Icma.az
close
up
RU
Mən parlamentdə danışan deputat görə bilmirəm MÜSAHİBƏ

Mən parlamentdə danışan deputat görə bilmirəm MÜSAHİBƏ

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Tanınmış hüquqşünas və Milli Məclisinin sabiq deputatı Çingiz Qənizadə Modern.az-a geniş müsahibə verib. O, uzun illər ərzində vətəndaş cəmiyyəti institutlarında və parlamentdə insan hüquqları, qanunvericilik və hüquqi islahatlarla bağlı fəaliyyət göstərib. Hüquq müdafiəçisi və ekspert kimi çıxış edən Ç.Qənizadə hüquqi maarifləndirmə və ictimai nəzarət sahəsində müxtəlif təşəbbüslərlə də tanınır. 
- Çingiz müəllim, parlamentin indiki fəaliyyəti ilə sizin dövrünüzü necə müqayisə edərdiniz? 
- Parlament əvvəlki qaydada fəaliyyətini davam etdirir. Yeni simalar gəlib, təbii ki, onların bir çoxu cəmiyyətə tanış olmayan və parlament üzvü olandan sonra tanınan şəxslərdir. Adətən parlamentə ictimai-siyasi həyatda tanınan adamların gəlməyi daha çox görünürdü. Bu cür olduğu halda seçici də öz deputatını tanıyır. Hazırda əvvəlki çağırışlardakı aktivlik hiss olunmur, elə 10 il əvvəlki deputatlardır ki, indi də sadəcə onların aktivliyini görə bilirik. Ola bilər ki, deputatların böyük hissəsi parlamentin daxili işində iştirak edirlər, lakin cəmiyyət üçün mətbuat vasitəsilə mövqeyini bildirənlərin sayı azdır. Deputat mətbuatla təmasda olanda həm parlamentdəki işini cəmiyyətə çatdıra bilir, həm də özünün savad və konkret məsələyə münasibətini ortaya qoya bilir ki, bu halda da insanlar öz deputatını seçə bilir. İndiki gənc deputatların isə cəmiyyət üçün aktiv fəaliyyətləri çox az görünür. "Parlament" sözünün kökü fransız dilindən gələn "danışmaq" sözündən yaranıb, bu gün isə mən parlamentdə danışan deputat görə bilmirəm.


- Siz həm də hüquq müdafiəçisisiniz, mövcud hüquq sistemində ədalət və qanun hər zaman üst-üstə düşürmü?


- Azərbaycan hüquqi və demokratik dövlətdir, təbii ki, parlamentdə qəbul olunana qanunlar işlək olmalıdır. Bura hüquq, iqtisadiyyat və istənilən sahə və dövlət qurumlarının fəaliyyətini tənzimləyən qanunlar aiddir. Bəzi hallarda deyirik ki, qanunlar işləmir. Ölkənin əsas qanunu Konstitusiyadır. Konstitusiya ilə verilən hüquqlarımızın qorunması ilə məşğul olan müəyyən dövlət qurumları, orqanları var, onlar dərk etməlidir ki, biz Konstitusiya ilə vətəndaşlara hüquqlar vermişik və bu qorunmalıdır. Bəzən qanunlar kağız üzərində qalır və işləmir. Saysız-hesabsız qanunlar qəbul edilir, amma baxırsan ki, uzun illər keçsə də, o qanunlar kağız üzərində qalıb. Deputatlar da bunu dəfələrlə vurğulayıb - filan qanun işləmir, filan dövlət qurumu bu qanuna hörmətlə yanaşmır. Amma insanların hüquq və azadlıqları ilə bağlı olan məsələlərdə qanunların işləməməsi cəmiyyətdə ciddi narazılığa səbəb ola bilir. Məsələn, hansısa nazirliyin fəaliyyətini tənzimləyən qanun az insanın təsir dairəsinə düşür, amma elə qanunlar var ki – mülki, cinayət, inzibati xətalar və sair - bunlar işləməyəndə cəmiyyətdə böyük narazılıqlar yaranır. Şükür ki, bizim məhkəmə hakimiyyəti, istintaq orqanları vətəndaşların pozulan hüquqların qorunması ilə məşğul olurlar, çox yaxşı olardı ki, bu hüquqlar hansısa məmur, dövlət orqanları tərəfindən pozulmasın. İki şəxs arasında hüququn qorunmaması həmişə olub və olacaq, amma vətəndaş və dövlət qurumları arasında münasibətdə vətəndaşın hüququnun pozulması və sonra bunun məhkəməyə getməsi təbii ki, narahatedici məqamdır. Bu səbəbdən biz əgər hüquqi, demokratik dövlətiksə, bizim bütün qanunlarımız işlək olmalıdır və bu mexanizmin reallaşmasına maneə törədəcək hansısa səbəblər varsa, onlar vaxtında aradan qaldırılmalıdır. Bu gün Azərbaycan vətəndaşının hüquq-mühafizə orqanlarına, məhkəməyə inamı elə həddə olmalıdır ki, o, məmur tərəfindən hüququ pozulan vaxt məhkəməyə müraciət edərkən qurumların onun hüququnu bərpa edəcəyini bilsin. Məmurlar da qanuna hörmətlə yanaşmaqla yanaşı, ondan qorxacaq da.

seeBaxış sayı:288
embedMənbə:https://modern.az
archiveBu xəbər 22 Aprel 2025 14:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see421

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see332

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see244

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see237

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see228

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see219

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see217

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see216

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see212

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see207

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see201

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see198

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see196

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see194

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see193

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see187

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see184

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see182

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see180

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri