Yaşar Vahabzadə: Yenilənmiş Qarabağ ı iş başında izləmək hamı üçün maraqlı olacaq
Icma.az bildirir, sport24.az saytına əsaslanaraq.
"Kağız üzərində "Qarabağ" Həm İrlandiya, həm də Şimali İralandiya təmsilçisindən üstündür. Fikrimcə, ağdamlılar favorit statusunu doğruldacaq və növbəti mərhələyə adlayacaq". Bu sözləri Sport24.az-a açıqlamasında Yaşar Vahabzadə deyib.
Təcrübəli mütəxəssis turnirin I təsnifat mərhələsində baş tutacaq "Şelburn" (İrlandiya) - "Linfild" (Şimali İrlandiya) matçının qalibi ilə qarşılaşacaq "Qarabağ"ın şanslarını dəyərləndirib:
"Açığı, rəqiblər barədə geniş məlumatım yoxdur. Onların nəyə qadir olduğunu "Qarabağ"la ilk görüşdən sonra biləcəyik. Qurban Qurbanovun komandasına gəlincə, mövsümlərarası fasilədə kollektivi tərk edənlər oldu. Əvəzində düçərgəyə yeniləri qoşulur və qarşıdakı günlərdə də gələnlər olacaq. Yenilənmiş "Qarabağ"ı iş başında izləmək hamı üçün maraqlı olacaq. Arzumuz təmsilçimizi Çempionlar Liqasının əsas mərhələsində görməkdir ki, ağdamlılar özləri də bunu hamıdan çox istəyir".
Qeyd edək ki, II təsnifat mərhələsinin ilk görüşü iyulun 22-23-də, cavab qarşılaşması 29-30-da baş tutacaq. Ağdam təmsilçisi ilk matçını səfərdə keçirəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:38
Bu xəbər 19 İyun 2025 14:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















