Icma.az
close
up
RU
Menu

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

SOCAR maaşları 20% artırdı

KİV: Ukrayna yanvarda maliyyə böhranı ilə üzləşə bilər

SOCAR da işləyənlərə ŞAD XƏBƏR: Maaşlar bu qədər artdı

Hələ də inana bilmirəm

DÇ 2026 nın seçmə mərhələsinin IX turunda növbəti oyunlar keçirilib NƏTİCƏLƏR

Kombinin daha sürətli və çox isidilməsi üçün 3 sadə metod

Azərbaycanın Milli Qəhrəmanı: Zəfər Günündə keçirilən parad Vətən keşikçilərinin layiqli xidməti davam etdirdiyini göstərir ŞƏRH

Avropa İttifaqının 2026 cı il üçün büdcəsi barədə razılıq əldə olunub

Bu gün noyabrın 17 si Azərbaycanda Milli Dirçəliş Günüdür.

VFS Global şirkəti fərdi məlumatların qanunsuz istifadəsi ilə gündəmə gəldi

Deputatlar Milli Qəhrəmanın evinə getdilər FOTOLAR

İşdə oturub işdən çıxmaq: İşçiləri “candərdi” işləməyə nə vadar edir?

Özbəkistan mətbuatı Prezident İlham Əliyevin səfərini geniş formada işıqlandırıb

Rəqqasə Fatimənin qızının toyundan görüntülər VİDEO

İrşaddan alınan kameranın qaytarılması müştərini bezdirib

Yaşar Nurinin qızı dünyasını dəyişib

İlham Əliyevin sosial şəbəkə hesablarında Özbəkistana səfərindən görüntülər paylaşılıb VİDEO

“Süni intellekt “insan kimi görməyi” öyrənib: mənanı anlamağa başlayır“ Elmi tədqiqat

Sürücülük vəsiqəsi almaq üçün yezda imtahanı nda yenilik Bundan sonra...

Yaşıl gələcək naminə meşələrin qorunması

Yaşıl gələcək naminə meşələrin qorunması

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Meşələr yer üzərindəki ən qiymətli təbii sərvətlərdən biridir. Onlar təkcə ağac və bitkilərdən ibarət olan yaşıl ərazilər deyil, həm də biosferin əsas qoruyucuları, iqlim tənzimləyiciləri və canlılar üçün yaşayış mühitidir. Meşələrin qorunması insan həyatının davamlılığı üçün həyati vacibdir. Meşələr, xüsusilə də tropik meşələr, atmosferə böyük miqdarda oksigen buraxaraq insanların və digər canlıların nəfəs alması üçün lazım olan havanı təmin edir. Fotosintez prosesi nəticəsində ağaclar karbon qazını udur, oksigeni isə azad edir. Buna görə də meşələrə tez-tez "planetin ağciyərləri" deyilir. Meşələr havada olan karbon qazını udaraq qlobal istiləşmənin və iqlim dəyişikliyinin qarşısını alırlar. Eyni zamanda bu yaşıl örtük torpağın temperaturunu sabit saxlamağa kömək edir və ekstremal hava hadisələrinin - quraqlıq, daşqın, fırtına qarşısını alır.

Meşələr yeraltı su ehtiyatlarını qoruyur və yağış sularının torpağa hopmasını təmin edir. Ağaçların kökləri torpağı bərkidir, eroziyanın qarşısını alır və çayların təmizliyini təmin edir. Meşələrin olmadığı yerlərdə torpaq tez sıradan çıxır və məhsuldarlıq azalır.

Meşələr minlərlə heyvan, quş, həşərat və bitki növü üçün yaşayış və qida mənbəyidir. Bioloji müxtəlifliyin ən zəngin olduğu yerlərdən biri də meşələrdir. Onların məhvi ilə bir çox növ məhv olur və təbii tarazlıq pozulur. Meşələrdən tikinti materialları, dərman bitkiləri, qida məhsulları, kağız və s. əldə olunur. Eyni zamanda onlar insanlar üçün istirahət məkanı, turizm obyektləri və mədəni dəyər daşıyan yerlərdir. Bir çox xalqın həyat tərzi meşələrlə bağlıdır.

Meşələr planetin torpaq səthinin üçdə bir hissəsini təşkil edir.  Azərbaycanda isə meşələrin ümumi sahəsi 1213,7 min hektar olmaqla ümumi ərazinin 14 faizini əhatə edir. Meşə ilə örtülü sahələr isə 1021 min hektardır ki, bu da ölkə ərazisinin 11,8 faizi deməkdir.

Ölkənin ümumi meşə ərazilərinin 49 faizi Böyük Qafqazın, 34 faizi Kiçik Qafqazın, 15 faizi Talış dağlarının, 2 faizi isə aran zonasının payına düşür. Ekoloji mühitin əsas tərkib hissələrindən hesab olunan meşələr qlobal ekoloji problemlərdən hesab olunan iqlim dəyişmələrinin, səhralaşma proseslərinin genişlənməsinin, bioloji müxtəlifliyinin azalmasının, atmosferdə qaz balansının pozulmasının qarşısının alınmasında əvəzsiz əhəmiyyət kəsb edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentdən bildirilib ki, ərazilərin dəyişkən və mürəkkəb relyefli olması, meşə ağac və kol bitkilərinin dəniz səviyyəsindən 2000-2200 metr yüksəkliklərə qədər çatması ilə yanaşı, həm də zəngin və rəngarəng növ müxtəlifliyinin əmələ gəlməsinə səbəb olub. Azərbaycan öz füsunkar gözəlliyi, zəngin təbii sərvətləri, al-əlvan florası və faunası ilə bütün dünyada şöhrət qazanıb. Burada 125 fəsiləyə və 930 cinsə daxil olan ali bitkilərin 4500 növü yayılıb. Bunlardan 48 fəsiləyə, 135 cinsə mənsub olan 450 növ ağac və kollar ölkənin meşələrində bitir. Bu isə ölkə florasındakı bitki növlərinin 11-ni təşkil edir. Azərbaycan dendroflorasının tərkibində 70 regional endemik növə təsadüf edilir. Bu da ümumi ağac və kol bitki növlərinin 16 faizi deməkdir.

Azərbaycan dendroflorasının belə zəngin tərkibə malik olmasına baxmayaraq, əsas meşə əmələ gətirən növlər azdır. Departamentdən qeyd olunub ki, Azərbaycan meşələri əsasən enliyarpaqlı cinslərdən ibarətdir. İynəyarpaqlı meşələrdə əsas Qarmaqvari şam Kiçik Qafqazda, Göy-Göldə, Tovuz rayonu ərazisində Şamlıq və Böyük Qışlaq kəndləri ətrafı meşələrdə, Böyük Qafqazda isə Qusar rayonu meşələrində təsadüf edilir. İynəyarpaqlı meşələrdən Eldar oyuğu adlanan 400 ha-a yaxın sahədə kserofit şəraitdə Eldar şamı, rütubətli fıstıq meşələrində Qaraçöhrədən ibarət enliyarpaqlı cinslərə qarışıq halda və ya kiçik meşəliklər şəklində təsadüf edilir. Belə meşəliklərə Böyük Qafqazda - Qəbələ rayonunda Həmzəli qəbiristanlığında, Pirqulu və Oğuz rayonu meşələrində, Xızı, Dahardibi adlanan meşələrdə, Kiçik Qafqazda - Göy-Göl, Gədəbəy meşələrində, Talış dağlarında - Lerik rayonu Hamazat kəndi ətrafı meşələrdə rast gəlinir.

İynəyarpaqlı cinslərdən ən geniş ərazidə yayılan ardıc meşələridir. Azərbaycan meşələrində - Qazax ardıcı, Uzunsov ardıc, Cırtdan ardıc, Alçaqboy ardıc, Qırmızı ardıc və s. növləri bitir. Ardıc meşələrinin ən geniş sahəsi Bozdağda, Naxçıvan meşələrindədir. Ardıcın çox da geniş olmayan sahələrdə seyrək meşələri də var. Meşələrin yaş siniflərinə görə də paylanması müxtəlifdir. Belə ki, cavan meşələr meşə ilə örtülü sahənin 11,2 faizini, orta yaşlı ağaclar 63,3 faizini, yetişməkdə olan ağaclar 13,4 faizini, yetişmiş və yaşı ötmüş meşələr 12,1 faizini təşkil edir. Azərbaycanın əksər meşələri yüksək dağ yamaclarında yerləşməklə torpaqqoruyucu, susaxlayıcı və iqlim təmizləyici, sanitar estetik və s. əhəmiyyətə malikdir. Qalan faiz düzən meşələrin payına düşür.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata əsasən, Azərbaycan təbii coğrafi xüsusiyyətləri çox müxtəlifdir. Təbii şəraitdən və insanların tarixən apardığı təsərrüfat fəaliyyətindən asılı olaraq ölkənin ayrı-ayrı regionlarında müxtəlif tip meşələrə rast gəlinir. Bu baxımdan istər dağ rayonlarında, istərsə də Kür-Araz ovalığında bitən meşələr bir-birindən çox fərqlənirlər. Əgər aran zonasında bir palıd növünə rast gəlinirsə, dağ zonasında onun 6-7 növünə təsadüf olunur. Ona görə də dağ bölgələrində meşəlik ümumi ərazinin 20-60 faizini, aran zonalarında isə bu göstərici 0,5-2,0 faiz təşkil edir. Ölkədə hər adam başına 0,14 hektar meşə sahəsi və 17 kubmetr oduncaq düşür. Azərbaycan meşələrinin yüksəkliklərə görə paylanmasının da özünəməxsus qanunauyğunluqları vardır. Belə ki, əksərən şimal istiqamətli dağ yamaclarında palıd-vələs meşələri üstünlük təşkil edir. Aşağı dağ qurşağında az məhsuldar palıd, qarağac, dəmirağac meşələri, orta dağ qurşağında nisbətən məhsuldar palıd-vələs meşələri, yuxarı dağ meşə qurşağında isə daha yüksək məhsuldar palıd-vələs meşələri mövcuddur. Onun sözlərinə görə, ölkədə meşə siyasəti Ekologiya və Təbii Sərvətlər Nazirliyi, onun müvafiq qurumu - Meşələrin İnkişafı Departamenti vasitəsilə həyata keçirilir. Hər il  departament tərəfindən meşəbərpa və meşə ilə örtülü ərazilərin artırılması üzrə işlər həyata keçirilir.

Ölkənin iqlim, torpaq şəraiti üzvi əkinçiliyə əsaslanan yeni meşə bağlarının salınması və orada zeytun, qozmeyvəli və digər ağacların becərilməsi üçün olduqca əlverişlidir. Nazirlik tərəfindən bu istiqamətdə də mühüm işlər görülür. Prezident İlham Əliyevin verdiyi tapşırıq və tövsiyələrə uyğun olaraq nazirlik ağacəkmə aksiyaları keçirir, yeni yaşıllıqların salınmasından əlavə, quruyan və təhlükə törədən ağaclar yeniləri ilə əvəzlənir.

Meşələrin qorunması, daha səmərəli idarə edilməsi və meşə sektorunun inkişaf etdirilməsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əsas prioritetlərindən biridir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən meşələrin qırılması, ağacların qanunsuz kəsilməsinin qarşısını almaq üçün sərt tədbirlər görülür: "Meşələrin qanunsuz kəsilməsinin qarşısının alınması, meşələrə və yaşıllıqlara qəddar münasibət, yanğın təhlükəsizliyi tələblərinə riayət olunması üçün daim müvafiq tədbirlər həyata keçirilir. Meşələrə amansız münasibət göstərərək qırıntılara yol verən şəxslərə qarşı nazirlik tərəfindən qəti tədbirlər görülür. Ciddi ictimai nəzarətin həyata keçirilməsi üçün aidiyyəti şəxslərə və qurumlara tövsiyələr verilir. Biznes məqsədilə meşələrdə ağacların qanunsuz kəsilməsi və oğurlanması hallarının qarşısının tam şəkildə alınması üçün ictimai nəzarət və ictimai mühafizə təşkil olunur. Hazırda qanunsuz ağac kəsmə faktı ilə bağlı başlanmış cinayət işi üzrə təqsirkar şəxslərin dairəsinin tam müəyyənləşdirilərək cinayət məsuliyyətinə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. Bütün fiziki və hüquqi şəxslərə qanunsuz ağac kəsilməsi hallarına yol verməmələri tövsiyə edilir və bu kimi hallara yol verən şəxslər barəsində qanunla nəzərdə tutulmuş qaydada ən ciddi cəza tədbirləri görüləcək".

Azərbaycanda meşələrin ümumi sahəsi 1213,7 min hektar olmaqla ümumi ərazinin 14 faizini əhatə edir. Meşə ilə örtülü sahələr isə 1021 min hektardır ki, bu da ölkə ərazisinin 11,8 faizi deməkdir. Ölkənin ümumi meşə ərazilərinin 49 faizi Böyük Qafqazın, 34 faizi Kiçik Qafqazın, 15 faizi Talış dağlarının, 2 faizi isə aran zonasının payına düşür. Ekoloji mühitin əsas tərkib hissələrindən hesab olunan meşələr qlobal ekoloji problemlərdən hesab olunan iqlim dəyişmələrinin, səhralaşma proseslərinin genişlənməsinin, bioloji müxtəlifliyinin azalmasının, atmosferdə qaz balansının pozulmasının qarşısının alınmasında əvəzsiz əhəmiyyət kəsb edir.

Ərazilərin dəyişkən və mürəkkəb relyefli olması, meşə ağac və kol bitkilərinin dəniz səviyyəsindən 2000-2200 metr yüksəkliklərə qədər çatması ilə yanaşı, həm də zəngin və rəngarəng növ müxtəlifliyinin əmələ gəlməsinə səbəb olub. Azərbaycan öz füsunkar gözəlliyi, zəngin təbii sərvətləri, al-əlvan florası və faunası ilə bütün dünyada şöhrət qazanıb. Burada 125 fəsiləyə və 930 cinsə daxil olan ali bitkilərin 4500 növü yayılıb. Bunlardan 48 fəsiləyə, 135 cinsə mənsub olan 450 növ ağac və kollar ölkənin meşələrində bitir. Bu isə ölkə florasındakı bitki növlərinin 11-ni təşkil edir. Azərbaycan dendroflorasının tərkibində 70 regional endemik növə təsadüf edilir. Bu da ümumi ağac və kol bitki növlərinin 16 faizi deməkdir. Azərbaycan dendroflorasının belə zəngin tərkibə malik olmasına baxmayaraq, əsas meşə əmələ gətirən növlər azdır.

Azərbaycanda meşələrin mühafizəsi və dayanıqlı inkişafına dair Milli Meşə Proqramı hazırlanıb: "Azmeşəli ölkə kimi meşələrin artırılması və mühafizəsi prioritet istiqamətlərimizdən biridir. Bu baxımdan ölkəmizdə meşələrin bərpasına, yeni meşə zolaqlarının salınmasına çox böyük önəm verilir. Meşə fondunun əkinəyararlı açıq sahələrində aqrobağlar salınır. Həmçinin, tezböyüyən ağac cinslərindən ibarət plantasiyalar yaradılır. Belə meşə zolaqlarının salınması qida və ağac emalı sənayesinin inkişafı üçün də əhəmiyyətlidir. Milli Meşə Proqramının hazırlanmasının məqsədi ölkədə meşələrin səmərəli idarə edilməsi sahəsində siyasi, institusional və qanunvericilik üzrə təkmilləşdirmə işlərinin aparılmasıdır. Milli Meşə Proqramı 2020-2030-cu illəri əhatə edən 10 illik müddət üçün işlənib hazırlanıb. Bu proqram ölkədə meşəçiliyin inkişaf strategiyasını əks etdirən əsas sənəddir".

Sevinc QARAYEVA

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://525.az
archiveBu xəbər 02 İyul 2025 18:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

16 Noyabr 2025 13:53see16174

SOCAR maaşları 20% artırdı

16 Noyabr 2025 17:28see946

KİV: Ukrayna yanvarda maliyyə böhranı ilə üzləşə bilər

16 Noyabr 2025 02:43see247

SOCAR da işləyənlərə ŞAD XƏBƏR: Maaşlar bu qədər artdı

16 Noyabr 2025 17:20see210

Hələ də inana bilmirəm

15 Noyabr 2025 23:29see163

DÇ 2026 nın seçmə mərhələsinin IX turunda növbəti oyunlar keçirilib NƏTİCƏLƏR

16 Noyabr 2025 02:12see142

Kombinin daha sürətli və çox isidilməsi üçün 3 sadə metod

16 Noyabr 2025 00:50see139

Azərbaycanın Milli Qəhrəmanı: Zəfər Günündə keçirilən parad Vətən keşikçilərinin layiqli xidməti davam etdirdiyini göstərir ŞƏRH

16 Noyabr 2025 08:15see135

Avropa İttifaqının 2026 cı il üçün büdcəsi barədə razılıq əldə olunub

16 Noyabr 2025 17:59see134

Bu gün noyabrın 17 si Azərbaycanda Milli Dirçəliş Günüdür.

17 Noyabr 2025 00:00see134

VFS Global şirkəti fərdi məlumatların qanunsuz istifadəsi ilə gündəmə gəldi

17 Noyabr 2025 02:48see133

Deputatlar Milli Qəhrəmanın evinə getdilər FOTOLAR

15 Noyabr 2025 23:51see132

İşdə oturub işdən çıxmaq: İşçiləri “candərdi” işləməyə nə vadar edir?

16 Noyabr 2025 16:02see130

Özbəkistan mətbuatı Prezident İlham Əliyevin səfərini geniş formada işıqlandırıb

16 Noyabr 2025 19:40see127

Rəqqasə Fatimənin qızının toyundan görüntülər VİDEO

17 Noyabr 2025 04:13see124

İrşaddan alınan kameranın qaytarılması müştərini bezdirib

17 Noyabr 2025 01:45see124

Yaşar Nurinin qızı dünyasını dəyişib

16 Noyabr 2025 19:48see124

İlham Əliyevin sosial şəbəkə hesablarında Özbəkistana səfərindən görüntülər paylaşılıb VİDEO

16 Noyabr 2025 20:54see123

“Süni intellekt “insan kimi görməyi” öyrənib: mənanı anlamağa başlayır“ Elmi tədqiqat

16 Noyabr 2025 10:50see122

Sürücülük vəsiqəsi almaq üçün yezda imtahanı nda yenilik Bundan sonra...

16 Noyabr 2025 15:57see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri