Yaşayış yeri şagird nəticələrinə necə təsir edir?
Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Kənd məktəbləri ilə meqapolis məktəblərində şagirdlərin riyazi savadlıq üzrə nəticələri arasında 102 ballıq fərq var".
Bakıvaxtı.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev PISA 2025 nəticələrinin təqdimatı zamanı çıxışında deyib.
Nazir bildirib ki, yaşayış məntəqəsinin ölçüsü ilə məktəblərin riyazi savadlıq üzrə orta balı arasında müsbət əlaqə müşahidə olunur.
Təqdim olunan məlumatlara əsasən, 3 min nəfərdən az əhalisi olan kəndlərdə orta bal 367, 3–15 min nəfərlik kiçik şəhərlərdə 402, 15–100 min nəfərlik şəhərlərdə 424, 100 min–1 milyon əhalisi olan böyük şəhərlərdə 438, 1 milyondan çox əhalisi olan meqapolislərdə isə 469 bal təşkil edib.
Emin Əmrullayev qeyd edib ki, kənd məktəblərindən şəhər və meqapolis məktəblərinə doğru getdikcə riyazi savadlıq üzrə orta bal əhəmiyyətli dərəcədə artır.
Nazirin sözlərinə görə, kənd və kiçik şəhər məktəblərində nəticələr 420 ballıq baza həddindən aşağıdır. Meqapolis məktəblərində isə orta nəticə bu həddi 49 bal üstələyir.
Zeynəb Rzayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 08 Sentyabr 2026 12:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















