YAŞAT Fondu 340 şəhid övladını Neftçili yay düşərgələri layihəsinə cəlb edib Xəbər saytı Son xəbərlər və Hadisələr
Baku.ws portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"YAŞAT" Fondu 2020-2024-cü illər ərzində 340 şəhid övladını "Neftçili yay düşərgələri" layihəsinə cəlb edib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu "YAŞAT" Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov "ASAN xidmət" Mərkəzində Fondun dördillik fəaliyyətinə dair mətbuat konfransında deyib.
Onun sözlərinə görə, "Neftçili yay düşərgələri" layihəsində "Neftçi" futbol klubunun məşqçiləri şəhid övladlarına təlimlər keçir, onların idmana olan marağının daha da artırılmasına töhfə verirlər.
"YAŞAT" Fondu dörd il ərzində "Yay məktəbləri", "Ənənə yay düşərgəsi", "Bilimdən Zəfərə", "İdman düşərgələri" və s. layihələri uğurla başa çatdırıb.
"Yay məktəbləri" layihəsi London, Frankfurt, İstanbul, Antalyanı əhatə edir. Burada ümumi iştirakçı sayı 75 nəfərdir. "Ənənə yay düşərgəsi" 42 nəfəri, "Bilimdən Zəfərə" 326 nəfəri, "İdman düşərgələri" 76 nəfəri əhatə edir", - E.Hüseynov qeyd edib.
Fondun rəhbəri bildirib ki, bu layihələrin əsas məqsədi şəhid övladlarının dünyagörüşünü artırmaq, onlara yeni təcrübələr yaşatmaq, ölkə və yerlər haqqında məlumat verməkdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 09 Dekabr 2024 11:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















