Xəzər dənizi üzrə İşçi Qrupunun növbəti iclası keçirilib
Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Türkmənistanın Xarici İşlər Nazirliyində Xəzər dənizi üzrə İşçi Qrupunun növbəti iclası keçirilib.
APA xəbər verir ki, bu barədə Türkmənistan XİN məlumat yayıb.
2025-ci il sentyabrın 15-də Türkmənistan Xarici İşlər Nazirliyində Xəzər dənizi üzrə Yüksək Səviyyəli İşçi Qrupunun on birinci iclasında Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Samir Şərifov da daxil olmaqla İran, Qazaxıstan, Rusiyadan olan nümayəndələr iştirak edib.
İclasa Türkmənistan nümayəndə heyətinin rəhbəri M. G. Atacanov sədrlik edib.
Görüşdə Xəzər dənizində əməkdaşlıq nəzərdən keçirilib və xarici işlər nazirlərinin növbəti görüşünə hazırlıqla bağlı məsələlər müzakirə olunub.
Bundan əlavə, tərəflər Xəzər dənizinin dayazlaşması ilə bağlı Xəzəryanı dövlətlərin işçi qrupunun yaradılması məsələsini nəzərdən keçiriblər.
Xəzər dənizi üzrə İşçi Qrupunun on birinci iclası öz işini davam etdirir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 16 Sentyabr 2025 10:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















