Cənubi Koreyanın yeni prezidenti köhnə hökumətin istefasını qəbul etməyib
Icma.az, Oxu.az saytına istinadən bildirir.
Koreya Respublikasının yeni prezidenti Li Çje Myon ədliyyə naziri istisna olmaqla, öz sələfinin administrasiyasının istefasını qəbul etməkdən imtina edib.
Oxu.Az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat verib.
Bundan əvvəl prezident səlahiyyətlərini icra edən və Təhsil Nazirliyinə rəhbərlik edən vitse-baş nazir Li Çju Honun rəhbərlik etdiyi respublikanın nazirlər kabineti istefa verib.
Li Çje Myon nazirlərin istefa tələbini rədd edib, lakin ədliyyə naziri Pak Son Çjenin istefasına icazə verib.
Administrasiyada izah ediblər ki, Li Çje Myonun qərarı dövlət işlərində sabitliyi təmin etmək istəyi ilə bağlıdır. Qeyd olunur ki, yeni kabinetin formalaşdırılması həftələr çəkə bilər.
Bundan əvvəl parlament Pak Son Çjenin impiçmentini elan etsə də, Konstitusiya Məhkəməsi bunu təsdiqləməyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 04 İyun 2025 16:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















