Icma.az
close
up
RU
Azad edilmiş ərazilərdə yaşıl enerji və enerji səmərəliliyi üzrə İşçi Qrupunun iclası keçirilib

Azad edilmiş ərazilərdə yaşıl enerji və enerji səmərəliliyi üzrə İşçi Qrupunun iclası keçirilib

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Energetika Nazirliyində işğaldan azad olunmuş ərazilərdə yaşıl texnologiyaların və enerji səmərəliliyinin tətbiqi ilə bağlı əlaqələndirmə və monitorinq üzrə İşçi Qrupunun 11-ci iclası keçirilib.

XQ xəbər verir ki, İşçi Qrupunun sədri, energetika naziri Pərviz Şahbazov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncam və tapşırıqlarına əsasən azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərindən danışıb. Ötən iclasdan bəri istifadəyə verilən və təməli qoyulan yaşayış məntəqələri və sosial-infrastruktur obyektləri, həmçinin bu ərazilərdə 65 mindən artıq insan yaşadığı qeyd olunub. Yaşıl enerji texnologiyalarının tətbiqi çərçivəsində Cəbrayılda hər birinin gücü 50 MVt olan “Şəms” və “Üfüq” günəş elektrik stansiyalarının təməli qoyulduğu, “Şəfəq” GES-də isə tikinti-quruculuq işlərinin davam etdirildiyi, həmçinin Kəlbəcərdə külək enerji potensialının ölçmə-müşahidə işlərinə başlandığı, azad edilmiş ərazilərdə hazırda ümumilikdə 307 MVt gücündə 38 su elektrik stansiyasının fəaliyyət göstərdiyi bildirilib.

İşçi Qrupun əvvəlki iclasında qəbul edilmiş qərarların icrasına, yaşıl texnologiyaların və enerji səmərəliliyinin tətbiqi üzrə monitorinqlərin nəticəsinə dair hesabatlar dinlənilib. Füzuli və Ağdam şəhərlərində, Füzuli rayonunun Dövlətyarlı, Ağdam rayonunun Sarıcalı, Kəngərli və Xıdırlı kəndlərində, Qubadlı rayonunun Mahruzlu və Zilanlı kəndlərində aparılmış monitorinqlərin nəticələri nəzərdən keçirilib. Günəş panelləri, kollektorlar, günəş enerjisi əsaslı LED işıqlandırma avadanlıqları, LED əsaslı işıqlandırma qurğularından, dirəklərdən, ağıllı dayanacaqlardan, tikintidə izolyasiya materiallarından istifadə üzrə göstəricilər diqqətə çatdırılıb.  

İclasda, həmçinin yaşayış komplekslərində istilik təminatı və mövcud vəziyyətin təhlili üzrə müzakirələr aparılıb. İşğaldan azad edilmiş ərazilərdə yaşıl texnologiyaların və enerji səmərəliliyinin tətbiqi üzrə monitorinqin aparılmasının 2026-cı il üçün icra qrafiki təsdiq edilib.

Toplantıda İşçi Qrupuna üzv dövlət qurumları ilə yanaşı işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərinin və “Bərpa Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxslərin, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi, eləcə də “Azəristiliktəchizat” ASC-nin nümayəndələri iştirak edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 25 Dekabr 2025 10:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see186

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see157

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see157

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see155

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see144

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see140

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see137

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see135

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see135

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see134

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see132

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see131

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see131

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see129

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see126

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see125

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri