YAŞAT Fondu şəhid övladları üçün növbəti layihəyə başlayıb
Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“YAŞAT” Fondunun təşkilatçılığı ilə şəhidlərimizin övladları üçün “Bir uşaq-bir gələcək” layihəsinə start verilib.
"Cebheinfo.az" xəbər verir ki, layihə çərçivəsində ölkə üzrə özəl məktəblərin 1-11-ci sinfində təhsil alan şəhid övladlarına ödənişsiz təhsil imkanları ilə bağlı tədbirlər həyata keçiriləcək.
Bu çərçivədə müxtəlif şirkətlər və fiziki şəxslər tərəfindən ilkin mərhələdə 12 şəhid övladının təhsilinə dəstək göstərilib.
Belə ki, "Mr.Fix" tərəfindən hər il üçün 31240 AZN ayrılmaqla beş şəhid övladının məktəbi bitirənə qədər olan təhsil haqqı, "Megastore" tərəfindən 32180 AZN ayrılmaqla 5 şagirdin bir illik təhsil haqqı, "Perla Mebel" tərəfindən isə hər il üçün 6360 AZN ayrılmaqla 1 şagirdin məktəbi bitirənə qədər olan təhsil haqqı qarşılanacaq.
Qələbəni bizə yaşadanları birgə yaşadaq!
Şəhidlərimizin yadigarlarına dəstək üçün hər kəsi bu təşəbbüsə qoşulmağa dəvət edirik.
Nigar
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 28 Noyabr 2024 15:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















