bildiyim qədərilə, kinorejissor olmaq istəyirdiniz.
- Bu mənimçün ən ağır suallardan biridi. Həyata keçməyən arzum. Uşaqlıqdan kinorejissor olmaq istəmişəm. Kinostudiyada da işlədim bir neçə il. Ümumittifaq Kinematoqrafiya Universitetinə sənəd verdim. İmtahan vaxtı atam mane oldu. Məni qoymadı, imtahana gedə bilmədim. Sonra Kənd Təsərrüfatı İnstitutuna qəbul oldum.

- Kinostudiyada hansı vəzifədə işləyirdiniz?
- İşıq sexində işləyirdim. “İstintaq”, “Mən mahnı qoşuram” filmlərində işlədim. “Qayınana”da da işləmişəm. Filmlər çox idi, yadımdan çıxıb indi. Kino sirlərini öyrənirdim. Çox yaxşı illər idi. Heyif, alınmadı. Keçənə güzəşt deyərlər.

- Neçənci illərdə işləmisiniz?
- 1977-ci ildə əsgərlikdən qayıdandan sonra müraciət elədim. Bakı qeydiyyatım yox idi deyə, işə götürmədilər. Şair Qabil qohumumuzdu, Cəmil Əlibəyova zəng eləyib tapşırdı. Ondan sonra işə götürdülər məni.

- “Qayınana” filmində epizodda da çəkilmisiniz.
- Onda texniki işçiləri epizodlarda çəkirdilər. Məni də çəkdilər, ekranlarda qaldım.

- Hansı epizod idi?
- Biri gəlinin cehizlərinin evə daşınma səhnəsidi, biri də bazar səhnəsi.

- Nəsildə sizdən başqa ədəbiyyatla məşğul olan olub?
- Yox, məndən əvvəl olmayıb. Məndən sonra da hələlik, yoxdur.

- Bəs sizin ədəbiyyata marağınız necə yarandı?
- Atam poeziya həvəskarı idi. Saatlarla şeir, qəzəl oxuyurdu. Evə də daim qəzet-jurnal alırdıq. Belə-belə həvəsim yarandı. Əsas da İsi Məlikzadənin hekayələrini, povestlərini oxuyandan sonra. Şeir yazmağa başladım. Yazırdım, atama oxuyurdum, bəyənmirdi. Deyirdi ki, səndən nə Səməd Vurğun olan deyil, nə də Vahid. Get özünə sənət tap. Elə bilirdilər ki, yazanlar hamı Vurğun, Vahid olmalıdı.

- Çap olunmağa haçandan başladınız?
- Elə həmin illərdə bəzi şeirlərin “Yeni Şirvan” qəzetində çıxmışdı. “Gənc Sabirçilər” ədəbi məclisi vardı qəzetin redaksiyasında, ora gedib-gəlirdim. Dərnəyi şair Qürbət Əziz aparırdı. Sonra nəsrə keçdim. Yazıb saxlayırdım. Çapa vermirdim.

- Həmin dərnəkdən məşhur imzalar çıxdı?
- Ən məşhuru gözəl şairimiz Zahid Sarıtorpaqdı. Sonra, Tahir Taisoğlu. Başqalarının adı yadımda deyil, mətbuatda görəndə yadıma düşür.

- Rusiyada da yazırdınız?
- Hərdən şeir yazırdım. Dost-tanış oxuyurdu, tərifləyirdilər. Xocalı faciəsinə də “Haray” poeması yazmışdım.

- Birinci kitabınız haçan çap olunub?
- 2006-cı ildə. “Baharı da soyuq olur qürbətin”, şeirlər kitabıdı. Onda hələ Saratovda idim, vətənə gedib-gəlirdim. O kitab satış üçün deyildi.

- Elə saytlarda da əvvəlcə şeirləriniz çap olunub.
- Hə, Oxu zalında şeirlərim çıxırdı. Yavaş-yavaş imzam tanınmağa başlayırdı. Sonra “Ədəbi Azadlıq” müsabiqəsinə iki il şeirlə qatıldım, ikisində də onluğa düşdüm. Üçüncü il “Qoşlalülə” hekayəm yer tutdu müsabiqədə.

- O illərə ciddi nəsrə keçid illəriniz demək olar?
- Yəqin ki, olar. Hələ Rusiyada olanda “İblis busəsi”ni cızma-qara eləmişdim. Bakıya qayıdandan sonra bir ay üstündə işlədim, roman oldu.

- Əsərlərinizin əsas mövzusu Rusiyada yaşayan azərbaycanlılardı.
- Özümün və tanışlarımın həyatından əhvalatları yazmağa cəhd eləmişəm.

- Üç romanınız var?
- Hə, “İblis busəsi”, “Azan gəmilər limanı”, bir də “Mən Səməndər quşuyam”.

- Amma “Mən Səməndər quşuyam” kitab kimi çap olunmayıb.
- Yox, imkan olmadı etdirim. “Azərbaycan” jurnalında çap olundu o. Sonra “Qanun” nəşriyyatına göndərdim, dedilər ki, redaktə edib çap edəcəyik. O vaxtdan xəbər-ətər yoxdu.

- Sonuncu kitabınız da “Xoşbəxtlər arasında yaşamaq” oldu, hekayələr kitabı.
- Redaktoru sənsən o kitabın.

- Müsabiqələrə çox qatılmısınız.
- Oxu zalını dedim. Sonra, iki dəfə Mir Cəlal adına Ədibin evi müsabiqəsində yer tutmuşam, Kulisin hekayə müsabiqəsində ikinci yer tutmuşam, Manera.az saytının müsabiqəsində yer tutmuşam.

- Başqa mükafatlarınız var?
- 2019-cu ildə “Ədəbiyyat qəzeti”nin Əli bəy Hüseynzadə, 2022-ci ildə də Azərbaycan Yaradıcılıq Fondunun “İlin ədəbiyyat adamı” mükafatlarını almışam. Hamısı əzizdi mənim üçün. Hamısını alanda çox sevinmişəm.

- İndi nəsə yazırsınız?
- Çoxdu e, yarımçıq yazılarım çoxdu. Başlamışam, qalıb. Xəstəliyə görə işləyə bilmirəm.

- Yaşar müəllim, çox sağ olun. Yordum sizi.
- Çox xoş oldu. Allah sizi qorusun.

Bir köynəkdə çıxarmışam mən qışı... - Anasının qatarda dilənçi bilib çörək verdiyi şair Taksiçinin əhvalatları Azər Baxşəliyevin son durumu - Açıqlama
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:255
embedMənbə:https://kulis.az
archiveBu xəbər 13 Yanvar 2025 09:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see727

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see331

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see296

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see293

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see271

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see268

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see254

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see248

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see238

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see232

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see231

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see228

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see213

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see212

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see206

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see200

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see194

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see193

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see185

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri