“YAŞAT” Fondu beşinci “Məktəbli ləvazimatları” layihəsini reallaşdırıb
Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“YAŞAT” Fondunun təşkilatçılığı ilə beşinci dəfə “Məktəbli ləvazimatları” layihəsi reallaşdırılıb. Belə ki, yeni tədris ilinin başlanması ilə əlaqədar şəhidlərimizin 1-11-ci siniflərdə təhsil alan məktəbli övladlarına illik dərs ləvazimatlarından ibarət hədiyyə qutuları çatdırılıb.
Bakıvaxtı.az xəbər verir ki, respublikanın bütün ərazisi üzrə 900-dən çox şəhidin 1500-dək övladı üçün qutu hazırlanıb və aidiyyəti üzrə çatdırılıb. Ümumilikdə məktəblilərin 800 nəfərə qədəri oğlan, 700 nəfərə qədəri isə qızdır.
Layihənin sponsorları bp, “NEQSOL Holding”, “Bakcell”, “Norm” ASC, “AzInTelecom” və Nar, dəstəkçilər isə Abşeron Logistika Mərkəzi, "Azərsun Holdinq"dir.
Uşaqlarımızın təhsil yolunu işıqlandırmaq və gələcəyə olan inamlarını möhkəmləndirmək bizim üçün sevinc və qürur mənbəyidir.
Qələbəni bizə yaşadanları YAŞAT!
Baxış sayı:104
Bu xəbər 10 Sentyabr 2025 10:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















