Icma.az
close
up
RU
İbtidai siniflərdə şagird sıxlığı: Təhsilin keyfiyyətinə təsir edir?

İbtidai siniflərdə şagird sıxlığı: Təhsilin keyfiyyətinə təsir edir?

Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bildiyimiz kimi, yeni tədris ilinin başlamasına az vaxt qalıb və şagird qəbulu artıq başlayıb. Lakin bəzi məktəblərdə ibtidai siniflərdə vəziyyət narahatlıq doğurur. Belə ki, bəzi siniflərdə şagird sayı 35-i belə keçir.

Bu halda belə bir usal yaranır: bu qədər şagird olan siniflərdə müəllimlərin dərs keçmə keyfiyyəti azalırmı? Ümumiyyətlə, bir sinifdə bu qədər uşağın olması düzgün hesab edilirmi?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli bildirdi ki, əslində bu məsələ yeni deyil və illərdir ki, ibtidai siniflərdə şagird sıxlığı təhsilin keyfiyyətinə təsir edən ən ciddi problemlərdən biri olaraq qalır:

"Təhsil o qədər incə bir sahədir ki, burada hər bir detal şagirdin inkişafına, müəllimin motivasiyasına və ümumi nəticəyə birbaşa təsir göstərir. Əgər bir sinifdə 35-dən çox uşaq varsa, müəllimin hər birinə fərdi yanaşması, onların dərs prosesində iştirakını təmin etməsi və inkişaf dinamikasını izləməsi olduqca çətinləşir. Məsələ yalnız dərsin keyfiyyəti ilə bitmir, həm də psixoloji mühitlə bağlıdır. Belə sıx siniflərdə uşaqların davranış qaydalarına riayət etməsi, ünsiyyət mədəniyyəti formalaşdırması və bir-birinə hörmət prinsiplərini öyrənməsi də çətin olur. Müəllim isə bu qədər uşağı idarə etmək üçün daha çox enerji sərf edir və nəticədə pedaqoji yaradıcılıqdan çox, nizam-intizam məsələsinə vaxt ayırmalı olur".

Ekspert vurğuladı ki, ən ideal halda ibtidai siniflərdə şagird sayı 15-25 arası olmalıdır:

"Bu zaman müəllim həm şagirdləri fərdi izləyə bilir, həm də sinifdə sağlam pedaqoji mühit qurmaq imkanı yaranır. Təəssüf ki, bəzi məktəblərdə valideynlərin tələbi, məktəbin reytinqi və ya məkan baxımından məhdudiyyətlər ucbatından belə hallar ortaya çıxır. Bunun qarşısını almaq üçün alternativ həll yolları düşünülməlidir, məsələn, yeni siniflərin açılması, müəllim bölgüsünün balanslaşdırılması, yaxın məktəblərə yönləndirmə və ən əsası təhsil siyasətində bu məsələnin prioritet olaraq diqqətə alınması vacibdir.

Unutmayaq ki, şagirdlərin çoxluğu rəqəm olaraq uğur göstəricisi deyil. Təhsilin keyfiyyəti müəllim-şagird münasibətinin səmimiyyətində, fərdi yanaşmada və nəticələrin davamlılığında ölçülür. Əgər biz gələcəyimizi düşünürüksə, bu gün hər bir uşağa layiqli öyrənmə şəraiti yaratmağı əsas məqsəd kimi görməliyik", - deyə Əmrah Həsənli yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:209
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 25 Avqust 2025 16:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri