Icma.az
close
up
RU
Yaşı 35i keçənlər ehtiyatlı olsun

Yaşı 35i keçənlər ehtiyatlı olsun

Icma.az bildirir, Pravda.az saytına əsaslanaraq.

İnsan metapnemovirusu (HMPV) artıq Azərbaycandadır. Qeyri-rəsmi məlumata görə, hətta insanlar artıq 2 aydır ki, bu virusa yoluxur. Bir çoxları onu koviddən ağır hesab edir. Bakupost.az -a açıqlama verən professor, pulmonoloq Əlizamin Sadıqov metapnemovirusun koviddən fərqini və ilk əlamətlərini açıqlayıb.

O qeyd edib ki, virus hal-hazırda Çin Xalq Respublikasında insanlar arasında geniş yayılıb:

"Avropada və Amerikada isə yayılma səviyyəsi demək olar, yoxdur. Bu infeksiya qrip, COVID-19 kimi simptomlara sahibdir. Əsasən, kəskin şəkildə burun axması ilə başlayır. Bu, metapnemovirusu qrip və COVID-19-dan fərqləndirən ən birinci əlamətdir. Bununla yanaşı, müddəti digər infeksiyalara nisbətən daha qısadır, məsələn, 2-3 gün ola bilər. Normal immun sistemi olan insanlar üçün bu infeksiya təhlükəli deyil. Əsasən, 2 və 5 yaşa qədər uşaqlar üçün risklidir. Bu yaş qrupunda hətta ölüm halları, xəstəliyin ağırlaşması və pnevmoniya kimi vəziyyətlər baş verə bilər. Yaşı 35-dən yuxarı olan insanlar da bu infeksiyadan daha çox təsirlənə bilər. Digər risk qrupları isə xroniki xəstəlikləri olanlardır: xərçəng müalicəsi alanlar, hematoloji xəstələr və autoimmun xəstəlikləri olanlar. Ona görə də bu insanların mümkün qədər qorunması vacibdir”.

Professor bildirib ki, virusun aktivliyi marta qədər davam edəcək:

“Hələ bu xəstəliyin vaksini yoxdur. Bu səbəbdən insanlarımız özünü qorumalıdır. Əllərin düzgün yuyulması, maska taxılması, xəstə insanlara yaxınlaşmamaq, ictimai nəqliyyatda qorunma tədbirlərinin alınması və kifayət qədər ventilyasiyanın təmin edilməsi vacibdir. İş yerlərində və digər məkanlarda ventilyasiya nə qədər yaxşı olsa, infeksiyanın yayılma ehtimalı bir o qədər azalar. İnsanlar təşvişə düşməsinlər: bu infeksiya qorxulu deyil. Ciddi fəsad törətmək təhlükəsi yoxdur”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://pravda.az
archiveBu xəbər 07 Yanvar 2025 21:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Britaniya ordusunun sayını artırır İlk dəfə

03 İyun 2025 01:17see137

Rusiya və Ukrayna yeni mübadilələr haqqında razılığa gəldi

02 İyun 2025 18:38see132

“Hörümçək toru” əməliyyatı ABŞ ı şoka salıb..?

03 İyun 2025 00:26see127

Futzal üzrə Azərbaycan Kubokunun final oyununa təyinatlar açıqlanıb

03 İyun 2025 10:16see123

Bu beş bürc iyunda çətin sınaqdan keçəcək

03 İyun 2025 00:08see121

Xaricdən gətirilmiş ət ilə daxildə satılan ət arasında əsas fərqlər yalnız kimyəvi tərkib baxımından ola bilər AÇIQLAMA

02 İyun 2025 22:30see120

Ukrayna zərbə endirdi, bütün vilayət işıqsız qaldı

03 İyun 2025 01:34see120

Təmkin: “Bizə olan inamı doğrultduq”

03 İyun 2025 09:15see120

Avtobus zolağının ətrafında qəza baş verərsə sürücülər nə etməlidir? VİDEO KONKRET

02 İyun 2025 23:52see119

Ata telefonu açaraq oğlunun Qatilini Tapdı

02 İyun 2025 23:28see119

Rusiya vapların satışına tam qadağa qoymağa çağırır...

02 İyun 2025 22:55see118

Ölkəmizin heç vaxt görmədiyi sürətlə silah yığırıq

03 İyun 2025 08:17see117

Türkiyə ilə Yunanıstan arasında 5,8 bal gücündə zəlzələ baş verib

03 İyun 2025 03:55see117

Gəncədə qohumlar arasında dava Yaralılar var

03 İyun 2025 08:02see116

Bu günə qədər Qareginin ünvanına güldən ağır söz deyilməyib

03 İyun 2025 09:40see115

Amerikalı aktyor güllələnərək öldürüldü

03 İyun 2025 01:26see115

Yaponiyada isti havada əməkdaşlarına müdafiə təmin edə bilməyən şirkətlər cərimələnəcək

03 İyun 2025 03:07see114

Mingəçevirdə qəza: Avtomobil hazırlıqdan gələn məktəbliləri vurdu

02 İyun 2025 19:29see114

Milan ın sabiq hücumçusu Yaxın Şərqdə oynayacaq RƏSMİ

03 İyun 2025 09:08see114

Qırmızı şərabla bağlı heç kimin cəsarət etmədiyi həqiqət AÇIQLANDI

02 İyun 2025 19:08see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri