Icma.az
close
up
RU
Menu

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

Xarici ticarət: ixrac və idxal azalır

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

İlhamə Quliyeva müsahibə verdi və ağladı

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

Tarixdə ilk dəfə olaraq Aİ dən Rusiyaya mal idxalı ixracı üstələyib

Yaşıl gələcək üçün mühüm addım: Yevlax və Ağdaşda meşəbərpa işləri aparılır

Yaşıl gələcək üçün mühüm addım: Yevlax və Ağdaşda meşəbərpa işləri aparılır

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Yevlax, 31 yanvar, Rəşad Türkoğlu, AZƏRTAC

Ölkə ərazisində ekoloji tarazlığın qorunması, meşə sahələrinin genişləndirilməsi və yaşıllaşdırma tədbirləri çərçivəsində genişmiqyaslı meşəbərpa işləri aparılır.

AZƏRTAC xəbər verir ki, bu gün Yevlax və Ağdaş rayonlarının meşə fondu torpaqlarında ağacəkmə aksiyaları təşkil olunub..

Yevlax rayonunda əvvəllər zərərvericilər və xəstəliklər səbəbindən məhv olmuş ərazilərdə Şərq çinarı və Eldar şamı ağacları əkilib. Eyni zamanda, Ağdaş rayonunun meşə fondu torpaqlarında Şərq çinarı ağacları əkilərək, ərazidə ekosistemin bərpasına töhfə verilib.

13 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Məzahir Qasımov müsahibəsində bildirib ki, görülən işlər çərçivəsində 3,5 hektar ərazi qanunsuz zəbtolunmadan azad edilib və həmin sahədə 2300 ədəd Şərq çinarı əkilib. Bundan əlavə, xəstəlik yayılan 44 hektarlıq ərazidə ümumilikdə 22 min ağac əkilib. O, həmçinin qeyd edib ki, yaxın gələcəkdə daha 16 hektarlıq sahədə də ağacəkmə işlərinin aparılması planlaşdırılır.

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev AZƏRTAC-a açıqlamasında bildirib ki, bu cür hallara qarşı müxtəlif tədbirlər həyata keçirilir, dezinfeksiya işləri aparılır və xəstə ağacların sağlam əkinlərlə əvəzlənməsi istiqamətində addımlar atılır: “Ağacların zərərverici və xəstəliklərə yoluxaraq qurumasının əsas səbəblərindən biri iqlim dəyişmələridir. Qlobal istiləşmə xəstəliklərin əmələ gəlməsinə təsir edir. Bundan əlavə, ağaclar yaşından, su azlığından və digər səbəblərdən də xəstələnə və quruya bilər. Aşkarladığımız hallara qarşı mübarizə aparır, dezinfeksiya işləri görür, ağacların qorunması üçün tədbirlər həyata keçiririk. Amma elə xəstəliklər var ki, onlar haqqında məlumatlar çox deyil və hazırda öyrənilir. Təəssüf ki, bu cür xəstəliklər çox ərazidə var. İnanıram ki, alimlər bu xəstəliklərə qarşı da mübarizə üsulunu tapacaqlar. Bizim işimiz həmin xəstəliklərə yoluxaraq quruyan ağacların yeniləri ilə - daha dayanıqlı Eldar şamı, Xan çinarı kimi növlərlə əvəz olunmasından ibarətdir. Hazırda müxtəlif rayonlarda bu istiqamətdə işlər davam etdirilir”.

Ölkə ərazisində meşə fondunun bərpası və yeni yaşıllıq sahələrinin yaradılması istiqamətində işlər növbəti günlərdə də davam etdiriləcək. Planlaşdırılan yeni aksiyalar çərçivəsində müxtəlif bölgələrdə minlərlə ağac əkiləcək, ekosistemin sağlamlaşdırılması üçün tədbirlər görüləcək. Mütəxəssislər hesab edirlər ki, ağacların zərərverici və xəstəliklərə yoluxaraq qurumasının əsas səbəblərindən biri iqlim dəyişmələri və qlobal istiləşmədir. Temperaturun yüksəlməsi bəzi ağac növlərinin xəstəliklərə daha həssas olmasına səbəb olur. Bundan əlavə, su çatışmazlığı, torpağın keyfiyyətinin pisləşməsi və ekoloji faktorlar da ağacların xəstələnməsinə və qurumasına gətirib çıxarır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:147
embedMənbə:https://azertag.az
archiveBu xəbər 31 Yanvar 2025 20:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

25 Dekabr 2025 16:01see223

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see205

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see195

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see194

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

25 Dekabr 2025 17:55see185

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see180

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see164

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see163

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see157

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see155

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

25 Dekabr 2025 13:26see154

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see152

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see149

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see149

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

25 Dekabr 2025 01:01see148

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

25 Dekabr 2025 07:09see147

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

25 Dekabr 2025 09:35see147

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see146

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

25 Dekabr 2025 01:15see143

Tarixdə ilk dəfə olaraq Aİ dən Rusiyaya mal idxalı ixracı üstələyib

25 Dekabr 2025 01:18see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri