Icma.az
close
up
RU
“Yaşıl enerji məkanı” üzrə İşçi qrupunun növbəti iclası keçirilib

“Yaşıl enerji məkanı” üzrə İşçi qrupunun növbəti iclası keçirilib

Newscenter.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


“Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulmuş tədbirlərin icrasını təmin etmək məqsədilə yaradılmış “Yaşıl enerji məkanı” İşçi qrupunun hibrid formada növbəti iclası keçirilib.
Newscenter.az xəbər verir ki, iclasa sədrlik edən energetika nazirinin müavini Samir Vəliyev çıxış edərək “Yaşıl dünya naminə həmrəylik ili”ndə Strategiyanın icrası çərçivəsində reallaşdırılan layihələrə diqqət çəkib, əldə olunan mühüm nailiyyətlərdən danışıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi, enerji səmərəliliyinin artırılması və karbon emissiyalarının azaldılması istiqamətində görülən işlərin ölkəmizin dayanıqlı inkişafına verdiyi töhfələr vurğulanıb.
Sonra İşçi qrupun sədr müavini, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktorunun müavini Ramil Hüseyn Strategiyanın icrası çərçivəsində 2024-cü ildə aparılmış monitorinqin nəticələrinə dair ilkin qiymətləndirmə hesabatının layihəsini təqdim edib. “Yaşıl enerji məkanı” məqsədi üzrə aidiyyəti qurumlar tərəfindən yerinə yetirilmiş tədbirlərin icra göstəriciləri barədə məlumat verilib, dənizdə külək enerjisi potensialının araşdırılması, bərpa olunan enerji mənbələri üzrə informasiya sisteminin yaradılması, enerji saxlanc sistemlərinin və karbon tutulması texnologiyasının tətbiqi, müxtəlif sahələrdə enerji səmərəliliyinin təmin edilməsi, yeni generasiya güclərinin enerji sisteminə etibarlı inteqrasiyası üçün infrastrukturun qurulması, iqlim dəyişmələri üzrə milli məlumat bazasının yaradılması və digər istiqamətlər üzrə icra olunan tədbirlər müzakirə edilib.
Sonra digər qrup üzvlərinin ilkin hesabat layihəsinə dair məruzələri dinlənilib, Strategiya sənədi üzrə tədbirlərin cari ildə effektiv icrası ilə bağlı hədəflər, atılacaq addımlar, çağırış və tövsiyələr nəzərdən keçirilib.
“Yaşıl enerji məkanı” İşçi qrupunda Energetika Nazirliyi və İİTKM ilə yanaşı, İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı, Rəqəmsal İnkişaf və Nəqliyyat, Maliyyə, Fövqəladə Hallar nazirliklərinin, Dövlət Statistika Komitəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Dövlət Gömrük Komitəsi, SOCAR, Mərkəzi Bank, Azərbaycan İnvestisiya Holdinqi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, “Azərenerji”, “Azərişıq”, “Azəristiliktəchizat” ASC-lərin nümayəndələri təmsil olunur.
Süleyman
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 23 Yanvar 2025 11:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see248

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see242

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see237

“Xilasedici” Belçika voleybolçularına uduzub

09 Dekabr 2025 22:47see198

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see189

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see181

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see176

Azərbaycan strateji tərəfdaş kimi ön plana çıxır

10 Dekabr 2025 23:58see167

Sifarişlə adam öldürmüşdü ALMANİYADAN GƏTİRDİLƏR

10 Dekabr 2025 09:37see151

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see151

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see150

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see138

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see137

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see134

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see131

Ermənistanda SENSASİYA: Müharibə vaxtı onları Azərbaycan ordusu öldürməyib

10 Dekabr 2025 03:13see131

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see129

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see126

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

10 Dekabr 2025 08:40see125

20 istiqamətdə tıxac var

10 Dekabr 2025 08:38see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri