Icma.az
close
up
RU
Yaşar Güler: Azərbaycanla Ermənistan arasında sülh sazişi Qafqaz regionunda sabitliyi təmin edəcək AZƏRTAC

Yaşar Güler: Azərbaycanla Ermənistan arasında sülh sazişi Qafqaz regionunda sabitliyi təmin edəcək AZƏRTAC

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ankara, 26 noyabr, AZƏRTAC

Azərbaycanla Ermənistan arasında sülh sazişi Qafqaz regionunda sakitliyi və sabitliyi təmin edəcək.

AZƏRTAC xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Güler parlamentin plan-büdcə komissiyasında Milli Müdafiə Nazirliyinin 2025-ci il büdcəsinin müzakirəsi zamanı deyib.

O, Bakı ilə İrəvan arasında genişmiqyaslı sülh sazişinin imzalanmasının vacibliyini vurğulayıb.

Milli müdafiə naziri terrorla mübarizədə əldə olunan uğurlar barədə də məlumat verib. O qeyd edib ki, Türkiyə Silahlı Qüvvələrinin antiterror əməliyyatları çərçivəsində təkcə bu ilin əvvəlindən regionda fəaliyyəti qadağan edilmiş təşkilatların 2654 silahlısı zərərsizləşdirilib.

Nazirin sözlərinə görə, son illər Türkiyə ordusu terrorla mübarizə strategiyasını dəyişib. “Hədəflərin dəqiq müəyyən edilmiş siyahısı ilə qısamüddətli zərbələr əvvəlcədən müəyyən edilmiş müddətlər olmadan genişmiqyaslı əməliyyatlarla əvəzlənib. Belə bir strategiya terror təşkilatlarına, xüsusilə də PKK-ya güclü zərbə vurmağa imkan verdi”, -deyən Y. Güler Türkiyəyə qarşı terror təhlükəsini tamamilə aradan qaldırmaq əzmini də vurğulayıb.

Türkiyəli nazir terrorizmlə mübarizədə region ölkələri arasında əməkdaşlığın vacibliyinə diqqət çəkərək bildirib ki, İraq hökuməti ilə əldə olunmuş razılaşmalara əsasən, bu sahədə konkret addımlar atılır.

Kiprdəki vəziyyətə gəlincə, Yaşar Güler qeyd edib ki, Ankara “adanın yunan icmasının sabitliyi təhdid edən hərəkətlərini” diqqətlə izləyir.

Nazir əlavə edib ki, Türkiyə “humanitar fəaliyyət bəhanəsi ilə Kiprin cənubunda xarici dövlətlərin fəallığının artmasını” müşahidə edir.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:123
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 Noyabr 2024 12:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see232

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see219

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see211

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see170

ChatGPT yə verilməsi qadağan edilən 8 sual SİYAHI

18 Oktyabr 2025 02:52see166

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see157

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see156

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see145

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see144

Bakı metrosunda mübahisəli durum: gediş haqqı yenə dəyişəcək?

18 Oktyabr 2025 07:33see137

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see136

“Borussiya” yenə uduzdu

18 Oktyabr 2025 03:34see135

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see134

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see133

Prezident ailəsi Vatikan bağlarında Fotolar Video

18 Oktyabr 2025 04:14see132

Dabaq xəstəliyi Qaxda da təsərrüfat sahiblərini çıxılmaz vəziyyətə saldı

18 Oktyabr 2025 01:37see131

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see128

Qızıl altı min dollara qədər bahalaşa bilər

18 Oktyabr 2025 15:58see126

Almaniya XİN rəhbəri: “Eurofighter”lərin Türkiyəyə göndərilməsinə müsbət baxırıq

18 Oktyabr 2025 06:28see122

Netanyahudan Rəfah keçid məntəqəsinin açılması barədə məlumata REAKSİYA

19 Oktyabr 2025 00:16see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri