“Yaşıl gələcək naminə” aksiyası davam etdirilir
Newscenter.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Prezident İlham Əliyev tərəfindən ölkəmizdə elan olunan “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin “Yaşıl gələcək naminə” aksiyası davam etdirilir.
Newscenter.az xəbər verir ki, oktyabrın 4-də aksiya paytaxtın Xəzər və Pirallahı rayonlarında yerləşən məscidlərin ətrafında keçirilib.
Din xadimləri, dini icma üzvləri və ictimaiyyət nümayəndələrinin iştirak etdikləri aksiya zamanı dini ibadət yerlərinin ətrafında abadlıq və yaşıllaşdırma işləri aparılıb, ağac, gül kolları əkilib.
Qeyd edək ki, müxtəlif bölgələri əhatə etməklə cari ilin may ayından başlayan aksiya müxtəlif konfessiyalara mənsub dini icma üzvlərini ümummilli məsələ ətrafında birləşdirmək, ictimaiyyətin diqqətini ətraf mühitin sağlamlaşdırılmasına, yaşıllıqların artırılmasına yönəltmək məqsədi daşıyır.
Süleyman
Bu mövzuda digər xəbərlər:Yaşıl gələcək naminə meşələrin qorunması
02 İyul 2025 18:01
Heydər Əliyevin anım günü münasibətilə Yaşıl gələcək naminə aksiyası keçiriləcək
28 Noyabr 2025 11:23
COP29da “Yaşıl gələcək naminə insan kapitalının
18 Noyabr 2024 19:54
Əqli mülkiyyət və innovasiyalar “yaşıl” gələcək naminə
05 Noyabr 2024 10:03
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası davam edir
06 Noyabr 2024 15:44
Baxış sayı:79
Bu xəbər 04 Noyabr 2024 19:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















