Icma.az
close
up
RU
“Yaşıl gələcək, təmiz məktəb!” Şagirdlər maarifləndirilib

“Yaşıl gələcək, təmiz məktəb!” Şagirdlər maarifləndirilib

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 9 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və “Eco Hub” Ekoloji Təşəbbüslərə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Yaşıl gələcək, təmiz məktəb!” layihəsi başa çatıb.

AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində Bakı şəhərinin müxtəlif ümumi təhsil məktəblərində şagirdlər üçün ekoloji maarifləndirmə tədbirləri təşkil olunub. Tədbirlərdə yüzlərlə məktəbli iştirak edib.

Ekoloji maarifləndirmə tədbirləri həm nəzəri, həm də praktiki və yaradıcı fəaliyyətləri əhatə edib. İştirakçılara ətraf mühitin qorunması, tullantıların çeşidlənməsi və düzgün idarəolunması, təkrar emal, iqlim dəyişiklikləri, dayanıqlı həyat tərzi, resurslardan səmərəli istifadə və “yaşıl şəhər” anlayışı barədə məlumat verilib.

Tədbirlər zamanı məktəblilərlə interaktiv müzakirələr aparılıb, ekoloji problemlərin yaranma səbəbləri və onların həlli yolları nəzərdən keçirilib. Şagirdlərin gündəlik həyatlarında tətbiq edə biləcəkləri ekoloji davranış nümunələri praktiki fəaliyyətlər vasitəsilə izah olunub.

Maarifləndirmə proqramının praktiki hissəsində uşaqlar üçün yaradıcı fəaliyyətlər də təşkil edilib. Onlar kətan çantaları öz təsəvvür və yaradıcılıqları əsasında rəngləyiblər. Bu fəaliyyət vasitəsilə çoxistifadəli çantalardan istifadənin əhəmiyyəti, birdəfəlik plastik məhsulların istifadəsinin azaldılması və gündəlik həyatda ekoloji seçimlərin təşviqi diqqətə çatdırılıb.

Beləliklə, layihə çərçivəsində ekoloji biliklərin yalnız nəzəri şəkildə ötürülməsi deyil, uşaqların birbaşa praktiki fəaliyyətlərə cəlb olunması da təmin edilib. Bu yanaşma iştirakçıların ekoloji mövzulara marağının artırılmasına və ətraf mühitin qorunmasına dair məsuliyyətli davranış vərdişlərinin formalaşdırılmasına xidmət edib.

Layihənin əsas məqsədi məktəblilərdə ətraf mühitə qarşı həssas münasibətin formalaşdırılması, ekoloji düşüncə tərzinin təşviqi və gənc nəslin davamlı inkişaf prinsipləri barədə məlumatlılığının artırılması olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 Sentyabr 2026 11:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see428

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see421

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see299

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see278

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see267

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see261

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see259

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see255

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see253

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see238

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see225

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see219

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see215

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see215

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see212

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see211

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see210

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see206

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see206

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri