Icma.az
close
up
RU
Parakənd Xalkolit yaşayış yeri

Parakənd Xalkolit yaşayış yeri

Ses qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Parakənd tarixə cənub mirvarisi tək düşən Lənkəranın böyük yaşayış məntəqəsidir. Bu kəndin tarixi də uzaqlara gedib çıxır. Son vaxtlar Parakəndin əhalisi artdığı üçün burada yeni məhəllə salınmşıdır. Lənkəran rayonu ərazisində aparılan arxeoloji kəşfiyyat işləri zamanı yeni məhəllənin ərazisində Xalkolit dövrünə aid yaşayış yeri aşkar edilmişdir.
Abidə Parakənd kəndinin şimal-şərqində, Lənkəran-Astara magistral yoldan təqribən 500 m şimaldakı ovalıq ərazidə, dəniz səviyyəsindən 10 metr aşağı hissədə yerləşir, uzunsov təpə formasında olub, hündürlüyü 3 metrə, uzunluğu isə 30 metrə yaxındır. O, qərbdən və cənubdan yaşayış evləri , şimaldan kiçik meşə sahəsi, şərqdən su kanalı ilə hüdudlanır. Arxeoloqlar abidənin qərar tutduğu məkanı nəzərə alaraq ona şərti olaraq “Parakənd Xalkolit yaşayış yeri” adının verilməsini məqsədəuyğun sayıblar.
AMEA Lənkəran Regional Elmi Mərkəzin elmi işlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Samir Kərimov bildirir ki, kənd sakinləri abidənin yerləşdiyi təpədən torpaq daşıdıqları üçün abidənin mədəni təbəqəsi qismən zədələnmiş, 2 metrdən artıq hündürlükdə kəsik yaranmışdır. Həmin hissə nəzərdən keçirildikdə burada saxsı məmulatı və kül qalıqları olduğu mədəni təbəqə izlənilir. Kəsikdən Xalkolit dövrünə aid olan “ələ bulanan keramika” adlandırılan saxsı qab fraqmentləri, eləcə qalın divarlı qablara aid fraqmentlər toplanıldı və aşkar olunan oxşar keramika nümunələri abidədən təqribən 2-3 km aralıda yerləşən Telmankənd kurqanlarının, Cəlilabad rayonundakı Əliköməktəpə Xalkolit abidəsinin qazıntılarından məlumdur. Tapılan saxsı qab fraqmentlərinin bir qisminin gilinin tərkibində bitki qalıqları müşahidə edilir. Burdan bir ədəd üzərində işləmə izləri olan çay daşından əmək aləti də üzə çıxıdı.
Məlumat üçün deyək ki, Parakənd abidəsi Lənkəran rayonu ərazisndə Xalkolit dövrünə aid üzə çıxarılan ilk yaşayış yeridir. İlkin müşahidələr əsasında bu tapıntını e.ə. V minilliyə aid etmək olar. Gələcək tədqiqatlar nəticəsində tarixləndirməni daha da dəqiqləşdirmək mümkün olacaqdır.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 01 İyul 2026 12:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see261

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see260

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see239

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see230

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see228

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see222

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see218

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see218

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see216

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see204

Prezidentin qurultaydakı mesajları Azərbaycanın müstəqil siyasət kursunun davamlılığını göstərir Fərid Şa…

02 Oktyabr 2026 22:29see200

Yağışlı hava ilə bağlı bu yolda sürət həddi endirilib

02 Oktyabr 2026 23:53see196

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see190

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

03 Oktyabr 2026 00:38see185

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see182

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see180

Çox çəki atan kouçdan bədən şəkilləndirmə etirafı VİDEO

02 Oktyabr 2026 19:56see174

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see170

Azərbaycanda neçə cüzamlı xəstə var?

03 Oktyabr 2026 01:32see169

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri