Icma.az
close
up
RU
Yaşıl ada dastanı

Yaşıl ada dastanı

Turkstan.az saytından alınan məlumata görə, Icma.az bildirir.


Turan Uğur

“Türküstan qəzeti” üçün

Bu il Kıbrıs Barış Hərəkatının 50-ci ildönümü, noyabrın 15-də isə Kıbrıs türklərinin bağımsızlığının 41-ci ili tamam olur.Əslində, türk əsgərinin adaya çıxdığı gün iki hərəkatla – 20 iyul və 14 avqust 1974-cü il tarixlərində gerçəkləşib.
Bu, təkcə “Yaşıl ada” nın 38 faizinin türk mehmetçiyinin nəzarətinə keçməsi deyildi, bu, həm də özünü türk sayan hər kəsin şərəf, namus sınağından əla qiymət alması anlamına gəlir. Həmin şərəfli günləri yazdıqları üçün o çağlarda Türkiyənin baş naziri olmuş Bülənt Eceviti, onun müavini Nəcməddin Ərbakanı, Quzey Kıbrıs Türk Cümhuriyyətinin qurucusu və ilk prezidenti Rauf Denktaşı, Kıbrıs türklərinin ideoloqları doktor Fazil Küçüyü sevgi və minnətdarlıqla anıram.Təbii ki, bir də mücahid Kıbrıs türklərinin fədakar döyüşlərini Yurd, Vətən naminə ən böyük ərməğan sayıram. Özümü bəxtiyar hesab edirəm ki, ötən ilin noyabrında bəndənizə də Quzey Kıbrısda - onun çeşidli şəhərlərində-Lefkoşada, Girnədə, İskələdə, Mağusada bulunmaq səadəti nəsib olub.Dövlət rəsmiləri ilə görüşmək, Yaşıl adanın şanlı və ağrılı mazisindən, habelə işıqlı istiqbalından bədii-sənədli filmlər hazırlamağın qüruru içindəyəm. İnancım budur ki,
“Yaşıl ada dastanı” adlı araşdırma-yazım hər bir türkə mən –
Turan Uğurdan qutsal bir ərməğan olacaq.

YAŞIL ADA DASTANI

( “Yaşıl ada dastanı” adlı araşdırma - yazını
“Kıbrıs Barış Hərəkatı”– nın 50-ci ildönümünə və noyabrın 15-i keçiriləcək ŞKTC-nin bağımsızlığının 41-ci ilinə həsr edirəm.İnancım budur ki, Quzey Kıbrıs Türk Cümhuriyyətini Türkiyədən sonra ilk rəsmən tanıyan dövlət məhz doğma Azərbaycanımız olacaq.Olması lazım, o mübarək günün yaxın vaxtlarda gələcəyinə içdən inanıram)

BÖLÜMLƏR

1 Kükrəyən tarix

2 Folklor –həm qılıncdır, həm qalxan

3 İki fədai –Biri doktor, biri advokat

4 Yaşıl adanın yaşıl xətti

5 Consonun məktubu

6 Ərənköyün ərləri

7 Demokratiya beşiyində diktatura

8 Müttəfiq elə müttəfiqdir!

9 Gözlədim də gəlmədin...

10 Yanlış da bir naxışdır

11 Savaşdan Barışa

12 Ayşə tətilə çıxsın!

13 Qardaşlığın adı – Kıbrıs

14 Yaşıl ada dastanı

KÜKRƏYƏN TARİX
(1-ci bölüm)

Üç qitəni birləşdirən, mükəmməl iqlimi və əsrarəngiz gözəlliyi ilə tanınan Kipr adası...Aralıq dənizinə paralel yerləşən Girnə dağ silsiləsi - yəni Beşbarmaq sıradağları... Yalçın, poladı rəngli qayalardan ibarət Akdəniz sahilləri... Həm coğrafi, həm mədəni, həm tarixi - bütün aspektlərdən Türkiyənin ta özüdür, öz canı, öz ruhudur, ulu bir türk torpağıdır - Quzey Kıbrıs Türk Cümhuriyyəti.Bu Yaşıl adanın hüzura qovuşduğu dönəm Osmanlının burada 307 illik hakimiyyəti illərinə təsadüf edir.Ta ki yadellilərin bu torpaqlara tamahı düşdüyü vaxta qədər – yəni 20-ci əsrin əvvəllərinə kimi bu torpaqların boyuna biçilən səadət, hüzur, rifah olub.
-Bəs sonra?
-Sonra Kıbrıs türklərinin acılı, dərdli çağları başlayır, gördükləri zülmlər, yaşadıqları sarsıntılar bir-birini əvəz edir.

Barış” - bu beş hərflik söz necə də gözəl, necə də həlim səslənir.Hələ yanında 50 rəqəmini görsək bu gözəllik əzəmətə çevrilməzmi?!.Kıbrıs türklərinin həşəmətli 50 ili.O çağlarda Türkiyənin baş naziri olmuş Bülənt Ecevit də yalnız barış naminə türk mehmetçiyinin Kıbrıs adasına çıxması əmrini vermişdi. Təkcə türklər üçün yox, həm də rumlar üçün.

Barış hərəkatından 50 il keçir, amma bir anı da unudulmur.O günləri gözü ilə görənlər var sıramızda, nəinki görənlər od-alovun içindən keçib həmin günlərin bütün qürurunu yaşayanlar var.Yazıçı Erix Mariya Remarkın qəhrəmanlarından birinin sözüdür, deyəsən:
- “Cəbhədə, savaşda güllə səsi eşidəndə, müəllimlərimin Vətən haqqındakı nəsihətləri, pafoslu çıxışları tam olaraq yadımdan çıxdı”
Ancaq qazi Həsən Əmirəli kimiləri Vətən naminə aldıqları dərsləri bu hərəkat zamanı unutmadılar, əksinə yağı üzərinə şığıyıb da öz ulularının öyüdlərindən düşmən qarşısında sipər qurdular.Hünərləri ilə hərəkata böyük bir qatqıda, dəstəkdə bulundular Kıbrıs fədailəri. Öncə “Bismillah” varkən ”Əlhəmdülillah” deməyək.”Bismillah” isə ilkinliyə varmaq deməkdir.Barış hərəkatına gedən yollara boylanmaq deməkdir.O zaman Kıbrıs tarixini çözələməyə varsızmı?

-Varsınız, sayğıdəyər Yaşıl ada aşiqləri, pıçıltınızı duyuram. Əvvəla, Kıbrıs Türk kəsiminin ərazisi 3355 kv.km olmaqla hardasa adanın 38 faizinə bərabərdir. Bu gün Quzey Kıbrıs Türk Cümhuriyyətinin əhalisi təxminən 407 min 123 nəfərdir (2023-cü ilin statistikası). E.ə 4 cü əsrdən bəri kimlərin ayaq izləri bura dəyməyib ki?! Misirlilərin, romalıların, ərəblərin, bizanslıların. Osmanlı İmperiyasının isə 307 il - 1571-ci ildən 1878-ci ilə kimi Kıbrısda mütləq idarəçiliyə sahib olduğunu - desək yanılmarıq.Sonrası isə məlum - Osmanlının zəifləməsi Böyük Britaniya İmperiyasının bu torpaqlarda özünü ağa kimi aparmasını şərtləndirdi.1914-cü ildə Yaşıl adanın tək idarəçiliyinə İngiltərə sahibləndi.Dünya o dünya deyildi, hamının başı özünə qarışmışdı.Birinci Dünya Savaşının ayaq səsləri qapıda idi.İmperiyaların süqutuna gedən yollar qısalmışdı.Bir yanda təbəddülatlı, qarmaşıq illər Osmanlı İmperiyasının sonuna rəvac verərkən, digər tərəfdən də ingilislər rumların havadarı kimi çıxış etməyə başladılar.30-cu illərdə dünyanı çulğayan bağımsızlıq küləkləri Kıbrısda da əsməyə başladı.Bu rüzgarları əsdirən Kıbrıs türklərinin Allahına qurban demək istədim, amma bir anda düşündüm ki, axı Allahın məscidində yox, Hz.İsanın kilsəsinin divarlarındakı yazılanlar yeni olaylara yol açacaqdı.1947-ci ildə Kıbrısda kilsələrin birinin divarına “ENOSİS” sözü həkk ediləcəkdi. “ENOSİS” - yəni, Kıbrısın Yunanıstana birləşdirilməsi ideyasının adı “ENOSİS” idi. Əvvəlcə heç kəs başa düşmədi ki, bu söz nəyi ifadə edir.
Bir az sonra gerçəklər üzə çıxdı.Yunanıstanla birləşmə - “ENOSİS” Kıbrıs rumlarının ən ülvi arzusuna çevrildi. Kilsənin Kıbrısı Yunanıstana ilhaq edilməsi dönəmi başladı, nə başladı.1950-ci ildə Kıbrıs xalqının rəyini öyrənmək amacıyla referendium keçirildi.Rumların 100-də 96 – ısı bu səsvermənin lehinə səs verdi.
Ox yaydan çıxmışdı, amma kimə sarı? Biz, türklərə sarı.
III Makariosun (yaxud III Makariy) Kipr Provaslav Kilsəsinin baş yepiskopu seçilməsi çatılmış ocağın üstünə benzin tökdü. Zatən “ENOSİS” tərəfdarının Kıbrısı idarəçilik altına alması qalanmış ocaqları bir az da körüklədi.
50-ci illərin ortalarında isə adaya Yunanıstandan bir qayıq dolusu silahın göndərilməsi işlərin yazılmış bir ssenari üzrə getməsinin nişanəsi idi.
-Bəs bu hazır ssenarinin rejissoru kim idi?
-Bu suala cavabı mütləq özünüz tapacaqsız, hətta onu da oxuyacaqsız ki, bu ssenarinin rejissoru yox,neçə-neçə rejissorları olub. Şüar isə bəlli idi – “ENOSİS” uğruna!.Təşkilatlanma isə “EOKA” adı altında başladı.Buradakı ingilis qüvvələrini çərlədib, adadan qaçırtmaq, türklərə divan tutmaq və Kıbrısı Yunanıstana ilhaq etmək əsas amal sayılırdı.
Hər gün bir sui-qəsd, hər gün bir qalmaqal, hər gün bir hadisə, hər gün bir faciə...50-ci illərin sonlarında mənzərə bu cür idi Kıbrısda. “EOKA” lideri General Qrivası
(təəssüf ki, türkün qanına susamış bu cəlladı - Qeorqios Qrivası rus və Avropa mənbələrində azadlıq uğrunda mücadilə aparmış inqilabçı kimi verirlər) həbs etmək ingilislərin ən böyük hədəfi oldu. “EOKA” - nın daşını daş üstünə qoymadı ingilis hərbçiləri, ancaq Qrivas ələ keçmədi.Əksinə, Kıbrıs rumları üçün “EOKA” bir pənah yerinə çevrildi.Kıbrıs türkləri isə iki od arasında qalmışdı.Bu həyəcan təbilini ilk çalan mücahid
Doktor Fazil Küçük oldu.”Bayraq” qəzetində Türkiyəyə müxtəlif ismarışlar verdi.Fazil Küçüyün silahdaşı - gənc advokat Rauf Denktaş da onunla ön sırada idi.Kıbrısın yunanlaşmaması naminə mücadilələr verdi -
Rauf Raif Denktaş.

HAŞİYƏ: Nə bəxtiyaram ki, Rauf Raif Denktaşın anıtməzarını noyabrın 13-ü, 2023-cü ildə ziyarət etmək mənə də nəsib olub.

FOLKLOR – HƏM QILINCDIR, HƏM QALXAN

(2-ci bölüm)

-Folklor nədir?
-Bilirəm, deyəcəksiz ki, “xalq müdrikliyi”, “şifahi xalq yaradıcılığı” və.s.
Hər şeydən öncə isə folklor bir millətin libasıdır, geyimidir, biçimidir, qılıncıdır, qalxanıdır.Tarixini, soykökünü qılınclayanlar üçün əlindəki qalxanımızdır, bəzən icab edərsə, qılıncımız da olur, zaman-zaman yağı başına endirmək üçün.

Bir ulusla eyniliyimizi göstərən ən ümdə anlayışın ta özüdür folklor, zira hər şeyi dəyişmək, təhrif etmək mümkündür, təkcə folklordan başqa.Xalqın təfəkkürünü, daxili intonasiyasını, düşüncə şəklini, özünü ifadə etməyi - yəni bayatılarını, atalar sözlərini, nağıllarını, rəvayətlərini, mərasim nəğmələrini necə dəyişə bilərsən.Çağırdığımız bayatılar, Kərkük türkmanları, xoyratları ilə, Kıbrıs türklərinin maniləri ilə eynidirsə, deməli, bizim bir parçamızdır o məskənlərdə var olan türklər.”Mani” deyirlər bayatıya kıbrıslılar. Anadolu türkləri də eyni cür “mani” söyləyirlər.
Necə ki, türki – türk-i, varsağı-varsaq-ı, ovşarı-əfşar-ı, gəraylı – gəray-lı, bayatı – bayat-ıdır, mani də mahan-i-dir.Bu şeir növləri hər oğuz tayfasının, hər oğuz elinin öz adıyla yaranıb.
Kıbrıs Türk toplumunda mani – yəni bayatı söyləmək adəti çox yayğındır.Anonim xalq ədəbiyyatı adlanan manilər sevilən bir şeir növüdür.Lefkoşa, Limasol, Baf yörələrində isə “beyit”, ya da sadəcə Lefkoşaya xas olaraq “mane” adlanır.Əsasən toy-düyündə, əyləncəli məclislərdə mani yarışmaları da keçirilir.Bu yarışmalara “mani çatışması” da deyilir.Eynən bayatıda olduğu kimi, mani 4 misradan ibarətdir ki, 1-ci, 2-ci və 4-cü misraları həmqafiyə, 3-cü misrası isə sərbəst olur.

(ardı var)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBu mövzuda digər xəbərlər:
Yaşıl ada dastanı
26 Noyabr 2024 12:04
seeBaxış sayı:143
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 19 Noyabr 2024 10:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təsadüf, yoxsa səssiz yazılmış ssenari? Məryəm Bağırova yazır

16 İyul 2025 12:49see1217

Forma sponsorluq gəlirlərinə görə ən yaxşı 10 klub SİYAHI

16 İyul 2025 19:20see186

10 illik dövr başa çatdı Real dan getdi

16 İyul 2025 15:01see143

Biz dəyərlərimizlə bir birimizə bağlıyıq

17 İyul 2025 10:35see120

Vaqif Poeziya Günləri milli bir şifrədir Aqşin Yenisey

17 İyul 2025 05:32see120

GÖYÇAY SAKİNLƏRİ ÖRÜŞ SAHƏSİNDƏ SÜNİ GÖL YARADILMASINA ETİRAZ EDİR “İstifadə etməyə su tapmırıq” / Foto

16 İyul 2025 15:32see115

Yarış superkarı ilk dəfə şəhər yollarında görünəcək

16 İyul 2025 05:43see113

Azər Həşimov: Ölkə çempionatda sürpriz komanda olmağa çalışacağıq

16 İyul 2025 22:45see112

Bu il 100 yeni dövlət standartı qəbul edilib

16 İyul 2025 16:13see112

Bakıda ikimərtəbəli evdə GÜCLÜ YANĞIN

17 İyul 2025 12:42see112

Göbələk xərçəngin dərmanı imiş

16 İyul 2025 06:06see112

“Neftçi” yeni ev formasını təqdim edib FOTO

16 İyul 2025 23:05see111

Gürcüstan Rusiyadan deportasiya olunmuş Ukrayna vətəndaşlarını sərhəddən buraxmır

16 İyul 2025 21:25see111

TƏBİİ TƏLƏ: Yayın kəşfi ağcaqanadların sonunu gətirəcək

17 İyul 2025 00:56see111

“Real” müdafiəçisinin rekordu

16 İyul 2025 07:18see111

Livan druzlarının lideri: İsrail Suriyada xaos yaratmaq üçün bəzi druzlardan istifadə edir

16 İyul 2025 18:50see111

Türkiyə BƏƏ Yüksək Səviyyəli Strateji Şuranın iclası keçiriləcək

16 İyul 2025 07:30see111

İrəvan imtina edir, yoxsa..?

16 İyul 2025 15:43see111

Ukraynaya veriləcək silahlar məlum oldu “NYT” detalları açıqladı

16 İyul 2025 10:54see110

Dondurma adı ilə buzlanmış süd satılır AÇIQLAMA

17 İyul 2025 18:19see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri